Koronavirusla mübarizə aparan həkimlərin maaşını kim kəsir? - GİLEY
Dünyanı ağuşuna alan “COVİD-19” pandemiyasından əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır.
Pandemiya ölkəmizdə vüsət alan ilk gündən dövlət onun önlənməsi üçün bir sıra addımlar atdı.
Virusla mübarizədə əsas yükü çiynində daşıdığından həkimlərin əmək haqqlarının artırılmasına da qərar verilib.
Gununsesi.org xatırladır ki, bu barədə Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.
Qərara görə, koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində;
– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində;
– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində.
Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.
Bu arada isə Gununsesi.org-a müraciət edən bir qrup həkim maaşlarının heç də bu qərarda nəzərdə tutulduğu kimi hesablanmadığını deyib.
Həftənin 7 gününü işləyən tibb işçiləri bildirir ki, maaşlar hesablananda şənbə-bazar günləri nəzərdə tutulmur. Halbuki, onlar həftənin bütün günü iş başında olurlar: “Cəmi 23 gün 6 saatdan hesablanir. Bu da təxminən 150 saat edir. Halbuki, bu rəqəm 220-240 saat arasindadir. 8 saatlıq nöbvədə olsaq da 6 saat yazırlar, həftənin bazar günlərini nəzərə almırlar. Nəticədə belə hesablama ilə ödənişlərin məbləği xeyli azalır”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in mövqeyinə yer verməyə hazırıq. //Gununsesi.org//
Paylaş:
Müəllif : Yazar
Tarix:7-07-2020, 11:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-07-2020, 11:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11