AAAF Park çökdü: Yüzlərlə vətəndaşın pulu yeyilib? - NARAZILIQ...
Bir qrup vətəndaş üzləşdiyi durumla bağlı ölkə rəhbərliyinə müraciət edib.
Onlar şikayətlərində bildiriblər ki, onlarla ailə 2015-2016-cı illər ərzində “AAAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mənzil alğı-satqısına dair müqavilə bağlayıb. Əksəriyyəti mənzilin dəyərini tam ödəsə də, mülklərinə sahib ola bilməyib. Vətəndaşların iddiasına görə, qeyd edilən müqavilələrin bağlanmasından 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, “AAAF İnşaat” MMC öz öhdəliklərinə səhlənkar yanaşıb və 19, 28, 29 saylı küçələrdə yerləşən çoxsaylı (19 saylı küçədə A, B, C, D, E, F nömrəli, 28 saylı küçədə, 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrəli, 29 saylı küçədə 1, 2, 3, 7, 8 nömrəli) hündürmərtəbəli binaların tikintisini başa çatdırmayıb.
Bundan başqa, hətta bəzi binaların təməli belə qoyulmayıb. Vətəndaşlar bildirir ki, dəfələrlə “AAAF İnşaat” MMC-nin rəhbərliyinə – şəxsən Tofiq Heydərova, Raid Məmmədova tikinti ilə bağlı edilən şifahi və yazılı müraciətlər cavabsız qalıb, onlar MMC-nin rəhbərliyi tərəfindən qəbul edilməyib.
Şikayətçilərin iddiasına görə, “AAAF İnşaat” MMC tərəfindən illərdir vətəndaşlar aldadılır. Belə ki, 19, 28, 29 saylı küçələrdə yerləşən binalardan mənzil almış yüzlərlə vətəndaş tərəfindən ödənilmiş külli miqdarda pul vəsaiti faktiki olaraq mənimsənilib. Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən AAAF yaşayış kompleksinin 19, 28, 29 saylı küçələrində yerləşən tikintisi başa çatdırılmamış çoxsaylı binaların 16-17 mərtəbəli olmasını, qeyd olunan binalarda blok və mənzil saylarını nəzərə alsaq, bu problemdən əziyyət çəkən ailələrin (2000 ailə), həmçinin problemin miqyasını müəyyən etmək çətin deyil. Aldadılmış vətəndaşlar arasında kirayə qalanlar, maddi durumu çətin olanlar, əlil vətəndaşlar da var.
Ev üçün pul ödəyən vətəndaşlar bildirir ki, 24 may tarixində bir daha AAAF MMC-nin rəhbərliyi ilə görüşməyə cəhd etsələr də, mümkün olmayıb. Çıxılmaz vəziyyətdə qalan vətəndaşlar Azərbaycan Prezidentinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, İqtisadiyyat Nazirliyinə, Milli Məclisə və Ombudsmana şikayət məktubu ilə müraciət ediblər.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev bildirib ki, son illər “AAAF İnşaat”-ın fəaliyyətində, konkret olaraq bəzi binaların tikintisi prosesində problemlər yaşanmaqdadır:
“AAAF-İnşaat MMC olaraq həyata keçirdiyimiz bütün layihələrdə göstərilən xidmətin ən yüksək səviyyədə olmasını hər zaman arzulamış, fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Əksər hallarda da buna nail olmuş, təqdir edilmişik. Son illər fəaliyyətimizdə, konkret olaraq bəzi binaların tikintisi prosesində problemlər yaşamaqdayıq. Tikinti prosesi ləng gedir və bu da narazılıqlar yaradır. Bununla bağlı bildirmək istəyirik ki, sözügedən tikinti öhdəliklərinin ləng yerinə yetirilməsinin ən böyük səbəbi 2010-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən şirkətə qarşı tətbiq edilən bir sıra əsassız və qanunsuz vergi ödənişi tələbləri nəticəsində yaranmış maliyyə sıxıntısıdır. Məhz bu tələblər səbəbindən qeyd edilən və sonrakı müxtəlif vaxtlarda şirkətə artıq vergi yükləri əlavə edilib və əsassız olaraq ödənilməsi təmin edilib. Hazırda da şirkətin rəsmi bank hesabları dondurulub, maliyyə əməliyatları əngəllənib. Tikintinin davam etdirilməsi üçün yeganə maliyyə qaynağı tikilməkdə olan binalardan gələn kredit ödənişləridir. Bu ödənişlər isə məcburi qaydada yuxarıda qeyd etdiyimiz əsassız vergi və digər ödənişlərinə getdiyi üçün tikintidə sürət aşağı düşüb və vəziyyət indiki həddə qədər gəlib çatıb”.
K.Məstəliyev bildirib ki, bununla yanaşı, hazırda pandemiya ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimi də maliyyənin zəifləməsinə səbəb olub:
“Çünki bölgələrdən gediş-gəlişlərdə məhdudiyyətlər var. Müştərilər aylıq kredit ödənişlərini edə bilmirlər. Bu səbəbdən də zəif olan maliyyə qaynağımız daha da zəifləyib, çətinliklər çəkməkdəyik. Buna baxmayaraq, şirkət olaraq iyun ayından etibarən müəyyən addımlar atmaq qərarı vermişik. Əminliklə qeyd edə bilərik ki, bunun nəticəsində tikinti daha da sürətlənəcək. Ancaq yenə də bu sürətlənmə bizim arzuladığımız həddə deyil. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, həmçinin digər müvafiq və aidiyyəti qurumlara, ən yüksək instansiyalara bununla bağlı müraciətlər olunub, izahatlar verilib. Yaxın vaxtlarda şikayətimizlə bağlı apellyasiya baxışı gözlənilir. Bundan sonra şirkətimizə yaradılan maliyyə probleminin həllini tapacağına ümid edirik. Bu halda, “AAAF İnşaat” MMC öz üzərinə düşən öhdəlikləri rahatlıqla icra edəcək və bütün çətinlikləri arxada qoyaraq vətəndaşlara layiqli xidmət göstərəcək, həmçinin ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi mövcudluğunu davam etdirəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2020, 17:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2020, 17:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26