“Baş həkim və şöbə müdirinin iddiaları böhtandan başqa bir şey deyil” - QALMAQAL
Avqustun 1-də “ETAXİ ətrafında yaşanan qalmaqal haqda: “Biz də insanıq, dəmir deyilik”” başlıqlı yazıda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna (ETAXİ) qarşı ittihamlardan bəhs etmiş və onlara cavab olaraq İnstitutun Kliniki Diaqnostik Laboratoriyasının müdiri Nuriyyə Səlimovanın fikirlərini yayımlamışdıq. Səlimova təmsil etdiyi quruma qarşı ittihamları əsassız və qərəzli adlandırmışdı.
Laboratoriya müdiri açıqlamasında ictimai vəkil Samir Zeynalovun da adını çəkmişdi: “21 ildir ki, burda can qoymuşam. Alın tərimlə, zəhmətkeş insan kimi çalışmışam. Həqiqət xanım İnstituta direktor təyin olunduqdan sonra, düz bir il məni yoxladı və bir il sınaqdan sonra məni müdir vəzifəsinə təyin etdi. Və o vaxtdan indiyə qədər mənim başım bu insanlar ucbatından ağrıyır. Həmin insanların mənim haqqımda qərəzli münasibətinin olmasını, elə Samir Zeynalov kimiləri özləri öz aralarında da dəfələrlə təsdiqləyiblər. Elə özümlə əlaqə saxlayıb, deyib ki, sizlərə qarşı qərəzli münasibətdədirlər. Bizim başımız səhiyyənin işlərinə qarışıb, bunlar kimi ora-bura yazmağa vaxtımız yoxdur deyə, bunlar da nə istəyirlər yaza bilərlər?! Bunlara tutarlı bir cavab vermək lazımdır ki, yerində otursunlar. Hərə öz səviyyəsini nümayiş etdirir, amma nə qədər olar axı?!”
Yazı yayımlandıqdan sonra S.Zeynalov AYNA-nın redaksiyasına məktub ünvanlayıb. O da məktubda Səlimovanın iddiasını təkzib edib: “Bildirirəm ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun “Kliniki Diaqnostika Laboratoriyası” şöbəsinin müdiri Nuriyyə Səlimovanın barəmdə irəli sürdüyü fikir qətiyyən həqiqətə uyğun deyil. Belə ki, sözügedən tibb müəssisəsinin məlum şöbəsinin işçiləri tərəfindən dəfələrlə mənə şifahi qaydada şikayətlər daxil olub. Hətta bu şikayətləri ümumi qaydada təsdiq edən İnstitut rəhbərliyinə ünvanlanmış ərizə də tərtib edilib. Qərəzli məqamların, şəxsi ədavətlərin olub-olmamasını aydınlaşdırmaq məqsədilə mən Nuriyyə xanımla telefon əlaqəsi yaradaraq ona Həqiqət xanımın iştirakı və icazəsi ilə görüş təklif etmişəm. Görüşdə Nuriyyə xanımdan şikayətçi şəxslərin iştirakı da planlaşdırılıb. Lakin nəticədə Nuriyyə xanım görüşdən və ondan şikayətçi olan şəxslərlə üzləşməkdən imtina edib. Odur ki, tam məsuliyyətlə və reallığa uyğun deməliyəm ki, mən Nuriyyə Səlimovadan şikayətçi olan şəxslərin ona qarşı qərəzli olduğunu təsdiq etməmişəm. Onun bu iddiası tamamilə böhtandır. Qeyd edim ki, xanım Səlimovadan şikayətçi olan şəxslərin sayı 1-2 nəfərlə məhdudlaşmır. Adıçəkilən şəxsin haqqında İnstitutun direktoru Həqiqət Qədirovaya ünvanlanmış şikayət ərizəsinə 11 nəfər imza atıb”.
“Çox təəssüflər olsun ki, vicdanlı və dürüst bir insan kimi təqdim edilən Həqiqət xanım həmin şikayət ərizəsinə obyektiv qaydada vicdanla baxmaq əvəzinə, şikayətçi işçiləri "laboratoriyanın bağlanılması" ilə təhdid edib. Eləcə də o, öz ifadəsində bildirib ki, “Nə qədər ki, mən bu İnstitutun rəhbəriyəm, Nuriyyə Səlimovaya heç nə olmayacaq”. Nədənsə izahat yazdırmağı dəb halına salmış xanım Qədirova, işçilərin şikayətinə görə Nuriyyə Səlimovanın izahatını almayıb. Ona xəbərdarlıq belə, olunmayıb. Ayrı-seçkiliyə söykənən qərəzli münasibət bu deyilmi?!”, - Zeynalov yazır.
“Xoşagəlməz haldır ki, Nuriyyə Səlimova rəhbəri olduğu şöbədə mövcud olan daxili problemləri aradan qaldırmaq, işçilərlə sülh şəraitində işləmək və onların qayğıları ilə maraqlanmaq əvəzinə müxtəlif vaxtlarda "Facebook" sosial şəbəkəsi üzərindən işçilərinin ünvanlarına təhqiramiz ifadələr səsləndirib. Bu isə həkimlərin etik davranış qaydalarına birmənalı olaraq ziddir. Qayda-qanun, nizam-intizam tələb edən adıçəkilən şəxs, nədənsə özü qaydaları pozaraq həyata keçirdiyi "PZR" müayinələrinin qeydiyyatını aparmır. Geyim qaydalarına əməl etmir. Tabeliyində olan işçilərin xəstələrdən pul götürməsinə qadağa tətbiq edən xanım Səlimova, işçilərinin dediyinə görə, nədənsə "PZR" müayinələrini həmişə 30 AZN-ə həyata keçirib. Görəsən, bu ziddiyyətin bir açıqlaması varmı?!”, - o, əlavə edir.
İctimai vəkil qeyd edir ki, ETAXİ dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olmasına baxmayaraq, burda xəstələrə göstərilən tibbi xidmətlər pulludur: “Bu barədə faktlarla geniş şəkildə danışmaq olar. Görəsən, həkimin xəstədən pul almasına qarşı çıxdığını iddia edən direktor Həqiqət Qədirova İnstitutun, xüsusilə "Şüa-diaqnostika" şöbəsində mövcud olan - xəstədən müayinəyə görə xeyli miqdarda pul tələb edilməsi hallarını niyə görməzdən gəlir?! Suallarımız, faktlarımız kifayət qədərdir. Bu günə qədər tərəfimdən ETAXİ haqqında irəli sürülən hər bir iddia fakta çevrilib”.
“İnstitut direktorunun karantin qaydalarını pozaraq tibb işçiləri arasında yoluxmaya zəmin yaratması əməli TƏBİB tərəfindən təsdiqlənib və bu barədə ona adıçəkilən qurum tərəfindən ciddi xəbərdarlıq da edilib. Həkim-reanimatoloqun olmaması faktını İnstitutun baş həkimi İmamverdi Rzayev təsdiqləyib və bir müddət sonra baş verən ölüm hallarına münasibət bildirən həkim, professor Adil Qeybulla mətbuata açıqlama verərək qeyd edib ki, "ağır dərəcəli xəstələrin həkim-reanimatoloq olmayan Ağciyər Xəstəlikləri İnstitutuna yönəldilməsi ölüm hallarını artırır”. Odur ki, istər Həqiqət Qədirovanın və istərsə də Nuriyyə Səlimovanın irəli sürdüyü iddialar özünümüdafiə instinktindən qaynaqlanan formal mülahizələrdir. Və heç bir faktaloji əsası olmadığından tamamilə böhtandır. Hazırda Nuriyyə Səlimovanın barəsində TƏBİB-də araşdırma gedir”, - S.Zeynalov vurğulayır.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-08-2020, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-08-2020, 09:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01