Qobustan sakini çarəsiz durumda... - GİLEY
Qobustan rayonu, Xilmilli kənd sakini Osmanova (Şərifova) Leyla Tərlan qızı tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Narzı vətəndaşın müraciətinin bir nüsxəsi də DİA.AZ-a daxil olub. Müraciətdə deyilir:
"Mən ailəmlə Qobustan rayonun Mərəzə qəsəbəsində 2007-ci ilədək yaşamış və Qobustan rayon İcra hakimiyyətinin Memarlıq şöbəsində kompüter mütəxəssisi işləmişəm. İşlədiyim dövrdə mən də bir vətəndaş olaraq Nərimankənd ərazisində olan bələdiyyə torpağından fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahə əldə etmək üçün ərizə verdim. Ərizəmə əsasən mənə 0.06 ha torpaq sahəsi yerli bələdiyyə tərəfindən qanuni sənədlərlə, hesaba pul köçürmə, alq-satqı müqaviləsi, qərar, tikiləcək evin eksiz layihə-smeta sənədlri hamısı hazırlanıb mənə təqdim edildi. Mən də rəsmən təqdim edilmiş yerimə mişar daşı və bir yük avtomobili qum tökdürdüm ki. tezliklə işə başlayaram. Elə oldu ki, ailəmizin maddi imkanı olmadığından yerin kənarını bir az hasar edib qoyduq. 2013-cü ildən ailə həyatı qurdum və o vaxtdan Xilmilli kəndinə köçüb kirayə kimi müvəqqəti bir evdə yaşamağa başladım. Hazırda öhdəmdə 3 azyaşlı uşaq vardır. Ona görə də kasıbçılıqdan hələlik mənə verilmiş torpaqda ev tikə bilmirdim. Lakin əlavə yerimə yenə iki maşın mişar daşı tökdürmüşdüm. Budur, 2019-cu ilin avqustun 10-da mənə bildirdilər ki, bizim yerdə Habil adlı şəxs özbaşına tikinti işləri aparır.O mənim yerimin kənarlarını hasardan çöl tərəfdən yenidən binövrə qazdırıb hasar tikdirmək istəyir. Habil bizə bildirdi ki, mən bu yeri Qobustan şəhər
Bələdiyyəsinin sədri Vasif Novruzovdan pulumu verib almışam. Lakin o bizə heç bir sənəd göstərmədi. Yerimizdə işləyən Habilin qohumu olan İlqar adlı bənna da bildirdi ki, mən bu yerin hasarını tikməliyəm. Biz yerimizdə olarkən Bələdiyyə sədri Vasif gözə görünmədən bizi qorxutmaq üçün yerə polis çağırtdırdı. Polis bizim sənədlərimizə baxdı və tikintinin dayandırlımasını tapşırıb çıxıb getdi.Lakin buna baxmayaraq sabahı gün ustalar yağış yağa yağa yenə yerimizdə tikintini davam etdirdilər. Biz bələdiyyə sədri Vasiflə telefonla danışıb nə qədər onunla görüşməyə çalışsaq da o bizdən qaçıb gizləndi, yerində tapılmadı. Yalnız telefonda bildirdi ki, sizdəki sənəd sənəd sayılmır. Biz Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun qəbulunda olduq. O bələdiyyə sədrinə tapşırıq verdi ki, gedin yerində aydınlaşdırın və mənə məruzə edin. İkinci dəfə qəbulda olarkən Vasif başçıya bildirdi ki, guya Habilin kadastr planı varmış. Amma bu sənədi təqdim etmədi. Başçı bildirdi ki, əgər sənədi varsa o zaman vətəndaşa başqa yerdən torpaq əvəzi yer verin. Lakin bələdiyyə sədri bu günə kimi nə bizə dediyi rəsmi sənədi təqdim edir, nə də başçının tapşırığına əməl edib digər yerdən 0.06 ha torpaq sahəsini verir. Bir sözlə, V.Novruzov başçının tapşırığına əməl etmir, saymır.
Xatırlatmaq yerinə düşərdi ki, 2005-ci ilədək Vasif Novruzov bir gənc uşaq kimi benzindoldurma stansiyasında operator kimi işləyib birtəhər dolanırdı. Elə ki, bəldiyyə sədri oldu dərahal O zamankı icra başçısı olmuş İsmayıl Vəliyevlə birləşib 2007-2010-cu illər ərzində Nərmankənd kənd sakinlərinə Mərəzə qəsəbəsinin gündoğar tərəfində verilmiş pay torpaqlarının hamısını kənar fizki şəxslərə hər sotu 1500-2000 manatdan İcra Hakimiyyəti başçısının sərəncamı və bələdiyyə sənədilə satıb bölüşmüşlər.(Bu barədə vətəndaşların şikayətləri olub) Kənd sakinlərinin çoxu məhkəməyə müraciət edərək bu dəstəni ifşa etmişlər. Lakin buna baxmayaraq Vasif Novruzov yenə də qanusuz olaraq mənim kimi vətəndaşlara vaxtilə verilmiş torpaq sahələrini dədəsinin malı kimi özbaşına saxta sənədlərlə satıb əsassız varlanmaqla məşğuldur. Məlumata görə bu adamın təkcə Bakı şəhərində üç villası vardır. Bizimlə söhbət zamanı isə bildirir ki, sizin sənədiniz sənəd sayılmır. Görün haram pullar bu adamı hansı dərəcəyə çatdırıb ki, Vasif qonşu Nərimankənd kənd bələdiyyəsinin verdiyi sənədləri belə tanımaq istəmir . Və saxta sənədlə torpaqları özbaşına satıb onu himayə edən quldur dəstəsilə bölüşür.
Mənim 19 may 2020-ci il son şikayətimdən sonra DİN-nin istintaq İdarəsinin 13 iyun 2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, şikayətimə əvvəlcə Qobustan Polis Şöbəsində qeydiyyata alınmış və Qobustan Prokurorluğunda baxıb və CPM-nin 39.1.1 maddəsi ilə ört basdır etmişlər. Digər rəsmi cavab məktubu ƏN-nin Sumqayıt Regional İdarə rəsinin imzasıilə almışam. Məktubdan da görünür ki, sədr araşdırmailə deyil, yerli bələdiyyə sədri V.Novruzovun diqtəsilə həm mənə, həm də yuxarı orqanlara formal və əsassız cavab vermişdir.Hüquqdan anlayışı belə olmayan Sumqayıt Regional Ədliyyə İdarə sədri Sahib Bayramov sonda hətta ifrata vararaq qeyd edir ki, Nərimankənd Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 12/455 saylı qərarı 11.10.2019-cu il tarixində bu qərarın ləğv edilməsi üçün tərəfimizdən Qobustan Bələdiyyəsinə məktub ünvanlanmış və uyğun olaraq 11.11.2019-cu il tarixli ixlas protokolu əsasında bu qərar ləğv olunmuşdur” Hüquşümas adlanan idarə rəisi S.Bayramov bilməli idi ki, istənilən inzibati aktın – qərarın, sərəncamın, alqı-sayqı, icarə müqavilələrinin hamısı yalnız məhkəmə qətnaməsi əsasında mümkündür.
Digər tərəfdən S.Bayramov yenə saxtakarlıqla qeyd edir ki, guya mübahisələndirilən bu 0.06 ha sahə heç vaxt bələdiyyənin mülkiyyətində olmayıb və bu torpaq sahəsi Səlimov Şahinə pay
torpaq kimi verilibmiş və o da öz növbəsində Habil Gülməmmədovla alqı-satqı müqaviləsi bağlayıbmış və s buna bənzər boş boş söz yığını. Şahin Səlimov isə telefonla bizə bildiri ki, Ona məxsus əkin sahəsi bizim yerə aid deyil və onun nə ixtiyarı var ki, o belə təyinatlı torpağı ev tikmək məqsədilə H.Gülməmmədova satsın. Bu yalandır. Və belə bir alqı-satqı müqaviləsi yoxdur.ƏN-nin idarə rəisi rəsmi məktubunun əvvəlində isə qeyd edir ki, bu torpaq sahəsi H.Gülməmmədovun mülkiyyətinə ayrılmışdır. Sual alunur hansı sənədlə? Sonda qeyd edirsiniz ki, guya Şahin Səlimovdan alıb, məktubun əvvəlində bu torpağın kimi 2011-ci ildə H.Gülməmmədova ayrıldığı bildirlir. O d qeyd edilir ki, guya Nərimankənd Bələdiyyəsinin 2007-ci il, 12/455 nömrəli qərarı arxivdə aşkar edilmədi. Bəli, əgər arxiv Vasiv novruzova təhvil verilibsə niyə də aşkar edilsin? Özü itirb bütün sənədləri və məh edib. Bəs İcra Hakimiyyətində qalan memarlığın razılığı və mənə ayrılmış bələdiyyə torpağına dair hazırlanmış və təsdiq edilmiş eskiz layihələri, torpağın dövlət rüsumunun ödənilməsi faktları necə yxa çıxacaq?
Ona görə də hörmətli Ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət edirəm ki, imkan varsa hüquqdan anlayışı olan və bir az da savadı olan şəxsləri regional idarələrə rəhbər təyin etsin ki, öz yazdıqlarını heç olmasa özləri anlaya bilsin. Rüşvətxor İcra başçısı İsmayıl Vəliyevin 2011-ci ilin martın 7-də Qobustan Bələdiyyə sədri V.Novruzov vasitəsilə mənə ayrılmış 0.06 ha torpaq sahəsini İsmayıllı rayonun Maliyyə İdarəsinin məmuru olan Hbil Gülməmmədova qanunsuz satılmasının araşdırılmasına göstəriş verəsiniz. Sumqayıt Regional İdarə rəisiniz isə əssız olaraq qeyd edir ki, guya bu torpaq sahəsi əvvəllər pay torpağı olubmuş və Şahin Səlimov tərəfindən H.Gülməmmədova satılıbmış. Şahin isə belə bir alqı-satqının olmadığını vurğulayır. Sizin məmur Qobustan Bələdiyyə sədri V.Novruzovla gizli sövdələşrək maddi maraqlarının təmin olunması müqabilində mənə və aidiyyatı dövlət orqanlarına və Ədliyyə Nazirliyinə yalan məlumat vermiş, qanunsuz hərəkətlər etmişdir. Xahiş edirəm tədbir görəsiniz.
Baş prokuror cənab Kamran Əliyev, Sizə şəxsən xahiş edirəm ki, 2012-ci ildək icra başçısı İsmayıl Vəliyevin qanunsuz göstərişləri nəticəsində mənə məxsus bələdiyyə torpağını kənar fiziki şəxsə satmış və sonradan etdiyimiz şikayətlər əsasında guya mübahisələndirilən torpağın Səlim adlı şəxsə məxsus pay torpağı olduğu və onun mənə mxsus torpağı alqı-satqı etdiyini yalandan yerli Prokurorluğa və ƏN-nin Sumqayıt regional İdarəsinə və yerli İH-nə bildirməklə öz qanunsuz hərəkətlərini ört basdır etməyə çəlışmış və təəssüflər olsun ki, Qobustan rayon Prokurorluğunda bu iş üzrə sxta araşdırm aparılaraq 08 noyabr 2019-cu ildə AR CPM-nin 39.1.1 maddəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə əsassız qərar qəbul edilmişdir. Bu qərarın ləğv edilməsini və məsləyə yenidən baxılması barədə göstəriş verməyinizi xahiş edirəm.
Hörmtəli, nazir Vilayət Eyvazov. Mənim verdiyim şikayət əsasında bu gün Qobustan Polis Şöbəsinin sahə müvəkkili məni və anamı yanına dəvət edərək hədə -qorxu gəlmiş, sizin yeriniz və sənədləriniz yoxdur, bələdiyyə sədri V.Novruzova böhtan atırız, sizi həbs edə bilərlər və s. mənasız sözlərlə bizi hədləyib yola salmışdır. Xahiş edirik , polisin qadınla belə kobud və hədə-qorxu dililə danışmasının qarşısının alınmasına göstəriş verəsiniz. Bu həmin sahə müvəkkilidir ki, biizi mübahisəli yerə dəvət edərək blədiyyə sədri V.Novruzovun göstərişlərinə əsasən də hədə-qorxu gəlmişdir.Biz torpağa dair qnuni sənədlərimiz təqdim edərkən qarşı tərəfində sənədi göstərməsini israr etdikdə, o Vasifin torpağımız satdığı həmin adamı müdafiə etmiş və qanunsuz hasar və ev tikməsinə göz yummuşdur. Xahiş edirəm prokuroluq və DİN-yi sahə müvəkkilinin vətəndaş və dövlət əleyhinə törətdiyi hərəkətlərin qarşısını alsın.
Qobustan rayon İcra hakimiyyətinə də gedib gəlməkdən yorulmuşuq. Başçının bələdiyyə sədrinin dostu olan müavini isə sırtıqcasına hırıldayraq biz hər dəfə lağa qoyur. Kimə lazımdır belə dövlət məmuru? Cənab başçı Adil Məmmədov da hər dəfə müavinə və bələdiyyə sədrinə qəbul xatirinə formal tapşırıqlar verməsinə baxmayaraq Sonda heç kim onun tapşırıqlarını saymırdı. Sanki başçı artistlik edirdi.
Cənab Prezident və cənab Ədliyyə naziri! Axı necə olur ki, yerli bələdiyyənin bizə rəsmən verdiyi torpaq sahəsi bizim istifadəmizdə ola-ola indiki bələdiyyə sədri Vasif Novruzov qanunsuz saxta sənədlərlə bazar qiymətinə kim pul versə satıb əsassız varlanmailə məşğuldurlar. Onlar bizim kimi çox sayda sakinlərin başlarına belə dələduzluq oyunları açıblar. Əvvəlki bələdiyyənin camata verdikləri torpaqları min bir bəhanə ilə əllərimizdən alıb saxta sənədləşmə apardıqdan sonra dədələrinin qiymətinə kimə gəldi satıb varlanmaqla, yağlanmaqla məşğuldurlar. Ona görə də xahiş edirəm Qobustan şəhər Bələdiyyəsində Vasif Novruzovun son 14 il ərzində törətdiyi irimiqyaslı korrupsiya əməllərinin, əlaxsus rüşvətxor başçı olmuş İsmayıl Vəliyev dövründəki ) və sənəd saxtakarlıqlarının araşdırılması və hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə araşdırma aparılmasına göstəriş verəsiniz. Bizim əlimizdən əsassız olaraq alınmış yerimizin də qaytarılmasında köməklik göstərəsiniz".
Paylaş:
Müəllif : Yazar
Tarix:30-06-2020, 09:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-06-2020, 09:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01