Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur - İTTİHAM
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun direktoru Qədirova Həqiqət Əbdül qızının qanunsuz əməllərindən və çoxsaylı basqılarından cana doyaraq intihara cəhd edən həkim Səbinə Məmmədova tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Bildirirəm ki, mən Məmmədova Səbinə Firidun qızı 1998-ci ildən etibarən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışıram. Elə həmin tarixdən Yeni Azərbaycan Partiyasının fəal üzvüyəm. 2003-cü ildə gənc tibb işçisi kimi tibb elmləri namizədi adını qazanmışam. 2001-ci ildə çalışdığım institutda “Uşaq Vərəmi Şöbəsi”in müdiri vəzifəsinə təyin edilmiş və 16 il ərzində, yəni 2017-ci ilədək bu vəzifədə qüsursuz fəaliyyət göstərmişəm. Bu günə qədər davam edən 22 illik həkimlik fəaliyyətim müddətində çoxsaylı pasiyentin etimadını və xeyr-duasını qazanmış, göstərdiyim yüksək nəticələrə və razılıqlara görə 2018-ci ildə “İlin Həkimi” adına layiq görülmüşəm.
24.07.2020-ci il tarixdə saat təqribən 23:00 radələrində çalışdığım Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda gecə növbəsində olarkən, institutun direktoru Qədirova Həqiqət Əbdül qızının mənə qarşı 3 ildən çox davam edən qərəzli, kinli, anti-milli, mənəviyyata və qanunazidd hərəkətlərinin nəticəsində affekt vəziyyətinə düşərək; əl və ayaq əzələlərimdə spazm və gərginliyin yaranması fonunda xeyli miqdarda “dərman” həbləri qəbul etməklə intihar etmək istəmişəm. Lakin, 25.07.2020-ci il tarixdə gecə saat 01:00 radələrində, yəni hadisədən təxminən 1 saat sonra həkimlərin köməkliyi sayəsində həyat yoldaşım özünün şəxsi avtomobili vasitəsilə dərhal məni 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) “taksikologiya” şöbəsinə çatdırmış, orda mənə ilkin və zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılmışam. Həyati təhlükəm sovuşsa da, səhhətimdə davam edən problemlərin ciddi hal alması səbəbilə hazırda müalicəmi “Mərkəzi Klinik” Xəstəxanada davam etdirirəm. Vəziyyətim qeyri-qənaətbəxşdir. Ara-sıra ağırlaşmalar yaranır. Özümü narahat hiss edir, konkret olaraq tək başıma yeriməkdə çətinlik çəkirəm. Baş beyinin MRT müayinəsinə əsasən beynimdə “qansızma” ocağı yaranmışdır.
Azyaşlı övladlarımın misilsiz kədər və iztirabına, dayanmayan göz yaşlarına yol açan bu hadisənin vicdansız baiskarı Qədirova Həqiqət Əbdül qızı haqqında nəzərinizə çatdırmaq istəyirəm ki, bu şəxs 09 fevral 2017-ci il tarixdə Səhiyyə Naziri cənab Oqtay Şirəliyev tərəfindən qeyri-adekvat olaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna direktor təyin olunub. İxtisasca həkim-mikrobioloq olan sözügedən şəxs ağciyər xəstəliklərindən tamamilə bixəbərdir və bu sahənin mütəxəssisi deyil. Bu səbəbdən dolayı da onun məlum tibb müəssiəsinə təyinatı hələ də müəmma doğurur.
Despotik keyfiyyətləri ilə seçilən və tanınan Həqiqət Qədirova elə ilk günlərdən etibarən institutda çalışan gənc kadrlara qarşı başda mən olmaqla qərəzli şəkildə mənəviyyata və qanuna zidd münasibət nümayiş etdirərək xoşagəlməz halların yaşanmasının baiskarı olmuş, dözülməz haqsızlıqlarına sərhəd tanımamış, xoşuna gəlməyən işçiləri düşməncəsinə incitmiş, ağır mənəvi-fiziki şərtlər altında çalışan zəhmətkeş kollektivdə qısa müddət ərzində kütləvi narazılıqlar və üsyan ab-havası formalaşdıraraq intitutda püxtələşmiş problemləri həll etmək, çatışmazlıqları aradan qaldırmaq, nümunəvi rəhbərlik keyfiyyətləri ilə rəğbət və etimad qazanmaq əvəzinə institutun tibb personalına qarşı müxtəlif vasitələrlə təzyiqləri gücləndirərək onları qərəzli və qanunsuz şəkildə işdən azad etmək niyyətini ortaya qoymuşdur.
Məkirli niyyəti nəticəsində ixtisasca 3-ü reanimatoloq olmaqla 5-dən çox həkim işdən uzaqlaşdırılmış, bununla da institutda tibbi xidmətin keyfiyyətli təşkili prosesinə ciddi zərər dəymiş, ölüm hallarının sayı ağlasığmaz dərəcədə artmış, ciddi çatışmazlıqlar və dözülməz halların gedişatında bu günə qədər qüvvədə qalan namünasib əmək şərait yaranmışdır.
Özünü hakim-mütləq, müstəntiq, dövlət ittihamçısı və məhkəmə zənn edən Həqiqət Qədirova 11.03.2017-ci il tarixdə vəfat etmiş xəstə -8 yaşlı Əliyev Emin Sabit oğlunun ölümündə məni ittiham edərək mənə şiddətli töhmət vermiş, bu hadisəyə görə 16 illik qüsursuz şöbə müdirliyi fəaliyyətimə son qoyaraq mənə mənəvi zərər vurmuşdur. Qeyd edim ki, sözügedən azyaşlı xəstənin ölümü ilə əlaqədar olaraq ərazi aidiyyatı üzrə Nizami Rayon Prokurorluğunda araşdırma aparılmış və nəticə etibarı ilə müəyyən olunmuşdur ki, baş vermiş ölüm hadisəsində mənim heç bir təqsirim yoxdur. Buna baxmayaraq, qeyd etdiyim kimi sözügedən hadisədə direktor tərəfindən günahkar bilinmiş və şiddətli töhmət alaraq 16 il əvvəl Ulu Öndər Heydər Əliyevin xeyr-duası ilə təyin olunduğum “Uşaq Vərəmi Şöbəsi”nin müdirliyindən əsassız olaraq azad edilmişəm. Bu anti-konstitusyon fakt Həqiqət Qədirovanın özbaşınalığının və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ardıcıllığının mənə münasibətdə başlanğıcı oldu.
Qeyd etdiyim kimi onun ifrat həddinə çatmış qərəzli və qanunsuz əməllərinin nəticəsində institutun bir neçə savadlı və təcrübəli əməkdaşı usanaraq könüllü şəkildə institutun fəaliyyətin sıralarından uzaqlaşmışdır. Onların arasından hazırda DTX-in Baş Hərbi Tibb İdarəsində çalışan torakal cərrah Cəmil Ələkbərovu, həkim-reanimatoloq Vüqar Səfərovu, həkim-reanimatoloq Ruhiyyə Abdullayevanı, həkim-reanimotoloq Elşən Həsənovu, cərrah Kamal Əliyevi, həkim-pulmonoloq İlqar Mustafayevi, elmi işlər üzrə direktor müavini İradə Axundovanı qeyd edə bilərəm…
Nəhayət 2018-ci ilin yanvar ayının 12-də 97№-li qanunsuz və əsassız əmri ilə məni işdən azad edən Həqiqət Qədirova 1 il 8 ay sonra məhkəmənin yekun qərarına uyğun olaraq məni işə bərpa etmək məcburiyyətində qaldı. Ədalət mühakiməsinin barəmdə qəbul etdiyi qanuni, əsaslı və qüvvəyə minmiş qərarına baxmayaraq, sözügedən şəxs həkim etikasına zidd şəkildə müxtəlif dövlət orqanlarına ünvanlanmış böhtan xarakterli müraciətləri ilə işgüzar nüfuzuma zərər vurmağa, şərəf və ləyaqətimi alçatmağa başladı. Bunun üçün o, təhdid və təzyiqlə institutun kollektivi daxilində mənim əlehimə ənənəvi imzatoplma kampaniyası təşkil edərək 18.11.2019-cu il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Kadrlar, elm və təhsil” şöbəsinə institutun adından müraciət ünvanlayaraq həmin müraciətdə mənə qarşı düşmənçilik münasibətini açıq şəkildə ifadə etməklə mənə böhtan atmış, işə bərpa olunmağımla bağlı Azərbaycan Respublikasının adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının rəsmiyyətini tanımaq istəmədiyinə diqqət çəkmiş; gərəksiz, əhəmiyyətsiz və gülünc doğuran bir şəkildə öz fəaliyyət dövrünü əhatə etməyən və öz təxəyyülünün məhsulu olan hekayələrdən söz açaraq hər vəchlə məni nüfuzdan salmaqda maraqlı olmuş, o cümlədən məni savadsız və qeyri-peşəkar adlandırmışdır.
Əlbəttə ki, özünü tibb elmləri doktoru, professor hesab edən bir şəxsin yuxarıda qeyd olunan əməli nə mənəviyyata, nə də ki, peşəkar tibb işçisinin etikasına uyğun deyil.
Həqiqət Qədirovanın qisasçılıq niyyətinin real və qabarıq təzahürü əmək fəaliyyətimə yenidən başladığım gündən etibarən müşahidə olunmaqdadır. Keçmişdə olduğu kimi, bu şəxs yenə də məni sarsıtmaq, nəticə etibarı ilə məni qanunsuz və əsasız şəkildə vicdansızcasına ləkələyərək işdən azad etmək məqsədilə qısa intervalla iş qrafiki üzrə gecə növbələrinə məmi yazaraq təqib etmiş, mənim hər hansısa bir xətamı aşkar edib məni cəzalandırmaq məqsədilə bir növ dəridən-qabıqdan çıxmışdır.
Tam olaraq sözlə ifadə edilməsi mümkün olmayan bu kinli əməli fəaliyyətin hazırkı pandemiya dövrünü əhatə etməsi isə sadəcə dəhşətdir. Belə ki, Həqiqət Qədirova 29.06.2020-ci il tarixdə “intizam tənbehinə cəlb etmə” haqqında 338№-li əmrlə mənə növbəti dəfə qanunsuz və əsassız töhmət vermişdir.
Halbuki mən sözügedən töhməti alacaq heç bir qanunsuz iş görməmiş, iş yerimi öz başıma tərk etməmiş, əksinə gecə növbəsi də daxil olmaqla sutkanın 18 saatını tam məsuliyyətlə işləmişəm. Xülasə, 24-25.06.2020-ci il tarixə təsadüf edən gecə növbəsində 30.05.2020-ci il tarixli “həkimlərin klinika üzrə iyun ayı üçün tərtib və təsdiq edilmiş növbətçilik” cədvəlinə uyğun olaraq institutun 2-ci korpusunda növbədə olmuşam və 1-ci korpusda növbətçi həkimin (Taleh Abbasov) olmamasına, eləcə də sözügedən korpus üzrə fitzio-cərrahiyyə bölməsinin elmi işçisi Ağca Abbasovanın “qeyri-rəsmi” olaraq növbəni həkim-pulmonoloq Aygün İsmayılovadan təhvil alması müəyyənliyinə cavabdeh, eləcə də qeyd olunan tarixdə məsul növbətçi şəxs olmamışam. Qeyd edim ki, həkimlər arasında növbələrin təhvil-təslim aktı institutun heç bir yazılı sənədinə ( təhvil-təslim kitabı və.s) əsaslanmır. Odur ki, sözügedən “intizam tənbehinə cəlb etmə” haqqında əmrin təsviri-əsaslandırma hissəsində qeyd olunmuş “qeyri-rəsmi” ifadəsi absurddur. Şübhəsiz ki, bu çatışmazlığın qüvvədə qalmasının yeganə səbəbkarı institutunun direktoru Həqiqət Qədirovadır. Rəhbər olaraq üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmək əvəzinə öz işini; məni təqib etmək, məni incitmək, məni işçilər arasında təhqir edərək təxribata çəkmək və işçilərə hədə-qorxu gəlməklə mənə qarşı saxta və gerçəkliyə uyğun olmayan izahatlar yazdırmaq üzərində quran Həqiqət Qədirovanın sözügedən hərəkətinə 02.07.2020-ci il tarixdə yazılı qaydada etirazımı bildirmişəm. Lakin uğursuzluq qorxusundan əziyyət çəkən Həqiqət Qədirova kinli duyğularına dayanaraq bu çətin vəziyyətdə belə illərdir ki, mənə qarşı formalaşmış qərəzli münasibətinə xitam vermək haqqında düşünməmişdir. Ona görə də mənə qarşı düşmənçilik, təxribat və təqib meylləri hələ də qüvvədə qalmaqdadır. Bu da konkret olaraq onu deməyə əsas verir ki, institutda narazılıq və təminatsızlıq ab-havasının dözüm səviyyəsini üstələdiyi namünasib və ədalətsiz əmək şəraiti mövcuddur.
Tabeliyində olanları qorxu və təzyiq altında saxlamaqdan həzz alan bu şəxslə işləmək artıq bir sıra şəxslər üçün qeyri-mümkünə çevrilib. Bu şəxs fikirləşir ki, tutduğu vəzifə onu bütün insani hisslərdən azad etmək və sui-istifadə hallarına yol vermək üçün əsasdır. Və buna görə də vəzifə səlahiyyətlərindən sui- istifadə edib istədiyi şəxsi incidə, təzyiq altında saxlaya və ən əsası işdən azad edə bilər. Təsadüfi deyil ki, o, məni həmkarlarımın yanında “maşennik”, “saxtakar” adlandırımış, məni məhkəməni saxta yolla qazanmaqda ittiham etmişdir.
Direktor Həqiqət Qədirovanın mənə qarşı tətbiq etdiyi neqativ və qərəzli münasibət halları ilə bağlı aidiyyatı qurum TƏBİB-ə çoxsaylı müraciətlər etməyimə, eləcə də institutda xüsusilə pademiya dövründə tüğyan edən ciddi neqativ hallarla bağlı mənim və digər şəxslərin şikayət xarakterli məlumatlarına baxmayaraq, sözügedən qurum tərəfindən bu günə qədər zəruri tədbir görülmədi. Xüsusilə 16.07.2020-ci il tarixli şikayətimdə intihar həddinə çatdığımı əlaqədar qurumun rəhbəri cənab Ramin Bayramlının diqqətinə çatdırmışam. Lakin bu barədə belə təəssüf ki, heç bir reaksiya verilmədi.
Nəticədə də göründüyü kimi Həqiqət Qədirova özünün qanunsuz əməllərinə sərhəd tanımayaraq cəzasızlıq və tədbirsizlik fürsətindən yararlanmaqla vəzifə-səlahiyyətlərindən sui-istifadə edərək, işə bərpa olunduqdan sonra mənə növbəti dəfə qanunsuz və əsassız töhmət vermiş, bunun davam olaraq 24.07.2020-ci il tarixdə tərtib edilmiş növbəti əsassız və böhtan xarakterli aktla mənə 2-ci töhməti vermək niyyətində olmuşdur.
Əlehimə yönəlmiş və 3 ildən çox müddəti əhatə edən, hətta ailə üzvlərimin- xüsusilə övladlarımın misilsiz mənəvi zərərinə zəmin yaradan direktor Həqiqət Qədirovanın qisasçılıq fəaliyyətini əks etdirən qanunsuz və qərəzli əməlləri qeyd olunan tarixdə məni intihar etməyə sövq etmişdir. Mənəviyyatsızlığın aşkar təzahürüdür ki, bu hadisədən sonra Həqiqət Qədirovanın oğlu Ramin Rzayev sosial şəbəkələr üzərindən anasının günahsız olduğunu isbat etməyə, məni isə qərəzli və saxtakar biri kimi təşviq etməyə çalışmışdır.
Hazırkı təlatümlü vəziyyət birlik və mərhəmətin, qarşılıqlı anlaşmanın daha çox ehtiyac yaratdığı gerçəklik olsa da, institutda narazılıq və təminatsızlıq səviyyəsinin dözüm səviyyəsini üstələdiyi vəziyyət yaranıb. Ona görə də mənim intihara cəhdim təsadüfi reallıq deyil. Hazırda ailəmin pərişan vəziyyətə düşməsinə səbəb olan mənim intiharım direktor Həqiqət Qədirovanın 3 ildən çox müddəti əhatə edən mənəviyyatsız və qanunsuz hərəkətlərinin təbii nəticəsdir. İşə bərpa olunmağımdan sonra uğursuzluq qorxusuna məhkum olmuş Həqiqət Qədirova mənim həyatımı təhlükə altında qoymaqdan çəkinmədi.
Hər gün təqib, hər gün təzyiq, hər gün yeni bir təxribat və təhqir…
Onkoloji xəstə olan yaşlı anam, yetkinlik yaşına çatmamış uşaqlarım başıma gələn bu hadisə nəticəsində kədər və iztiraba boğulublar. Ümidsizlik, sıxıntı, qəzəb, əsəbilik, qorxu və vahimə kimi hisslər artıq adiləşib. Həqiqətə Qədirova mənə həyatım bahasına misilsiz mənəvi zərbə vurdu.
Odur ki, gəncliyini xalqımızın sağlamlığına həsr etmiş gənc həkim kimi direktor Qədirova Həqiqət Əbdül qızının qanun qarşısında ədalətli şəkildə mühakimə olunaraq cəzalandırılmasının təmin olunmasını sizdən xahiş edirəm.
Hörmətlə: Məmmədova Səbinə Firidun qızı”.
Hurriyyet.org
Paylaş:
Müəllif : Yazar
Tarix:4-08-2020, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-08-2020, 13:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01