”Shınshıla fur center” müştərilərə fırıldaq gəlir... - GİLEY
Bakı şəhər sakini Əsədova Nailə İldır qızı Azərbaycan Respublikası Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynova şikayət ünvanlayıb.
"Kommersant.az"-ın xəbərinə görə, şikayətdə qeyd olunub:
“Sədərək Ticarət Mərkəzinə şuba almaq üçün getmişdim. Bir neçə mağazaları gəzib şubalarla maraqlandım və alacağım şubanı zəmanətlə almaq istəyirdim. Lakin elə bir mağaza yox idi zəmanət versin. Buna görə mən almırdım. 24.01.2020-ci ildə Sədərək Ticarət Mərkəzi Elit giriş A,”Shınshıla fur center” adlanan mağazaya girdim və burda 5 illik zəmanətlə dəyəri 2000 AZN olan şuba bəyəndim.Tərifləyib dedilər ki, bu şuba Danimarka istehsalıdır,təzədir! Ətraflı bu şuba ilə maraqlandım, geyindim xoşuma gəldi və dəyərini 2000 AZN dedilər. Satıcı Elçin adlı oğlan içəri keçdi ki, müdir İlham müəllimdən zəmanət verməyi və endirim etməyi danışsın. O, içəri keçərkən xadimə xanım bəyəndiyim şubanı götürüb içəri apardı, mən xanıma dedim ki, mən bu şubanı bəyənmişəm, alacam. Niyə aparırsınız? Mənə əhəmiyyət verməyib şubanı apardı və satıcılar da xadiməyə manə olmadılar. Əvəzində məncə başqa bir şuba gətirdilər. Mən gördüm ki, mən bəyəndiyim şuba deyil. Çox dedim ki, götürmürəm, mən dedim ki, həmin şuba deyil, başqası ilə dəyişmisiniz. Narazılığımı dəfələrlə bildirsəm də məni yola gətirib “Sənin bəyəndiyindir” dedilər və zamanım qalmadığı üçün, axşam və soyuq olduğundan, xəstə anamın təkidi ilə götürməli oldum. Elçin adlı şəxs mənə şubanı 2000-ə deyil 1800-ə kreditlə 5 il zəmanətlə verirəm deyib mənə guya ki, yaxşılıq etdi. Həmin vaxt 1200 AZN ödədim, çek tələb etdim çeki mənə vermədilər sadə bir sənəd yazıb verdi və qalan 600 AZN-i də hər ay 100 AZN olmaqla ödəməli idim. 03.03.2020-ci ildə 100 AZN ödədim. Bundan sonra evdə mən şubanın kürək hissəsinin yararsız olduğunu gördüm. Bununla əlaqədar onlara məlumat verdim, şubanı qaytarmaq istədiyimi bildirdim. Onlar mənə dedi ki, material dartılmamış dəridir, ona görə o ağırdır. Mən yenə səbr etdim. Lakin şuba hər keçən gün geyməsəm də formasnı bir az daha dəyişirdi, bərkləşirdi. 03.04.2020-ci ildə mənə zəng olundu ki, gələk pulu götürək. Mən onlara dəqiq dedim ki, ödənişi etməyəcəm, çünki şuba geyinilməyə yararsızdır, şubanı qaytarıb pulumu götürəcəm. Qarşılığında dedi ki, koronovirusa görə mağazalar bağlıdır, biz işləmirik. Mağaza açılan kimi gələrsiz məsələni həll edərik.
Mən dəfələrlə Elçin müəllimə zəng etməyimə baxmayaraq mütəmadi olaraq deyirdi ki, biz hələ mağazanı açmamışıq. Zəngimizi gözləyin. Ama mənə zəng etmədilər. Mən 05.06.2020-ci ildə mağazaya yaxınlaşdım və mənə şubanı satan Elçin adlı oğlanı axtardım. Məni bir qadın qarşıladı və mənə kobud sözlərlə qışqıra-qışqıra deyir ki, get 500 AZN pulu gətir borcunu bağla. Bizə aidiyyatı yoxdu nə olub, nə olmayıb. Mən də dedim ki, 1300 AZN pulu istəyirəm, zəmanətlə almışam. O mənə dedi ki, sən bilirsən bura haradır sən burda tələb qoyursan. Buranın sahibi tanıyırsan kimdi? Şərt qoya bilməzsən burda. Bizim öz qanunlarımız var-get hara istəyirsən şikayət et-dedi. Mən dedim ki, mən alıcıyam siz satıcısız. O mənə qayıdıb dedi ki, mənim buynuzum var. Burda mənə tələb qoya bilməzsən. Get 500 AZN pulu gətir. Sonra müdir İlhama yaxınlaşdım. Müdir dedi mənlik deyil. Özün necə geyinirsən geyin. 500 AZN pulumu gətir ödə. Bununla əlaqədar olaraq mən aldığım gündən həmin şubanı geyinə bilmirəm. Mənim kürək hissəmi taxta kimi əzir və mənə narahatçılıq yaradır.
Hörmətli Eyyub müəllim,
Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız. Məni aldadaraq satılmış şubanın qaytarılması və ödədiyim 1300 AZN mənə verilsin. İnsanları aldadan və dövlətin qanunlarını pozan bu mağaza barədə müvafiq qurumlara və KİV- məlumat verilsin ki, insanlar aldadılmasın”.
Qurumdan bildirilib ki, şikayət mediasiya üsulu ilə həll edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-06-2020, 12:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-06-2020, 12:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11