NİİM-in sabiq direktorunun həbs müddəti uzadıldı: - bir məktubla əməlləri ifşa edildi
NİİM-in sabiq direktoru hakim qarşısına çıxarılıb. O, xüsusi ilə külli miqdarda dələduzluqda təqsirləndirilir.
Musavat.com xəbər verir ki, Rəsulov Anar Ələkbər oğlu hazırda həbsdədir. Onun barəsində açılan cinayət işi üzrə istintaq davam edir. Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Anar Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) keçmiş direktoru Anar Rəsulov ötən ilin dekabr ayında həbs edilib. Rəsulov Anar Ələkbər oğlu 2016-2018-ci illərdə NİİM-in şöbə müdiri, 2018-ci ilin mayından sentyabr ayına qədər direktor müavini, həmin vaxtdan 2019-cu ilin aprelinə kimi direktor vəzifəsində işləyib. A.Rəsulov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda dələduzluqla ittiham edilərək saxlanılıb.
Sabiq direktor barəsində 2019-cu il dekabr ayının 7-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. A.Rəsulov bir qrup şəxslə əlbir olaraq BNA-nın işçisi Fuad İsmayılovun əmlakına və NİİM-in təsis paylarına qarşı dələduzluq etməkdə ittiham olunur.
Qeyd edək ki, NİİM BNA-nın tabeliyində MMC kimi fəaliyyət göstərir.
Anar Rəsulovun həbs ediləcəyinin anonsunu NİİM-in əməkdaşlarından birinin ictimailəşdirdiyi məktub vermişdi. BNA əməkdaşı Seymur Məcidov 2011-ci ildən etibarən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində çalışdığını yazırdı.
Bildirirdi ki, NİİM-ə məxsus 1369 avadanlıqdan 800 ədədi işlək vəziyyətdədir. Bunun əsas səbəbi fiberoptik şəbəkədə olan problemlər və detal ehtiyatının çatışmazlığıdır. Detal ehtiyatı ilə əlaqədar NİİM və BNA rəhbərliyinə dəfələrlə məlumat verilib. Lakin heç bir halda tələb olunan sifarişlər anbarda olsa belə qəsdən icra edilməyib.
S.Məcidov məktubunda yazır ki, baş verənlərin səbəbkarı Anar Rəsulov olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-07-2020, 16:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-07-2020, 16:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01