Ərzaq mağazalarına axının qarşısı necə alınmalıdır? - Həftəsonu yenə baş yaracaqlar
Azərbaycanda ötən həftəsonu tətbiq edilən sərt karantin rejimi ərzaq mağazalarına kütləvi axına səbəb oldu. Kiçik sahəsi olan ərzaq mağazalarından tutmuş, iri supermarketlərə qədər adam əlindən tərpənmək mümkün deyildi.
Artıq yeni qərara əsasən bu həftəsonu da sərt karantin qaydası tətbiq ediləcək. Deməli, üzümüzə gələn həftələrdə də ərzaq dükanlarında analoji vəziyyətin müşahidə olunması qaçılmazdır. Bu isə ərzaq mağazalarına koronavirus pandemiyası dövründə sahəsinə uyğun olaraq müştəri buraxılması məsələsini gündəmə gətirib.
Biznes konsultant və maliyyə bazarı üzrə ekspert Rəşad Ataşov belə vəziyyətlərdə yaranan sıxlığın yaradacağı problemlər və onların aradan qaldırılması üçün yeni yanaşmalar təklif edib. O bildirib ki, mağazalara müştərilər marketin ümumi sahəsi və insanlar arasında ara məsafəsi iki metrdən hesablanmaqla buraxılmalıdır: "Məsələn, bir supermarketin sahəsi 1000 kv.m-dirsə, o zaman bu ticarət müəssisəsinin eyni anda 1000 kv.m /12.5 kv.m = 80 nəfəri təhlükəsiz formada qəbul etmək imkanı var. Yəni eyni anda bu obyektin daxilində maksimum 80 nəfər müştərinin olmasına icazə verilə bilər. Eyni qaydada digər sahələr üçün limitləri hesablamaq olar. Üstəgəl obyektlərə girişi maskadan istifadə edilmək tələbini qoymaqla virusun yayılmasını effektiv azaltmaq olar".
Bəs görəsən, həftəsonu sərt karantin tətbiq edilən şəhərlərdəki ərzaq mağazalarının ümumi sahəsi buna imkan verirmi?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, özünə hörmət edən biznes qurumları əslində bunu çoxdan etməli idi. Amma E.Hüseynov hazırki şəraitdə ancaq Nazirlər Kabinetinin qərarı olarsa, bunun həyata keçirilməsinin mümkün olduğunu deyir. Onun sözlərinə görə, vətəndaşlar da yeni davranış qaydası nümayiş etdirməlidirlər. E.Hüseynov bildirir ki, Bakıda iri super və hipermarketlər olsa da, koronavirus pandemiyası dövründə müştərilərin içəri daxil olmasında hansısa qaydalar tətbiq edilmir: "Çünki ərzaq mağazaları çalışır ki, çox müştəri gəlsin, çox ərzaq satıb gəlirlərini artırsınlar. İnandırıcı deyil ki, hansısa sahibkar mağazaya gələn müştərini içəri sayla buraxsın. Çünki belə halda müştərini itirmək riski var".
E.Hüseynovun sözlərinə görə, iri supermarketlərdə pandemiya dövründə dezinfeksiyaedici maddələrdən istifadə edilsə də, kiçik marketlərdə dezinfeksiyaedici məhlullar belə, quraşdırılmayıb: "Almaniya kimi ölkələrdə ərzaq mağazalarında sosial məsafəyə nəzarət edilir. Bizdə kassalarda buna əməl edilmir. Mağaza sahiblərini müştərinin sağlamlığı yox, gəliri düşündürür".
Ekspert deyir ki, elə ərzaq mağazaları var ki, orada insanlar arasında sosial məsafəni təmin etmək praktiki cəhətdən mümkün də deyil: "20-30 kvadratmetr sahəsi olan ərzaq dükanları var. Belə yerlərdə sosial məsafəni qorumaq mümkün deyil. Nə də, heç bir sahibkar mağazanın sahəsinə uyğun müştəri qəbul etməyəcək. Gərək Nazirlər Kabinetinin bunun üçün müvafiq qərarı olsun".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ticarət mərkəzləri və ərzaq mağazaları ilə bağlı metodiki göstərişlərdə mağazanın sahəsinə uyğun müştəri qəbulu öz əksini tapmayıb: "Biz sadəcə mağazalarda sosial məsafənin qorunması, tibbi maskadan istifadə, dezinfeksiyaedici məhlullarla təminatla bağlı metodiki göstərişlər hazırlamışıq. Mağazaya hansı sayda müştəri buraxmaq sahibkarın öz səlahiyyətində olan məsələdir".
Qeyd edək ki, həftəsonları karantin rejiminin sərtləşdirilməsi koronavirusa yoluxmanın qarşısını almaq məqsədi daşıyır. Bu qadağadan sonra ərzaq mağazalarına kütləvi axın isə verilən bu qərarın əhəmiyyətini itirir. Çünki, həftəsonuna ərzaq tədarükü görən vətəndaşlar sosial məsafə gözləmədən, kütləvi şəkildə marketlərdə alış-veriş edirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-06-2020, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-06-2020, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01