"V&GO" Hotel və milyonçu sahibi Gəncədə tarixi abidəni necə işğal edib? - İTTİHAM
Gəncədə fəaliyyət göstərən "VEGO” Otel şəhərin XVII əsrə aid olan tarixi abidəsini illərdir "işğal"a məruz qoyub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğu təsbit edilən, lakin 2013-cü ildən maddi maraqların güdazına gedən "Çökək Hamam" (inv №-3870) tarixi-mədəniyyət abidəsi bütün ziyarətçilərinin üzünə bağlanıb.
"Tarixi abidə şəhərin mərkəzində - Cavab Xan küçəsi 48 ünvanında yerləşir.
"Demokratik.Az" saytının məlumatına görə, tarixi abidəni əhatə edən bütün giriş qapılarına qıfıllar vurulub. Nə əcnəbi turistlər, nə də yerli sakinlər əvvəllər olduğu kimi məkanın qədimi arxitektur gözəlliyindən zövq ala, klassik hamam şəraitinə tamaşa edə bilmir. Bu hal artıq illərdir ki, haqlı kütləvi narazılıqlar doğurur.
Hamamın bir neçə metrliyində - eyni həyətdə olan “Şah Abbas” cümə məscidində namaz qılan möminlər isə bu duruma özəlliklə lənət oxuyurlar. Dindarlar hesab edirlər ki, hamamın otel tərəfindən istifadəsi həm dini, həm də mədəni əxlaqa sığmır.
Bu barədə şikayətlərini ifadə edən Gəncə sakinləri hesab edirlər ki, sözügedən tarixi hamam kimlərinsə kommersiya-qazanc məqsədlərinə xidmət etməklə bir otelin inhisarında deyil, öz əvvəlki müstəqilliyini qazanaraq məhz sadə insanların ixtiyarında olmalıdır.
Əldə etdiyimiz məlumatlara əsasən, sözügedən "Çökək Hamam" 2014-cü ildən bəri üzbəüz yerləşən məşhur "V&GO" otelin hamamı kimi istifadə edilir. Bura xarici görünüşünə görə və sənədlərdə tarixi abidə olan hamam kimidirsə, otel müştəriləri üçün əsl "Məşədi İbad" və ya pullu cütlüklərin sevişməsinə qapılarını açan hotel hamamıdır.
“V&GO” otelin özəl müştəriləri hamama girişi yeraltı tunel vasitəsilə həyata keçirirlər. Hələ 2013-cü ildən otelin içindən hamama uzanan, dərinliyi 4 metr olan xüsusi keçid inşa edilib.
Otel qanunsuz olaraq abidənin tarixi statusunu heç bir qanuni əsaslar olmadan tamamilə mənimsəyib və illərdir qeyri yollara baş vuraraq buradan özünə pul-qazanc üçün istifadə edir.
"Demokratik.Az"-a verilən özəl məlumata görə, tarixi abidənin otelin istifadəsinə verilməsi sabiq icra başçısı Elmar Vəliyevlə "V&GO" otelin sahibi Hacı Etibar Həsənov arasındakı sövdələşmə ilə baş tutub. Amma, zəruri və ilkin razılıq sənədləşməsinin Mədəniyyət və Turizm Nazirliyində də imzalanması, gizlin istifadəyə şəraitin məhz nazirlik rəsmilərinin xeyir-duasıyla yaradılması faktı artıq ortaya çıxıb.
Hələ ötən il saytımızın bu barədə müraciətinə aldığımız cavab hiddət doğururdu.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “araşdırması” zamanı rəsmən etiraf olunmuşdu ki, 2013-cü ildə "Vego" otelinin sahibkarı tərəfindən adı gedən hamamda (inv.N 3870) təmir-rekonstruksiya işləri aparılıb.
Və dövlət qurumu qeyd edirdi ki, guya sonradan hamam ilkin vəziyyətə gətirilərək təyinatı üzrə fəaliyyətinə davam edib. Halbuki, mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin müdiri Etibar Axundovun imzaladığı həmin “cavab”da “ÇÖKƏK hamam”ın otel tərəfindən inhisarı məsələsinə məqsədli şəkildə toxunmayıb, faktı gizlətməyə səy göstərib.
Vikipedik məlumatlarda da hamam barədə oxşar və yanıldıcı bilgilər yer alır. Bildirilir ki, guya həmin ünvanda dekorativ sənət mərkəzi yerləşir ki, bu da ağ yalandır. ( mənbə - https://az.wikipedia.org/wiki/Çökək_hamam )
Bugünlərdə aldığımız yeni bilgiyə görə, Gəncə “ÇÖKƏK HAMAM” kompleksinin “V&GO” otelə qanunsuz “istifadə”yə verilməsində cari il mayın 8-da DTX əməliyyatında həbs edilən Zakir Sultanovun müstəsna rolu olub.
"V&GO" Hotel və milyonçu sahibi Gəncədə tarixi abidəni necə işğal edib?
Mənbəmizin iddialarından aydın olur ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov adıkeçən otelin sahibi Hacı Etibar Həsənovla razılaşaraq tarixi mədəniyyət qoruğunu rüşvət müqabilində sonuncunun tamamilə ixtiyarına verib. Sonuncu da heç bir məsuliyyət hiss etmədən “işğalçılıq” həyata keçirib və təəssüf ki, öz mədəni cinayət əməlini hələ də davam etdirir.
Bildirək ki, hamamı işğal edən otelin sahibi Etibar Həsənov uzun illərdir Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən "Aviasiya təmiri Zavodu"nun direktorudur. O, Gəncədə ən varlı məmurlardan biri kimi tanınır, rəhbərlik etdiyi zavodda baş tutan küllü miqdarda yeyinti və milyonlarla ölçülən korrupsiya hesabına varlandığı bildirilir.
Maraqlı daha bir məqam isə odur ki, Hacı Etibar təkcə tarixi abidəni yox, elə otel binasını da dolayı yolla əldə edib. Belə ki, otel binası əvvəllər dövlət balansında olan bir ATS binası olub və sabiq rabitə naziri Əli Abbasovun icazəsilə Hacı Etibarın mülkiyyətinə - Otelə çevrilib.
Maraqlıdır, görəsən Mədəniyyət və Turizm Nazirliyi tarixi binanı "V&GO" otelin istifadəsinə (icarəyə) verərkən daha hansı məcburiyyətləri nəzərə alıb ki, qanunvericiliyi ayaqlar altına alıb?
Ümumiyyətlə, bu tarixi abidəyə büdcədən təmirpulu ayrılıbmı, və ya niyə ayrılmayıb ki, hotelin maddi dəstəyinə umacaq olub?
Əgər, nazirliyin Bərpa idarəsi bu kimi tarixi abidələri restovrasiya və təmir etməkdən, belə tarixi-mədəni binaların saxlanma öhdəliyindən bezibsə, onda "Çökək Hamam"ı bir işbazın (otelin-O.N) əlindən almaq gələcəkdə müşkülə, hətta mümkünsüzə çevrilməyəcəkmi?
İnanırıq ki, bu məsələyə dövlət başçısı səviyyəsində reaksiya veriləcək, Gəncə şəhərinin nadir tarixi incilərindən biri olan “ÇÖKƏK HAMAM” kompleksi tezliklə "işğal"dan azad ediləcək...
Demokratik.Az adıçəkilən otelin və rəhbərinin də cavab haqqına sayğısını ifadə edir...
Paylaş:
Müəllif : Yazar
Tarix:16-07-2020, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-07-2020, 11:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01