Yeni təhsil nazirinin ayağı düşərli olacaqmı? - DƏRSLƏR AÇILIR?
Bildiyimiz kimi, koronavirus epidemiyasının yarada biləcəyi təhlükələrə görə mart ayından təhsil müəssisələri bağlanıb. Dərslər onlayn qaydada həyata keçirilsə də, ümumi mənzərə onu deməyə əsas verdi ki, bu dərslər keyfiyyət baxımından ənənəvi dərslərdən kifayət qədər geri qaldı. Artıq yeni tədrsi ilinin başlamasına iki aydan az bir vaxt qalır. Valideynləri və təhsil alanları isə dərslərin hansı formada başlayacağı sualı düşündürür.
Bu barədə AYNA-nın sualını cavablandıran Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib ki, bununla bağlı hələ müzakirələr aparılır: “Bu barədə müzakirələr aparılsa da, hələ yekun qərar yoxdur. Qərar epidemioloji şəraitə uyğun olaraq veriləcək”.
Təhsil eksperti Kamran Əsədov da AYNA-ya öz fikirlərini açıqlayıb: “Qüvvədə olan qərara görə 15 sentyabrda yeni tədris ili başlayır. Baş Nazirin 30 mayda imzaladığı son qərarı ilə 2019-2020-ci tədris ili başa çatmışdı. 2020-2021-ci tədris ilində dərslərin başlanması, hansı formada təşkili ilə bağlı xüsusi qərar yoxdur. Deməli, qüvvədə olan qanunvericiliyə görə, 2020-ci ilin 15 sentyabrında ənənəvi formada tədris ili başlayacaq. Bunun əksini ifadə edəcək qanun-qərar hələ ki, yoxdur, verilməyib. Amma mövcud pandemiyanın tədris ilinin başlamasına və tədrisin həyata keçirilmə formasına təsiri danılmaz və qaçılmazdır”.
Ekspert, həmçinin tədris ili üçün öz təkliflərini verib və dərslərin 1 sentyabrdan başlaya biləcəyini qeyd edib: “Yeni tədris ili 1 sentyabrda başlaya bilər. Senytabr ayı yalnız əvvəlki ildə keçirilməli olan mövzulara həsr oluna bilər. Nəzərə alsaq ki, dərsliklər şagirdlərdə qalıb, bu, mümkündür. Tədrisin təşkil olunma formalarına qaldıqda isə bu, ənənəvi, onlayn və həm ənənəvi, həm də onlayn qaydada ola bilər. Ənənəvi qaydada - hamı əvvəlki illərdə olduğu kimi dərsə başlayır. Onlayn qaydada 4447 orta ümumtəhsil məktəbində təhsil alan 1.6 milyon şagird dövlət tərəfindən planşet və internetlə təmin olunur, hər kəs üçün onlayn dərslər əlçatan olur”.
“Həm ənənəvi, həm də onlayn qaydada olacağı təqdirdə, dərslər həftə ərzində hər gün olmamalıdır. Şagird sıxlığını minimuma endirmək lazımdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman dərslər şagirdlər məktəbə gələn günlərdə keçirilməli, tapşırıqların yoxlanılması və bu kimi fəaliyyətlər onlayn həyata keçirilməlidir”, - Əsədov vurğulayıb.
Əlavə edib ki, dərslərin müddəti də azaldılmalıdır: “Belə ki, I-IV siniflər 25 dəqiqə, V-IX siniflər 30 dəqiqə, X-XI siniflər 35 dəqiqə dərs keçməlidirlər. Siniflərdə şagirdlərin sayı I-IX siniflərdə 20 nəfər, X-XI siniflərdə 15 nəfərdən çox olmamaqla təşkil edilməlidir. Dəslərin başlama saatları 3 növbəli, tamamilə fərqli olmalıdır. Belə ki, I-IV siniflər üçün dərslər saat 8-00-dan 11-00-a qədər, V-IX siniflər üçün 12-00-dan 15-00-a qədər, X-XI siniflər üçün 16-00-dan 19-00-a qədər. Əlbəttə ki, şagird sayı az olan məktəblərdə bu dəyişə bilər. Növbələr arası məktəb tam şəkildə dezinfeksiya olunmalı, lazımı qabaqlayıcı tədbirlər görülməlidir”.
Epidemioloji gözləntiləri AYNA-ya şərh edən həkim-infeksionist Nəzrin Mustafayevanın sözlərinə görə, təhsil müəssisələrinin açılmasına bir ay yarımdan artıq vaxt var və buna görə indidən hansısa dəqiq söz demək çətindir: “İndi müəyyən təxminlər verə bilərik, amma bu təxminlərdə xəta faizi yüksəkdir. Bu səbəbdən dərs ilinin başlamasına az müddət qaldıqda daha dəqiq fikir söyləmək olar ki, təhsil müəssisələrinin açılması məsləhətdir, yoxsa yox. Bu, önümüzdəki günlərdə ölkəmizdəki epidemioloji vəziyyətin necə olacağından asılıdır”.
Mütəxəssis düşünür ki, təhsil müəssisələri açılacağı təqdirdə, tam əvvəlki şərtlər daxilində deyil, epidiomoloji vəziyyətə uyğun olaraq fəaliyyət göstərəcək: “Bir həkim olaraq təhsil müəssisələrinin yaxın zamanda əvvəlki qaydada fəaliyyət göstərəciyini gözləmirəm. Bu proses zamanla başlaya bilər. Müəyyən metodik göstərişlər daxilində təhsil müəssisələri açıla bilər. Bu halda mütləq növbəlilik prinsipi əsasında sıxlığın qarşısı alınmalı, sosial məsafə gözlənilməli, otaqların havalandırılması təmin edilməlidir”.
“Virusu məktəblilər əşyaları ilə daşıya bilərmi?” sualına cavabında gəldikdə, Mustafayeva bunun xüsusi bir təhlükə yaradacağını hesab etmir: “Biz onsuz da ətraf mühitlə daim əlaqədəyik. Bəli, quru səthlərdə virusun ömrü qısa olur, lakin istənilən halda biz bunu nəzərə alaraq daim bildiririk ki, əllərin dezinfeksiyası çox önəmlidir. Xəstə şəxs danışdıqda, asqırdıqda, öskürdükdə ağzını əli ilə tuta bilər və əllərinə hopmuş virus sonra tutduğu yerlərdə qala və başqalarını da yoluxdura bilər. Bunu bilməyən şəxs virus hopmuş əlini ağızına, burnuna, üzünə vurduqda virus selikli qişaya düşə və yoluxa bilər. Bunun qarşısını almaq üçün xüsusi qaydalara riayət etmək vacibdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2020, 16:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-07-2020, 16:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11