QHT-lərin pandemiyada icazə problemi: - Layihələri necə icra etsinlər?
Məlum olduğu kimi, Nazirlər Kabinet yanında Operativ Qərargahın tətbiq etdiyi sərt karantin rejiminə görə, icazə portalında işə çıxmaq istəyən müəssisə əməkdaşlarının 50 faizindən artığının işləməsinə məhdudiyyət tətbiq edilib. Həmin Qərardan irəli gələrək nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. İcazələr Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən, fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla verilir.
İyulun 1-dən isə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant alan QHT-lərin layihələrinin icrası başlayıb. Bu müddət ərzində də QHT-lər əməkdaşları ilə əmək müqaviləsi imzalayıb layihələrin icrasına başlayırlar. Amma iyulun 1-dən işə götürülən əməkdaş, həm sonradan işə götürüldüyü üçün icazə portalından qeydiyyatdan keçə bilmir, həm də QHT-nin sədri əvvəlcədən portaldan keçib deyə, ikinci şəxsin portaldan qeydiyyatdan keçməsinə icazə verilmir ki, iki nəfər qeydiyyatda olduğu üçün biri keçibsə, ikincisi keçə bilməz. Çünki onda rəsmi olaraq icazə sayı 100 faizli olur. Bu da QHT-lərin fəaliyyətinə problemlər yaradır.
Çünki layihələrin icrası ilə məşğul olan şəxslər 3-4 aylıq layihə icrası zamanı fəal iş görməldirlər ki, layihəni lazımi şəkildə icra edə bilsinlər. Əks halda, QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən layihə qəbul olunmur.
Bəs, belə olan halda QHT-lər nə etməlidir? İcra prosesi indi başlayıb deyə, məcburdurlar ki, elə indi qeydiyyatdan keçib işə başlasınlar. Mövzuya aidiyyatı qurumlar və QHT rəsmiləri ilə AYNA tutmağa çalışdıq.
“Biz hansısa QHT-nin rahatlığı üçün pandemiyanın geniş yayılmasına şərait yaratmağa rəvac verə bilmərik”
QHT-lərə Dövlət Dəstəyi Şurasının İcra Katibliyinin rəhbəri Fərasət Qurbanov bildirdi ki, QHT-lər pandemiya dövrünün və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə mütləq şəkildə əməl etməlidir: “Biz hansısa QHT-nin rahatlığı üçün pandemiyanın geniş yayılmasına şərait yaratmağa rəvac verə bilmərik. Əgər, vəziyyət belə diqtə edirsə, biz də çox işləyib, vəziyyətə uyğun hərəkət edib üzərimizə düşən məsələni etməliyik”.
“Lakin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2020-ci ildə maliyələşdirdiyi 429 layihədən 290-ı pandemiya ilə mübarizəyə görə, dəyişiklik edib. Biz həmin təşkilatların pandemiya şəraitində müəyyən texniki və digər yardımların təşkilinə şərait yaradılması üçün Nazirlər Kabinetinə müraciət edəcəyik”, - Qurbanov vurğulayıb.
İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyev isə bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməyin lazım olduğunu bildirib: “Biz bununla bağlı müraciət qaydasını portalda qeyd etmişik. Yəni ki, xüsusi hallar üçün İqtisadiyyat Nazirliyinə müraciət etmək lazımdır. Müraciət ediləcəyi təqdirdə isə problemlərə baxılacaq və həlli üçün çalışılacaq”.
“Hökumət bu məsələyə yenidən baxmalı və QHT-lərin fəaliyyətinə imkan yaratmalıdır”
“Biosfer” İctimai Birliyinin layihə rəhbəri Tural Məmmədovun sözlərinə görə, bu məsələ onların faəliyyətinə ciddi problem yaradır: “Belə ki, biz iyul ayının 1-dən 3 aylıq layihə icrasına başlamışıq və rəsmi olaraq elektron qaydada “Biosfer” təşkilatı ilə müqaviləmiz var. Mən artıq 3 aylıq əmək müqaviləsi əsasında orada fəaliyyət göstərirəm. Lakin fəaliyyətimə elektron icazə ala bilmədiyim üçün ciddi problem yaşayırıq. Biz portaldan icazə almaq istəyəndə bizə bildiriş gəlir ki, artıq 1 nəfər-sədr icazə aldığı üçün ikinci şəxsin icazəsindən imtina edilir. Təbii ki, mən “Biosferin” daimi əməkdaşı deyiləm, 3 aylıq müqavilə əsasında fəaliyyət göstərirəm. Ona görə də hökumət qurumlarının sonradan icazə portalından qeydiyyatdan keçməyə çalışmağımızı, yaxud bir nəfər keçib deyə ikinci şəxsin icazə almasını mümkünsüz etməsini ədalətsiz hesab edirəm. Çünki mən əvvəlcədən təşkilatın əməkdaşı olmamışam. Belə olan halda, necə qeydiyyatdan keçə bilərdim?”.
“Digər tərəfdən, qeydiyyatdan məhz bu günlərdə keçməyimin səbəbi də məndən asılı deyil. Çünki QHT-lərə Dövlət Dəstəyi Şurası ilə ilə müqaviləmiz iyulun 1-dən başlayır və məcbur olaraq üç aylıq prosesi indi başlatmaq lazmdır. Burada da təşkilat sədrinin daimi qeydiyyatda olması normal bir haldır. Çünki o, təşkilatın rəhbəridir. Lakin mənim fəaliyyətim iyul, avqust və sentyabr aylarını əhatə edir. Hesab edirəm ki, hökumət bu məsələyə yenidən baxmalı və QHT-lərin fəaliyyətinə imkan yaratmalıdır. Əks halda, QHT-lərlə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında ciddi problem yaranacaq. Təbii ki, hökumət indiki halda bu problemin yaranmasını istəməz”, - Məmmədov vurğulayıb.
“5-6 nəfərin isə işə çıxması, layihəyə cəlb olunması heç bir problem yarada bilməz”
“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu da mövcud durumdan narazıdır. O, bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları ən çox həyata keçirən məhz Qeyri Hökumət Təşkilatları olub: “İlk gündən əhaliyə hökumətin verdiyi qanunları və qərarları izah edən, pandemiya və sərt karantin rejiminə əməl etməyə çağıran QHT-lər olub. Bu baxımdan, QHT-lərin bu prosesdən birdən-birə kənarda qalması absurddur. Əslində, Operativ Qərargah bununla bağlı özünün qəbul etdiyi qərarlarına hörmətsizlik nümayiş etdirir”.
Cərimələrin tətbiqi problemdən çıxış yolu deyil
“Digər tərəfdən, vətəndaş cəmiyyətinin inkişafı üçün QHT-lərin rolu böyük və danılmazdır. QHT-lər Şuranın qəbul etdiyi, maliyyələşdirdiyi layihələrin icrasına başlamalıdırlar. Onların fəaliyyəti üçün qoyulan məhdudiyyətlər isə düşünürəm ki, qanunlara və konsitutisiyaya ziddir. Çünki məhdudiyyətlər onların layihələrini icra etməyə mane olur. Düşünürəm ki, QHT Şurasının rəhbərliyi bu məsələni Operativ Qərargah və ölkə rəhbərliyi qarşısında qaldırmalı və QHT-lərə yaradılan süni əngəllər aradan qalxmalıdır. Əks təqdirdə, layihələrin icrası mümkün olmayacaq. Bundan da bütövlükdə vətəndaş cəmiyyəti uduzacaq”, - Rəşidoğlu deyib.
O, əlavə edib ki, QHT-lərdə fəaliyyət göstərən əməkdaşlar az olduğu üçün onların fəaliyyəti elə də problem yaratmır: “Tutaq ki, bir müəsisənin 200 nəfər işçisi varsa, onların əksəriyyətinin işə çıxmaması anlaşılandır. Çünki 200 nəfər eyni anda bir yerə toplaşsa, daha çox yoluxma olacaq. Amma QHT-lərdə 5, 6, 10 nəfər fəaliyyət göstərir. 5-6 nəfərin isə işə çıxması, layihəyə cəlb olunması heç bir problem yarada bilməz. Bu baxımdan da Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha və ölkə rəhbərliyinə müraciət etməlidir ki, həmin qərar QHT-lərə şamil edilməsin. Bu, bütövlükdə ümumi prinsiplərə zidd olmaqla yanaşı, pandemiyaya qarşı mübarizədə də QHT-lərin gördüyü işi əngəlləyir. Əslində isə bu, Nazirlər Kabinetinin özünün qəbul etdiyi qəraralara ziddir. Çünki QHT-lər köməkçi amil kimi çıxış edirlər və bu köməkdən də bizi məhrum etmək yol verilməzdir”.
“Mən təklif edirəm ki, həmin bəndə “Qeyri Hökumət Təşkilatları” sözü də əlavə olunsun”
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə əvvəlcə problemin yaranmağından danışıb: “Birinci məsələ ondan ibarətdir ki, vaxtı ilə bəzi QHT-lərin müəyyən yanlışlıqları olub ki, qeydiyyatdan keçəndə təşkilatların fəaliyyətinə uyğun deyil, əsas iqtisadi fəaliyyət şifrəsi kimi digər ictimai təşkilatlar sözünə “fokuslanıblar” və elə qeydiyyata düşüblər. Halbuki, fəaliyyətə uyğun qeydiyyat prosesi olsaydı, bu problem yaranmazdı. Yəni, problemin yaranmasının birinci səbəbi budur. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, bütün QHT-lər karantin qaydalarıına riayət etməyin tərəfdarıdır. Mart-aprel aylarında ilk karantin tətbiq olunanda da QHT-lər hökuməti bu sahədə dəstəkləyib”.
“Amma buna baxmayaraq, müəyyən layihələr var ki, həyata keçirilməsini istəyirik. Bu layihələrin icrası zamanı da təşkilat rəhbərləri ofislərinə getməyə, fəaliyyətlərini həyata keçirməyə məcburdurlar. QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə yardımı ayrılan 423 layihə var və həmin layihələrin 290-nı pandemiya dövrünə həsr olunub. Həmin QHT-lər də həm ərzaq yardımı, həm də tibbi yardımlar göstərirlər. Ona görə də Dövlət Dəstəyi Şurası bununla bağlı Operativ Qərargahla işləyir və onların icazə məsələsi tezliklə həll ediləcək”, -Hüseynzadə bildirib.
QHT sədri məslə ilə bağlı Operativ Qərargaha təklif də irəli sürüb: “Nazirlər Kabinetinin 19 iyunda verdiyi 208 nömrəli əlavəsi var. Həmin əlavənin 7-ci bəndinə “Kütləvi İnformasiya Vasitələri” xüsusi bəndi əlavə edilib. Mən təklif edirəm ki, həmin bəndə “Qeyri Hökumət Təşkilatları” sözü də əlavə olunsun. Fikrimcə belə olsa, daha yaxşıdır. Təbii ki, bundan da heç bir QHT sui-istifadə edə bilməz. Dünən İqtisadiyyat nazirinin müavini ilə onlayn görüş keçirilib və bu məsələ qaldırılıb. Nazirlik məsələnin rəsmən diqqətlərində olduğunu bildirib və problemin tezliklə aradan qaldıralacağını deyib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2020, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-07-2020, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01