Xırdalanda 28-ci məhəllə zibilliyə çevrilib - Bəs qurumlar nə deyir? (FOTO/VİDEO)
"Xırdalanda 28-ci məhəllə zibilliyə çevrilib, aidiyatı qurumlar isə məsələyə biganə yanaşır".
Bu barədə Abşeron rayonu, Xərdalan şəhəri, 28-ci məhəllə, 27 saylı binanın sakinləri məlumat verib. Bildiriblər ki, dəfələrlə müvafiq qurumlara müraciət olunsa da, heç bir nəticəsi olmayıb:
"Biz Xırdalan şəhəri, 28-ci məhəllə, 27 saylı binada yaşayırıq. Üç ilə yaxındır ki, yaşadığımız binanın arxa tərəfini əsl tullantı və zibil poliqonuna çeviriblər. 10-a yaxın binanın və yaxınlıqda olan iaşə obyektlərinin bütün tullantıları binamızın arxasına boşaldılır. Pandemiyanın tüğyan etdiyi isti yay günlərində bu üfunətin əlindən pəncərələri açmaq mümkün deyil. Hər gün gecə saatlarında zibil daşıyan avtomobilin səs-küyü rahatlığımıza son qoyub. Zirzəmilərin natəmizliyi və oradan gələn üfunət iyi, ağcaqanadların, siçovulların, siçanların əlindən qapıları açmaq mümkün deyil. Bir sözlə, cəhənnəmi gözlə görürük. Dəfələlərlə 1 saylı Mənzil Təsərrüfat İdarəsinə, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciətlər etmişik, ancaq heç bir nəticəsi olmayıb".
Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən HİT.Az-a bildirilib ki, ərazidəki zibillərin təmizlənməsi onların səlahiyyətində olsa da, daşınma işlərinə Abadlıq və Kommunal Xidmətləri İdarəsi baxır:
"Bizim idarənin işçilərinin vəzifəsi bütün ərazini təmizləyib, zibili yeşiklərə yığmaqdır. Binaların qabağıdı, bloklardır - ərazidə nə qədər zibil varsa, hamısı daşınaraq, zibil qutularına tökülür. Daşınma işlərinə isə Abadlıq İdarəsi baxır. Bizim zibili daşımaq üçün heç bir texnikamız yoxdur. Sadəcə olaraq külək olanda, zibil daşınmayanda əraziyə dağılır. Biz də sonradan ona əl vurmuruq. Zibilin tam daşınıb qurtarılmasını gözləyir, daha sonra işçilərimizi yenidən əraziyə səfərbər edirik. Dediyim kimi, zibilin daşınması bizim öhdəliyimizdə olan məsələ deyil".
Abadlıq və Kommunal Xidmətləri İdarəsindən isə saytımıza bildirilib ki, qurumun balansında texnika az və ərazi də böyük olduğundan işlərin bir hissəsi gecə saatlarında yerinə yetirilir. Lakin vətəndaşlar da zibili atarkən diqqətli olmalıdırlar:
"Qurumun balansında 3-4 maşın var. Abşeron və Xırdalanın ərazisi isə böyükdür. Zibilin daşınması mərhələli şəkildə icra olunur. Gündüz o qədər zibili daşıyan işçi də yazıqdır. 8 saat işləyirsə, 4-5 saat istirahət edib, axşam bir də çıxmalıdır. Gündüz Xırdalanın mərkəzi küçələri təmizlənir, gecə isə məhlələrdə işlər aparılır. İşçi də istirahət etməlidir, ya yox?! 28-ci məhəllədən tez-tez şikayət gəlir. Deyirlər ki, zibil maşınından su axır. Əgər qarpızı sulu-sulu zibil yeşiyinə atmasalar, ordan niyə su axsın ki?! Vətəndaş özündə heç vaxt səhv görmür . Bəzi vətəndaşlarımız zibili yeşiyin içinə belə atmır, kənarına tullayıb gedirlər. Biz də gedəndə, təbii ki, zibil yeşiyinin içindəkini yığırıq və ətraf çirkli qalır. Hər dəfə vətəndaş haqlı, günahkar biz oluruq. Hazırda sözügedən ərazi təmizlənib. 3-4 texnikamız var. Bəzən onlardan biri xarab olur, gecikmə yaşanır. Bir-birimizi başa düşməliyik".
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2020, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-08-2020, 11:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11