Azərbaycanlı professor koronavirusun dərmanını tapdı - İLGİNC
"Seleniumun dərman kimi istifadə edilməsi (əsasən natrium selenit şəklində) xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, hətta tam sağalmasına səbəb olub"
AMEA-nın Biofizika İnstitutunun əməkdaşları - biologiya elmler doktoru, professor Tokay Hüseynov və biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyeva ətraf mühit amillərindən birinin (Selenium statusu) COVID-19 genomunun bir hissəsi olan HİV/AİDS-in inkişafına və patogenliyinə təsiri barədə mövcud tədqiqatlar əsasında araşdırma aparıblar.
Bu barədə professor Tokay Hüseynov Dominant.az-a müsahibəsində məlumat verib.
Tokay Hüseynovun bildirdiyinə görə, çoxsaylı tədqiqatların nəticələri göstərib ki, kimyəvi elementlərdən biri olan Seleniumun (Se) insan qidasında çatışmazlığı, dövrümüzün ən çox yayılmış virus xəstəliklərinin inkişafına səbəb ola bilər: “Hantavirus (Hantavirus) kimi təhlükəli virus xəstəlikləri, ürək-damar sisteminə ciddi zərər vuran Koksaki (Coxsackie), quş qripi, Ebola, eləcə də digər viruslar COVID-19-a bənzər simptomlara malikdir. Ürək əzələsinin zədələnməsi, diabet xəstələri üçün təhlükə hesab edilən qanın sistematik hiperkoaqulyasiyası, həmçinin qəfil tənəffüs dayanmasına səbəb olan trombositlərin sıxılması və s. xüsusilə təhlükəlidir. Bütün hallarda xəstələrin orqanizmində Seleniumun çatışmazlığı müşahidə olunur”.
Professorun sözlərinə görə, seleniumun dərman kimi istifadə edilməsi (əsasən natrium selenit şəklində) xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, hətta tam sağalmasına (Koksaki virusu – Keshan əyaləti, Çin) səbəb olub:
“HİV/QİÇS infeksiyasının mənfi təsirinə ən çox məruz qalan ölkələrdə isə (Cənubi Qərbi Afrika), yoluxmanın HİV vəziyyətindən QİÇS vəziyyətinə keçməsinin qarşısını alan əsas dərmanlardan biri məhz Selenium olub”.
T.Hüseynov qeyd edib ki, aparılan tədqiqatlar nəticəsində COVID-19 üzrə ölüm hallarının əsas səbəbinin ürəyin və ürək-damar sisteminin zədələnməsi olduğu müəyyən edilib:
“Ölüm hallarının 50%-dən çoxu miokardın zədələnməsi (Koksaki virusunun aktivləşməsinin başlıca əlaməti) və hipoksiya, yaxud asfiksiya ilə nəticələnən qanın sistemli qlobal laxtalanması ilə əlaqədardır. Bu sahədə aparılan tədqiqat işlərinin analizi əsasında belə nəticəyə gəlmək olar ki, H1N1 qripinin yayıldığı dövrdə qanda Seleniumun miqdarı və selenenzim qlutationperoksidaza fəallığı normal səviyyədə olan pasiyentlər bu xəstəliyi daha yüngül formada keçiriblər. Aparılan model təcrübələri (siçanlar üzərində təcrübələr) zamanı analoji nəticələr əldə olunub, Selenium qəbul edən siçanlarda ölüm halları digərlərindən 3 dəfə az müşahidə edilib. Sonradan А(H3N2) qrip virusu üçün də eyni nəticələr əldə olunub. Çində aparılan son epidemioloji tədqiqatlar göstərir ki, saçda olan Seleniumin miqdarı ilə sağalma arasında aşkar korrelyativ əlaqə mövcuddur. Selenium statusunun aşağı olduğu hallarla müqayisədə isə, sağalmanın 3 dəfə artması müşahidə edilir. Bu zaman xəstəliyin gedişatının yumşalması vacib göstərici hesab olunur”.
Müsahibimiz onu da bildirib ki, seleniumun (natrium selenit) COVID-19 virusundan müdafiəsinin bir neçə mümkün mexanizmi mövcuddur:
“Natrium selenit izomerazanın zülal disulfidinin bərpa olunma reaksiyasını inhibirləşdirir. Onun PD1 enzimi qlikozülal ilə “sahib” hüceyrənin membranının əlaqəsini təmin edir. Həmin hüceyrə üzərindən virusun RNT-si “sahib” hüceyrəyə nüfuz edir.
Müəyyən olunub ki, selenenzim tioredoksin reduktazaya (TPrx) malik olan virus RNT-si DNT nüsxəsini çıxarmaq yolu ilə virusun mRNT-si “sahib” hüceyrəyə daxil olur, endogen selenium ehtiyatlarını azaldır, bu isə orqanizmin immunitetinə mənfi təsir göstərir. Selenium zülallarının, xüsusən də TPrx-in funksiyasını dəstəkləmək üçün əlavə Selenium tələb olunur. Bu, COVID-19 virusuna yoluxmuş transgen siçanlar üzərində aparılan təcrübələrdə aşkar edilib.
Həmçinin COVID-19 virusuna yoluxma zamanı NF-kB faktorunun - nüvə kappının fəallaşması baş verir, bu da apoptozun inkişafını şərtləndirir. Halbuki selenium NF-kB faktorunun fəallığını ingibirləşdirən vasitələrdən biridir. Bu, eyni zamanda, COVID-19 virusuna yoluxmuş siçanlar üzərində aparılan təcrübələrdə müşahidə olunub”.
“COVID-19 virusunun faciəvi nəticələri əsasən qan laxtalanması ilə əlaqəlidir, natrium selenit isə tromboksanın əmələ gəlməsini ingibirləşdirən, tromb yaranması əleyhinə olan xassəyə malikdir. Həmçinin müəyyən olunub ki, COVID-19 virusuna yoluxma zamanı insultun inkişafı ilə birbaşa əlaqəli olan trombopeniya baş verir. Bütün bunlar isə onu deməyə əsas verir ki, COVID-19 virusuna qarşı həssaslıq və onun fəsadları orqanizmin Seleniumla təmin olunma dərəcəsindən ciddi şəkildə asılıdır. Natrium selenitin özü isə bu xəstəliyin müalicəsi zamanı səmərəli ola bilər”, - professor vurğulayıb.
T.Hüseynov müvəffəqiyyətli müalicəyə kömək edən digər terapevtik tədbirlər barəsində də danışıb:
“Koronavirus infeksiyasının təsirinin əsasını ürək-damar sisteminin zədələnməsi və müvafiq oksigen çatışmazlığı olduğunu qeyd etmək vacibdir. Ağciyər tənəffüsündə oksigen və karbon dioksid ilə birlikdə iştirak edən üçüncü qaz molekulu kimi hesab olunan azot oksidi haqqında qeyd etmək əhəmiyyətlidir.
Farmokopiyada azot tərkibli olan dərmanlar: Nitroqliserin, Nitronq, Nitroprussidlər və s. kimi, həmçinin endogen NO sintezini təşviq edən dərmanlar (arginin amin turşusu, NOS fermenti - NO sintetaza) və s. NO donor mənbələri ola bilər. NO-nun faydalı təsir mexanizmi iki istiqamətdədir:
1. NO damarların elastikliyini artırmağa və genişləndirməyə vasitəçilik edir, o da qan axınını və ona müvafiq oksigen həcmini artırır.
2. NO hemoqlobin molekullarına aktiv birləşir və yüksək miqdarda oksigenin hemoglobindən ayrılıb toxumalara ötürülməsi prosesində fəal iştirak edir, yəni oksigen daşıyıcısı olan hemoqlobinin təsirinin faydalı iş əmsalını artırır.
Burada nəzərə almaq lazımdır ki, hemoqlobinin tərkibinə daxil olan selenium və azot oksidi arasında mürəkkəb qarşılıqlı əlaqələr yarana bilər. Ona görə də onların eyni vaxtda birlikdə isifadəsi yolverilməzdir. İki preparat arasındakı istifadə müddəti 8-12 saat intervalında olmalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2020, 18:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-07-2020, 18:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11