Bu ali təhsil ocaqları bağlana bilər... - Belə deyirlər...
Bu günlərdə “Kanal13” internet televiziyasında ölkənin beş ən qalmaqallı, adı rüşvət çirkabında boğulmaqda hallanan ali məktəblərinin adları açıqlanıb.
Video materialda həmin universitetlərdə tələbələrdən semestr pulu alınması, rektorların oliqarxlara çevrilməsi, biznes qurması və s. detallar yer alıb.
Bildirilir ki, axırdan birinci yeri Bakı Avrasiya universiteti tutur. Rektor Nazim Hüseynlinin dekanları nisyə dəftəri açıblar.
Semestr pulunu vaxtında verə bilməyənlərə “güzəşt” olunur və möhlət verilir ki, hissə-hissə rüşvəti ödəsinlər.
Əslində, imtahanlar kompüterlə verilir və guya şəffaflıq təmin edilir. Lakin məlum olur ki, tələbələr tələyə salınır, ilişdirilir və imtahandan kəsilir.
Nəticədə qeyri-rəsmi yollar axtarmağa başlayırlar. Çünki mübarizə effekt vermir, qiymət yazmırlar. Tələbələr elə vəziyyətə salınır ki, onlar dekanlarla, metodistlərlə təmasa keçərək semestr imtahanlarının qiymətlərini həll etməyə çalışırlar.
BAU-nun dekanı olmuş və universitetdəki özbaşınalığa etiraz etdiyi üçün işdən çıxarılan Əjdər Yunus Rzanın vaxtilə sosial şəbəkədə yazdıqları universitetin bazar qanunları ilə idarə olunduğunu bir daha təsdiqləyir:
“Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra bu gün iclasda rektora “bu biabırçılığın başında siz dayanırsız” dedim.
Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə “işdən azadsan” dedi. Mən həmişə haqqın tərəfində olmuşam.
Bununla fəxr edirəm. Sizə analoqu olmayan “lalapiti” cədvəllə yaz semestrini müvəffəqiyyətlə başa vurmağı arzulayıram”.
Video reportajda bildirilir ki, 4-cü pillədə Bakı Kooperasiya universitetidir. Kooperasiya Universitetində tələbələrin dərsə davamiyyəti çox aşağı səviyyədə olsa da, bu neqativ fakt rəhbərliyi narahat etmir. Əksinə, onlar davamiyyətin aşağı olmasında maraqlıdırlar. Çünki sessiyalarda iştirak etməyən tələbələr imtahanlara buraxılmaq üçün külli miqdarda vəsait ödəmək məcburiyyətindədirlər.
Mənbə deyir ki, Kooperasiya Universitetində dərsə davamiyyəti aşağı olan tələbələr imtahana buraxılması üçün, fakültəsindən asılı olaraq, hər fənnə görə 100-200 AZN rüşvət verməli olurlar. Bu pullar əksər hallarda qrup nümayəndələri, bəzən isə dekanlar tərəfindən toplanır.
Ümumilikdə isə, Kooperasiya Universitetində imtahanlar formal xarakter daşıyır. Tədris prosesində baloniya sisteminin tətbiq olunmasına baxmayaraq, fakültə rəhbərlərinin maddi maraqlarına əsasında, tələbələrə məqbul yazılır.
Məlumata əsasən, sessiya zamanı universitetdə hər tələbədən imtahanlara görə 650-750 AZN pul toplanılır. Mənbənin sözlərinə əsasən, bu pullar da yenə qrup nümayəndələri və dekanlar tərəfindən yığılır.
Video reportajda adıçəkilən üçüncü ali təhsil ocağı Gəncə Dövlət Universitetidir. Gəncə Dövlət Universitetində baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə baxmayaraq, GDU-nun rektoru Yusif Yusibov bu qanunsuz əməllərinə son qoymur.
Rektor Yusif Yusibovun göstərişi ilə universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. bundan əlavə olaraq guya ki, sessiyanın gedişinə operativ nəzarət etmək məqsədilə qərargah və apelyasiya komissiyası da yaradılıbdır.
Ancaq universitetdə tələbələrdən rüşvət yığımı davam etməkdədir. Ancaq əvvəlki vaxtlarla müqayisədə təyin edilən "imtahanların qiymətləri" rektorun gizli tapşırığı ilə bahalaşdırılıb.
Tələbələr isə universitet rəhbərliyinə qarşı olduqca qəzəblidirlər. Məlumata görə tələbələrin qəzəbinə səbəb universitet rəhbərliyinin rüşvətdən doya bilməməsi, həm də sessiya öncəsi rektorun bütün fakültələri gəzərək onları arxayın etməsidir.
Rektor Yusif Yusibov sessiya öncəsi fakültələrdə tələbələrlə keçirdiyi görüşləri zamanı onlara tam şəffaf imtahan söz versə də reallıqda tələbələr daha eybəcər rüşvət yığımı ilə üzləşiblər.
Adı neqativ işlərdə çəkilən 5 ali məktəb sırasında 2-ci mühüm yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti və rektoru Cəfər Cəfərov tutur.
C.Cəfərovu islahatçı rektor kimi təqdim edirlər və müəyyən dərəcə şəffaflığın təmin edildiyi söylənir. Lakin həmin video materialda C.Cəfərovun nurçu olduğu bildirilir.
Hətta deyilənə görə, “Qafqaz” universiteti bağlananda işsiz qalan nurçu müəllimləri ADPU-ya cəlb etmək istəyib, amma siyasi razılıq ala bilməyib.
Bir müddət əvvəl həmin ali təhsil müəssisəsindən uzaqlaşdırılan elmi dərəcəli müəllimlər - Pərvin Cəfərova və Vəlimedova Olqa Viktorovna azinforum.az-a demişdilər ki, universitet rəhbərliyinin xəbəri olsun ki, 1-ci kurs tələbələrinə məktəbəqədər pedaqogika fənni tədris edilmir.
Ümumi pedaqogikanı yeni keçməyə başlayan qrupa bu fənnin tədris olunması Cəfər müəllimin fənnindən misal göstərsək 5-ci sinif Ata Yurdunu keçməkdə olan şagirdə 7-ci sinif Tarixindən “Naxçıvan xanlığını “ keçməyə bərabərdi.
universitet rəhbərliyinin müasir interaktiv təlim metodlarından xəbəri yoxdur. Bildirilən fikirdən belə nəticə çıxartmaq olar ki, rəhbərlik üçün ideal mühazirə tribunadan dayanıb mühazirə mətnini üzündən oxumaqdan ibarətdir.
Əgər belədirsə onda dərsin qiymətləndirmə meyarlarında hansı səbəbə “Tələbələri fəallığa və yaradıcılığa sövq edilməsi(tələbələrin dərs prosesinə qatılmasını təmin etməsi)”, “Auditoroyada əməkdaşlıq şəraiti yaratmaq bacarığı” və s. meyarlar əks olunub. ADPU digər universitetlərin arasında ən geridə qalmış təhsil ocağı sayılır. Bunun isə bir çox səbəbləri var.
Məsələn, müəllim və tələbə kontigentinin narazı olması, ümumi maaşların aşağı olması (devalivasiyadan sonra Azərbaycanda fəaliyyət göstərən universitetlərin böyük əksəriyyəti maaşları qaldırıb, ADPU istisna olmaqla – müəl.), universitetin maddi -texniki təchizatının və mərkəzi rəhbərliyinin zəif olması, eləcə də burada tədrisin keyfiyyətinin çox aşağı olması və s. deyilənlərin bariz nümunəsi hesab oluna bilər.
ADPU rektoru adətən təhsil problemlərindən daha çox, hakimiyyətdəki əlaqələrindən tez-tez danışmağı sevir.
Rektorun “Tədris Hissə müdiri” təyin etdiyi və “sağ əli” hesab olunan Sənan Əliyev hal hazırda Turizm və Menecment Universitetində menecment fakultəsinin dekanı işləyir.
Bu yolla komanda həm də hər iki universitetə nəzarəti əllərində saxlayırlar. Menecment sahəsində ixtisaslaşan Sənan Əliyevin pedaqogika və tədris ilə hansı dərəcədə bağlı olduğunu isə C. Cəfərovdan başqa bilən yoxdur.
Ən nəhayət, ilk yeri Bakı Dövlət Universiteti tutur. BDU-da vaxtilə rektor dövründə Abel Məhərrəmovun əməllərindən, tələbələri ayağa qaldırmasından, qanunsuzluqlardan bəhs olunub.
Conflict.az
Paylaş:
Müəllif : Yazar
Tarix:22-04-2019, 15:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-04-2019, 15:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11