“Səfər Əbiyev mənə pul verib lap əcəb edib...” - QALMAQAL
Azərbaycan Ordusunun gücündən və Qarabağı azad etmək qüdrətinin olduğundan danışıb. Adətən mediadan uzaq dayanan sabiq nazirin saytlara açıqlama verməsi, bunun ardınca isə bəzi siyasətçilərin, məsələn, ADP sədri Sərdar Cəlaloğlunun Xural TV-də, həmçinin Reaksiya TV-də onun haqqında müsbət fikirlər səsləndirməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Bəzi sosial şəbəkə fəalları və bəzi saytlarda “Səfər Əbiyevin fəallaşması nə ilə bağlıdır? Keçmiş nazirin ordudakı adamları ordu daxilində hansısa sabotajlara əl ata bilərmi” kimi suallar verilir, həmçinin Sərdar Cəlaloğlunu Səfər Əbiyevin maliyyələşdirdiyi iddiaları irəli sürülür.
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, o, Səfər Əbiyevin fəallaşdığını düşünmür: “Səfər Əbiyevin Tovuz əməliyyatından sonra ordumuzla bağlı açıqlama verməsinə şəxsən mən müsbət yanaşıram və hesab etmirəm ki, burada hansısa fəallaşma marağı var. Mən həmişə o fikirdə olmuşam ki, yüksək vəzifələrdə xidmət etmiş şəxslər ölkənin taleyüklü günlərində görünməlidirlər, xalqda ruh yüksəkliyi yaratmalıdırlar, xalqın yanında olmalıdırlar. Kimsə bunu edirsə və normal mövqe sərgiləyirsə, başqa istiqamətlərə yozmaq düzgün deyil. Ağır və məsuliyyətli günlərdə adam orduya dəstək verirsə, bu, müsbət qiymətləndirilməlidir.
Digər tərəfdən, indi ordumuz o vəziyyətdə deyil ki, kimsə kənardan gəlib sabotaj eləsin. Səfər Əbiyevin ordudan ayrılmasından 7 il keçir. Bu illər ərzində orduda o qədər kadrlar dəyişib ki, Əbiyevin kadrlarından demək olar yüksək vəzifələrdə qalanlar yoxdur".
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, adıçəkilən internet TV-lərdə Səfər Əbiyevi tərifləməyib: “Mən demişəm ki, Səfər Əbiyev milli təfəkkürlü adam idi. Orduda əsgər ölümlərini bəhanə edib ona qarşı xüsusi kampaniya aparılırdı. Demişəm ki, Rusiya Səfər Əbiyevi nazir görmək istəmirdi. Çünki o, Rusiyanın təsirindən çıxmaq tərəfdarı və buna çalışan adam idi. Səfər Əbiyev daha çox NATO ilə, ABŞ-la əlaqələrə, əməkdaşlığa üstünlük verirdi. Onun ABŞ-la münasibətlərini pozmaq üçün onu məcbur ediblər ki, ABŞ səfiri ilə görüşdə səfirin səsini yazsın. Beləliklə, Səfər Əbiyev Amerikadan müdafiədən məhrum olandan sonra ona qarşı guya əsgər ölümlərinə etiraz aksiyasını Bakının mərkəzində təşkil etdilər və onun vəzifədən kənarlaşdırılmasına nail oldular. Mən həmin internet TV-lərə bunları demişəm və üstündə də qalıram. Bizim ordunun problemləri adətən ondan qaynaqlanıb ki, müdafiə nazirləri, ordunun başında dayanan bir sıra şəxslər Rusiyanın təsiri altında olub. Necə ki, Türkiyədə FETO hərbidə kök saldığı üçün Türkiyə son illərə qədər PKK-ya, xarici düşmənə qarşı kəskin, səmərəli mübarizə apara bilmirdi, əməliyyatlar çox vaxt uğurla nəticələnmirdi. Uğurlarımız aprel savaşında və Tovuz döyüşündə olub. Lakin bilirsiniz ki, aprel savaşında da ordumuza qarşı xəyanət olmuşdu. Hətta hökumət özü vətənə xəyanət ittihamı ilə cinayət işi qaldırmışdı və xeyli sayda zabitlər həbs olunmuşdu. Suallar, faktlar, şübhələr çoxludur. Mən bunları demişəmsə, məgər Səfər Əbiyevi müdafiə etmiş sayılıram? Mən Azərbaycan xalqının Nəcməddin Sadıkov barəsində uşaqdan böyüyə illərdir dilində əzbərə çevrilmiş fikri səsləndirmişəm. Demişəm ki, Rusiyaya bağlı adamlar ordudan kənarlaşdırılmayınca biz istədiyimiz uğurlu nəticələrə nail ola bilməyəcəyik və itkilərimiz olacaq. Mən bunları dilə gətirirəmsə, Səfər Əbiyevin adamı oluram?! İndi mənim dediklərimə tutarlı cavab tapa bilmədikləri üçün başlayıblar məni Səfər Əbiyevin adamı çıxarmağa, ”Sərdar Cəlaloğlunu Səfər Əbiyev maliyyələşdirir" uydurmasını ortaya atmağa. Əvvəla, mənim Səfər Əbiyevlə heç bir əlaqəm yoxdur. Səfər Əbiyevlə ömrümdə cəmi bir dəfə Eldar Sabiroğlunun anasının yasında qarşılaşmışam və bir-iki saniyəlik salam-əleyküm olub, ikincisi, lap fərz edək ki, Səfər Əbiyevdən pul alıram, adama deyərlər Səfər Əbiyev mənə pul verib lap əcəb edib, sizə nə dəxli var, siz zəhmət çəkin mənim qaldırdığım suallara, verdiyim açıqlamalara cavab verin. Mən sual edirəm ki, 27 ildir neçə dəfə nazir dəyişdiyi halda, baş qərargah rəisi niyə dəyişdirilmir, hansı uğurları olub ki, dəyişdirilmir? Bu suallara cavab versinlər. Mənim kimdənsə pul aldığımı uydurub məsələni başqa səmtə yönəltməsinlər".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:22-07-2020, 10:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-07-2020, 10:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11