“Qurduğu oyunlar bumeranq kimi özünə qayıdır” - Eldar Namazovdan Ramiz Mehdiyevin son açıqlamasına REAKSİYA
Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin son açıqlaması siyasi kluarlarda müzakirə olunmaqdadır.
Həmin açıqlamada R.Mehdiyev dolayısı ilə hakimiyyətdaxili və iqtidara qarşı intriqa ilə məşğul olması barədə son vaxtlar özünə yönələn ittihamları təkzib etməyə çalışıb.
R.Mehdiyev ölkə rəhbərliyinə sadiq olduğunu vurğulayaraq deyib:
“Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq bir an belə olsun dönməmişəm. Heç zaman daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm. Mənim dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir. Burada şəxsi mənafedən və cılız maraqlardan söhbət belə gedə bilməz”.
Prezident katibliyinin keçmiş rəhbəri Eldar Namazov isə əksini düşünür. O, Modern.az-a açıqlamasında Ramiz Mehdiyevin bir vaxtlar qurduğu oyunun indi özünə geri döndüyünün bildirib:
“Azərbaycanda daxildə düşmən axtarmaq, başqa fikirdə olan adamlara “xalq düşməni” damğasını vurmaq ənənələrini elə Ramiz Mehdiyev qoyub. O hakimiyyətdə təmsil olunanda da bunu gizlətmir, müxtəlif məqalələrində sadalayırdı ki, “5-ci kolon”dan olan adamlar kimlərdir, təşkilatlar hansılardır.
Onun Prezident Administrasiyasının rəhbəri kimi atdığı addımlar nəticəsində yüzlərlə təşkilata müxtəlif təzyiqlər edilir, xeyli adam həbs olunur, nə qədər insan xaricə getməyə məcbur qalırdı. Yəni o vaxtlar bu ideologiyanı gizlətməyən Ramiz Mehdiyev düşünmürdü ki, nə vaxtsa elə bir gün gələcək, onun bu ideologiyası bumeranq kimi özünə qayıdacaq. O da indi özünü bu ideologiyadan yayındırmaq üçün o vaxt dediklərinin əskini deyir və yazır.
Burda çox böyük qeyri-səmimilik görürəm və onun şəxsi maraqları hər şeydən üstün tutmağını hiss edirəm. Ramiz Mehdiyevə qarşı olan ittihamları xaricdə fəaliyyət göstərən blogerlər yox, Azərbaycanda yaşayan və hakimiyyətə yaxın olan deputatlar, müstəqil şəxslər, ziyalılar səsləndirir. Xaricdəki bloger və telekanallar Bakıda səslənən ittihamlara görə məsələni araşdırıb hansısa şərh irəli sürürlər. Ramiz Mehdiyevi uzun illər tanıyan və onun hansı işlərlə nəşğul olduğunu bilənlər ona qarşı iradlarının səsləndirilər. Gülməlidir ki, o hər şeyi xaricdə yaşayan hansısa qüvvələrin üstünə atır. İndiyə qədər mən görməmişəm ki, Milli Elmlər Akademiyasının əvvəlki rəhbərliyi onun kimi bəyanatlarla çıxış etsin. Nədir yəni, bəlkə Ramiz Mehdiyev yenə də Prezident Administrasiyasının rəhbəridir?!”.
E.Namazov Ramiz Mehdiyevin uydurma bir sahə üzrə elmlər namizədi olması məsələsinə də diqqət çəkib:
“Milli Elmlər Akademiyasının başında həmişə xaricdə alim kimi ad qazanmış savadlı şəxslər dayanırdı. Ancaq indi mən Elmlər Akademiyasının saytında Ramiz Mehdiyevin tərcümeyi-halına baxıram, onun elmə verdiyi töhfələri təsdiq edən heç bir sənəd yoxdur, o sıfırda dayanıb. Saytda başqa bölməyə keçirsən, keçmiş akademiklərin yüzlərlə adı, nailiyyəti var. Amma Ramiz Mehdiyevin bu günədək akademik olub bir dənə də elmlər namizədi yetişdirə bilməməyi də qəribə məsələdir. Ramiz Mehdiyev vaxtilə sadəcə “elmi komunizm” adlı uydurma bir elmlə məşğul olub. Bu elmi də İkinci Dünya Müharibəsində uydurmuşdular və Qorbaçovun da vaxtında artıq həmin elmə aid bütün institut və kafedralar ləğv olundu. Gülməlisi də odur ki, Ramiz Mehdiyev də bu ləğv olunan elm üzrə elmlər namizədi olub. Çox təəssüf edirəm ki, bu qədər dünya şöhrətli alim olan ölkənin Milli Elmlər Akademiyasının saytında rəhbər olaraq elmi nailiyyətləri 0 olan bir şəxsin məlumatı yerləşdirilib. Onu bir dənə Nyu-York Elmlər Akademiyası tanıyır ki, ora da kitabxana kimi bir şeydir və məktəbli də 125 dollar ödəyib üzv ola bilir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2020, 17:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2020, 17:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01