Şəmkirdə gizli korrupsiya... - Kimlər necə qazanır...
Şəmkir özündə həm yerli, həm alman mədəniyyətini daşıyan bölgədir. Ötənlərdə bura ayaq basanda həmişə təmizliyin, səliqə-sahmanın şahidi olmuşuq. Yəni problemlər olsa belə, şəhərin özünəməxsusluğu, küçələrin göz oxşamasını görmüşük.
Amma bu dəfə elə bir Şəmkirlə qarşılaşdıq ki, özümüzü başqa rayonda hiss elədik, fikirləşdik bəlkə səhv gəlmişik. Gördük ki, hər yer zir-zibillikdir, küçələrdə məişət tullantıları tökülüb-qalıb, hər qapıda, hər idarə qabağında, hər parkın, hər məktəbin ətrafında tullantılar sel, şəlalə kimi axır, ətrafı üfunət iyi bürüyür. Şəmkirdə hazırkı durum ürəkaçan deyil. Küçələrdəki zibil qutuları dolub-daşır, gəlib aparan, qabları boşaldan yoxdur. Ona görə küçələrdə zibillər uçuşur. Sən demə, heç nə səbəbsiz deyilmiş. Şəhidlər Xiyabanının girişi və ətrafı zibillik içində “üzür”, natəmizlik xirtdəyə qalxıb.
Sakinlər Şəmkir şəhərinin hazırkı durumunu sovet dövrünün son çağları ilə müqayisə etməyə başlayıblar: “Bizi başa düşdük, heç olmasa bu şəhidlərin ruhuna hörmətsizlik eləməsinlər, bura gələn adamlar, qonaqlar nə fikirləşər? 20 Yanvar günü, Xocalı günü və başqa anım günlərində bura rayon rəhbərliyi başının dəstəsi ilə gəlir, rəsmi şəxslər buranı ziyarət edirlər. Ayıb deyilmi? Vallah, adam xəcalət çəkir. Sel-su zibillik qarışıq axıb tökülür, Şəhidlər Xiyabanı biabırçı bir vəziyyətdədir”.
Camaatın sözlərinə görə, bu problemlər heç də səbəbsiz yaranmayıb. Bunun arxasında böyük bir yeyinti dayanır. Söhbət bu günlərdə Şəmkirdə keçirilən anti-korrupsiya əməliyyatından gedir.
“Odur ey, oturub evində, əli sağ, ayağı sağ. Başından bir tük əskik olmayıb. O vaxtı 200 manatın üstündə Şəmkirin Təzəkənd bələdiyyəsinin sədrini tutdular. Təxminən 5 il əvvəl idi. Adam 200 manata görə günə gün 4 il türmə yatdı, canını güclə qurtardı. Amma bizim ”JEK"in rəisi o günlərdə tutdular, fəhlələrin maaşını mənimsəməsinin üstü açıldı, indi evində qəşəng oturub. Ona görə də küçələrimiz bu gündədir, zibil maşınları gəlib qutulardan tullantıları daşımırlar, axıb tökülür yollara, bütün Şəmkiri zibillik, üfunət, antisanitariya cənginə alıb", - deyə bir qrup şəmkirli bizimlə söhbətində belə deyir.
Onların sözlərinə görə, aprelin 2-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları Şəmkir Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi rəisi Teymur Hacıyevi tutub:
“Onu düz 2 ay araşdırıblar, izləyiblər, məlum olub ki, adam ”JEK"in fəhlələrinin kartı ilə bankomatdan pullarını çıxarıb cibinə qoyur. Allah bunu götürməz, qardaş...
Nəhayət, bu ayın 2-də əməliyyat keçirilib, Teymur Hacıyevin üstündə 32 fəhlənin maaş kartı aşkarlanıb.
Sən demə, maaşları mənimsəyirmiş. Kimsə başçıdan, müavinindən soruşanda ki, ay müəllim, bu küçələr niyə bu gündədir, deyirlər ki, fəhlələr kəndlərə ezam olunub".
Sakinlər danışırlar ki, T.Hacıyevi yaxalayandan sonra gecə ilə Bakıya apara bilməyiblər: “Məsələyə icra başçısı Alimpaşa Məmmədov qarışıb. İcra başçısı tələm-tələsik reaksiya verib, deyib ki, Teymur Hacıyev mənim işçimdir, prokurorluq əməkdaşlarından bir günlük möhlət istəyib. Teymur Hacıyev də bunun əvəzində Alimpaşa Məmmədovun adını çəkməyib”. Şəmkirdə Teymur Hacıyevin həbsindən bixəbər olan az adam tapılar.
Sakinlərin sözlərindən belə aydın olur ki, MKTB rəisi saxlanılandan 1 gün sonra Bakıya gətirilib, barəsində mənimsəmə, vəzifə səlahiyyətindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb: “Amma hazırda oturub öz evində, səsi də çıxmır. Aprelin 4-də sərbəst buraxılıb, barəsində həbs qəti-imkan tədbiri seçilməyib. Səbəbini biz də bilmirik. Ancaq Teymur Hacıyev vaxtında şəhərə baxsaydı, küçələrimiz zibillik içində ”üzməzdi". Ən azından heç olmasa Şəhidlər Xiyabanına baş çəksinlər, o biabırçılığa son qoysunlar".
Sakinlər deyirlər ki, Şəmkirə ötən ilin ortalarında 550 ştat ayrılıb, hər işçiyə 180 manat təyin olunub: “Məqsəd həm məşğulluğun artırılması idi, həm də onların şəhər təsərrüfatında iştirakı təmini idi. Amma zibilin dizə çıxmasının bir səbəbi də həmin 550 işçinin ”ölü can"a çevrilməsi ilə əlaqədardır. Həmin 550 işçinin hələ 32 nəfərinin maaş kartı “JEK” müdirinin cibindən çıxdı. Onda icra hakimiyyətindəki digər vəzifəlilərin də cibinə baxsınlar, görsünlər ki, kimin cibində neçə fəhlənin maaş kartı var. Həmin fəhlələri işə götürmək səlahiyyəti rəsmi, qeyri-rəsmi İcra Hakimiyyətində çalışan Qüdrət Əliyev, Rasim Mustafayevdədir. Onlardan soruşmaq lazımdır ki, hanı bu 550 işçi, niyə gəlib küçələri təmizləmirlər?"
Şəmkirlilər deyirlər ki, 550 işçi səhərdən Şəmkir şəhərini təmizləməyə başlasalar, axşama 50-60 maşın tullantı çıxararlar: “Soruşanda deyirlər ki, guya fəhlələri Çinarlı, Zəyəm, Dəllər, Kür qəsəbələrinə küçələri təmizləməyə göndəriblər. Bunlar şəhəri düzəltməyiblər, kəndlərin dərdini çəkirlər? Həmin qəsəbələrdə, kəndlərdə bir nəfər də fəhlə işləmir. Kəndlərdə təmizliyi camaat özü eləyir. Bunu bilməyən var ki?”
Şəmkirlilər deyirlər ki, A.Məmmədovun idarəçiliyi əvvəllər belə deyildi: “Son 1 ildə qəbuluna düşmək mümkün deyil. Camaatı yığır, elə danışır ki, guya heç problem yoxdur. Faktiki isə elə deyil. Şəmkir həmişə təmiz şəhər olub, burda alman mədəniyyətinə aid tikililər var, küçələrimiz də səliqəli saxlanıb. Keçmiş başçı Nazim Veyisov da insafən buna fikir verirdi. İndi hər tində, hər küçə başında, hər evin qabağında, parkların ətrafında ”zibillik dağları" əmələ gəlib. Bir deyil, beş deyil, deyəsən ki, kənar ərazilərdə ola bilər, bütün şəhər başdan-başa bu vəziyyətdədir. Biz utanırıq, onlar yox...
Küçələrin belə zir-zibil içində, baxımsız olması, yollarımızın dağılması, təzə asfalt çəkilməməsi də icra başçısının axır vaxtlar Şəmkirə laqeyd qalmasından irəli gəlir. Alimpaşa müəllimi kabinetində, icra hakimiyyətində tapmaq müşkül məsələdir. Onu ya Seyfəli kəndinin kənarındakı Dəryaçayda özünün “Azərforel” adlandırdığı şəxsinə məxsus balıqçılıq təsərrüfatında görərsən, orda da olmursa, Şəmkirdən Gədəbəyə gedən yolunun üstündəki maralçılıq fermasında taparsan. Bilmirik ki, onu Şəmkirə icra başçısı təyin ediblər, yoxsa baş fermer..."
Elə biz də bu məqsədlə icra başçısının qızıl balıq təsərrüfatının arxasınca Seyfəli kəndinə yollandıq. Bu haqda növbəti reportajımızda... \\musavat.com\\
Paylaş:
Müəllif : Yazar
Tarix:20-04-2019, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-04-2019, 11:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11