Maliyyə yardımı verilməyən qəzetlərin sahibləri kimlərdir? – Əli Həsənovun xanımı, Ramiz Mehdiyevin qızı…
Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2020-ci ilin 2-ci yarısı üçün qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilən müsabiqənin nəticələrini açıqlayıb.
regionxeberlericom.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu ilin ilk yarısı üçün keçirilən müsabiqə ilə müqayisədə qəzet redaksiyalarına ayrılan mayiyyə yardımı 35 min manat az olub. Belə ki, bu ilin ilk yarısı üçün 23 qəzetə 245 min manat ayrıldığı halda, bu ilin ikinci yarısı üçün 18 qəzetə 295 min manat ayrılıb.
İlin əvvəlində maliyyə yardımı alan “Mövqe” qəzeti (20 000 manat), “Üç nöqtə” qəzeti (10 000 manat), “Palitra” qəzeti (10 000 manat), “Oxu məni” qəzeti (5 min manat), “Hərbi And” qəzeti (5 min manat) və “The Business Times” qəzetinə (5 min manat) maliyyə yardımı ayrılmayıb. Bu ilin əvvəlində maliyyə yardımı ala bilməyən “Nedelya” qəzetinə ilk dəfə yardım ayrılıb.
Onu da bildirək ki, ötən ilin ikinci yarısı üçün maliyyə yardımı alan "Kaspi” (20 000 manat) və “Kaspiy” (20 000 manat) qəzetlərinə bu ilinin ilk yarısı üçün maliyyə yardımı ayrılmadığına qəzetin kollektivi adından ölkə prezidentinə şikayət MƏKTUBU ünvanlanıb.
Məlumat üçün qeyd edək ki, KİVDF-nin malliyyə yardımı ayırmadığı qəzetlərin yüksək çinli sabiq məmurlara bağlıdır.
"Kaspi” və “Kaspiy” qəzetlərinin təsisçisi prezidentin sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Sona Məhəmməd qızı Vəliyeva 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1984–1994-cü illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllimə, 1995-1999-cu illərdə “Səs” qəzetində müxbir vəzifələrində çalışıb. 2005-ci ildə jurnalist kimi fəaliyyətinə görə “Tərəqqi” medalına, daha sonra “Əməkdar jurnalist” adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. 1999-cu ildən tarixi “Kaspi” qəzetinin təsisçisi və ideya rəhbəridir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktorudur. 2011-ci ildən 2018-ci ilə qədər Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışıb. Sona Vəliyeva eyni zamanda “Kaspi Təhsil Şirkəti” və “Kaspi Liseyləri”nin də təsisçisidir. Eyni zamanda şair və yazıcı kimi Sona Vəliyevanın bir-neçə kitabı da çap olunub.
“Mövqe” qəzetinin isə KİVDF-nin sabiq İcraçı direktörü Vüqar Səfərliyə məxsus olduğu bildirilir.
Səfərli Vüqar Müzəffər 1958-ci il martın 19-da Ordubad rayonun Tivi kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə həmin fakültəni bitirib.
1977-ci ilin iyul ayından sentyabr ayınadək Culfa Üzümçülük Sovxozunda fəhlə işləyib. 1977-ci ilin sentyabr ayında Bakı poçtamptının Qəzet-Jurnal Ekspedisiyası sexinə çeşidləyici vəzifəsinə işə qəbul olub. 1980-cı ildə həmin sexdə elektrik mexaniki vəzifəsinə keçirilib. 1981-ci ildə Bakı poçtamptının "Oneqa" elektron maşınlarının təmir qrupuna mühəndis vəzifəsinə keçirilib.
1985-ci ildə Moskva Rabitə İnstitutuna daxil olub, 1990-cı ildə həmin institutu bitirib.
1989-cu ilin fevral ayında Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin "İstismar" şöbəsinə 2-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. 1990-cı ilin iyun aynıda yeni yaradılmış "Müştərilərlə iş qrupu"na 1-ci dərəcəli mühəndis (qrupun rəhbəri) vəzifəsinə keçirilib. 1991-ci ilin mart ayında Qəzet Jurnal Ekspedisiyası İdarəsinə rəis vəzifəsinə təyin olunub. 1996-cı ilin noyabr ayından "Azərmətbuatyayımı" İstehsalat Birliyinin sədri təyin olunub.
Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 20.07.2007-ci il tarixli 221 saylı sərəncamına əsasən "Azərmətbuatyayımı" İstehsalat Birliyinin "Azərmətbuatyayımı" Açıq Səhmdar Cəmiyyətə çevrilməsi ilə əlaqədar olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 22.08.2007-ci il tarixli MK-60 saylı əmrinə əsasən səhmdarların I ümumi yığıncağı çağırılanadək Cəmiyyətin idarə heyətinin sədri vəzifəsinin icrası həvalə edilib.
2003-cü ildə Rabitənin 85 illiyi münasibəti ilə "Rabitə ustası", 2005-ci ildə isə Azərbaycan Respublikası Prezindentinin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülüb.
1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvü, hazırda YAP Nərimanov rayon təşkilatı sədrinin müavinidir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci idə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.
“Palitra” qəzetinin sahibi haqqında bugünə kimi mətbuatda demək olar ki, heç bir məlumat yayılmayıb. Qəzetin təsisçisinin adı sirr kimi saxlanılır. Mətbu nəşrin interner resursu olan “palitranews.az” saytının “Haqqımızda” bölməsində qeyd olunur ki, “Palitra” qəzeti 02.11.1999-cu il tarixində dövlət qeydiyyatından keçib. Təsisçisi K.R.Əliyevadır. K.R.Əliyevanın kim olması barədə əlavə məlumat verilməsə də, “K.R.Əliyeva” yazılışına başqa bir mənbədə də rast gəlmək mümkündür. Bakıə Dövlət universitetinin rəsmi veb-səhifəsində Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Əliyeva Kamilə Ramiz qızı “K.R.Əliyeva” olarak təqdim olunur.
Qeyd olunur ki, K.R.Əliyeva 1970-ci ildə Moskva şəhərində anadan olub. 1987-ci ildə BDU-nun biologiya fakültəsinə daxil olub, 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub. 2002-ci ildə “Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə “Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib. K.R.Əliyeva 1999-cu ildən psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışır. 2010-cu ildən kafedranın professorudur. Həmin ildən Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.
Onu da bildirək ki, Əliyeva Kamilə Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın hazırki prezidenti Ramiz Mehdiyevin qızıdır.
Bunlardan başqa maliyyə yardımı verilməyən “Üç nöqtə” qəzetinin təsisçisi məşhur aparıcı Xoşqədəm Hidayətqızıdır. Xoşqədəm Hidayət qızı Baxşəliyeva 1974-cü ildə Ağdərə rayonun Narışlar kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: «İlin jurnalisti», "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından biri olub. 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. "Azad Azərbaycan" telekanalında "Dərdini mənə danış" verilişinin aparıcısı olub, 2012-ci ildən 2015-ci ilə qədər həmin telekanalda populyar "Səni axtarıram" verilişinin aparıcısı olub. 2015-2016 illərdə ANS TV bağlanana qədər orada çalışıb. 2016-cı ildə Xəzər TV-ə gəlib və indiyə qədər "Bizə danış" "Səni axtarıram" layihəsinin aparıcısıdır. 2014-cü ildə türk müğənnisi Doğuş ilə evlənib. 6 may 2016-cı ildə onların əkiz övladları — oğlanları dünyaya gəlib.
“Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru olan Emin Axundov 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı 31 saylı orta məktəbi oxuyub. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetində (ATU) daxil olub və 1994-cü ildə oranı bitirib. 1988-ci ildə “Azneftmaştikinti”, sonra isə DİN-nin Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. 1994-cü il may ayından “Aktual” qəzetində jurnalist kimi işə başlayıb. Emin Axundovun ən böyük xidmətlərindən biri də Bakı Şəhər Baş Polis İdarəsinin mətbu orqanı olan “Polis” qəzetində (1998-2007) redaktor, həmçinin Azərbaycan Metropoliteninin orqanı olan “Metro” qəzetinin yüksək səviyyədə yeni dizaynla respublikamızda ilk dəfə olaraq rəngli nəşrinə nail olması ilə bağlıdır.
1995-ci ildə Emin Axundov “Ləman” yayım firmasını təsis edərək respublikamızda ilk dəfə qəzet və jurnalların metro keçidlərində yayım, əldəyayım və şəhərdə köşklər vasitəsi ilə yayımını təşkil edib. Sonradan onun adı dəyişdirilərək “Mətbuat” firması adlandırıldı. Emin Axundovun təsisçisi və rəhbəri olduğu “Mətbuat” firması tərəfindən qurulan və “Mətbuat çap evi” adı altında fəaliyyət göstərən mətbəədə yazıçı Çingiz Abdullayevin əsərləri ilk dəfə Azərbaycan dilinə ruscadan tərcümə olunaraq çap edilib.
“Gün” qəzeti, “Azərbaycan Polisi“ jurnalı, “Həşərat” satirik jurnalının, “Oxu məni”, “Serial”, “1001 Kriminal”, “Kriminal xronika”, “Oxu məni krossvord”, “Super Sport”, “Qol” “Mən və sən”, “Lyubi menya”, “Uqadayka”, “Super krossvord”, “Super krossvord” (rus dilində), “Qəzet.az” qəzetlərinin “Mətbuat” firmasının təsisçisi və Baş redaktorudur.
“Hərbi and” qəzet
Təxris Olunmuş Hərbiçilərin İctimai Birliyinin təsis etdiyi “Hərbi and” qəzeti öz fəaliyyətinə 15 noyabr 2002-ci ildə başlayıb. Təxris Olunmuş Hərbiçilərin İctimai Birliyinin sədri isə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənlidir. Emin Həsənli 4 yanvar 1977-ci ildə Ağdam rayonunun Quzanlı kəndində ziyalı ailəsində anadan olub. 1993-cü ildə Quzanlı kənd orta məktəbini bitirib və həmin ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial idarəetmə və sosiologiya fakültəsinə daxil olub. 1994-cü ildə Bakı Dövlət Universiteti hüquq fakültəsinin qiyabi şöbəsinə qəbul olub. 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Sosiologiya ixtisası üzrə, 2000-ci ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib. 1998-2000-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bölüyün tərbiyə işləri üzrə komandir müavini, daha sonra tağım komandiri kimi döyüş bölgəsində həqiqi hərbi xidmət keçib. Ehtiyatda olan zabitdir. 22 dekabr 2000-ci ildə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri seçilib. 22 aprel 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilib.
2005-ci ildən fəaliyyət göstərən “The Business Times” qəzetinin baş redaktoru isə Nurullayeva Nəzirə Rafiq qızıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-07-2020, 17:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-07-2020, 17:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01