Elmar Vəliyevə sui-qəsdi dəstəkləyən şəxsin dəhşətli ƏMƏLLƏRİ - İLGİNC
Azərbaycanda qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə ittiham olunan Lənkəran sakini, 1970-cı il təvəllüdlü Nağı Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
regionxeberlericom.az-un Demokrat.az-a istinadən əldə etdiyi məlumata görə,Nağı Ağayev əvvəllər xarici ölkələrdə dini zəmində aparılan silahlı münaqişələrdə döyüş təlimi keçmiş Yunis Səfərov tərəfindən 3 iyul 2018-ci il tarixdə Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşına odlu silahdan atəş açılıb, müxtəlif bədən xəsarətləri yetirilərək qəsdən öldürməyə cəhd edilməklə əvvəlcədən planlaşdırılmış terror aktı törədilmiş, faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ictimaiyyətə bu barədə rəsmi məlumat verilməsinə baxmayaraq 4 iyul 2018-ci il tarixdə istifadəsində olan “Samsung” markalı mobil telefondakı mobil telefon nömrəsində olan “Whatsapp” proqramının “NAQİ” adlı profili ilə öz səsi ilə Yunis Səfərovun terror əməllərinə dəstək ifadə edib.
O, “alo, qardaşlar. Salam aleykum. Deməli, qrajdanin Rosiyyadır. Hökumət adamlarından Rusiyaya xəbər vermək lazımdır, Posolstvaya işçilərinə. Allah bu qardaşın canını salamat eləsin. Belə oğlanlar çox olsa, bizim xeyrimizdir. Hə, ikincisi də ki, bu Mübarizdir, Allah rəhmət eləsin. Onlar da şəhiddir. Sözümüz o deyil. Əsas qəhrəman bu qardaşdır. Yəni birinci yeri belə qardaşlara vermək lazımdır. Çünki bizim cavanların başlarını xarab eliyirlər, ay erməni belə, filan. Erməni bəli düşməndir, torpaq da alınmalıdır. Ancaq erməninin bəhanəsi ilə bunlar vlastda qalır. Erməni bunların kirvələridir. Erməni bunların qardaşlarıdır.
Xalqın balaları dözmürlər, gedirlər ermənilərin üstünə, axırda da ölürlər, gəlirlər. Əsas iş, bunları, bu işdir. Bunların kökün kəsmək lazımdır. Erməni ikinci dərəcəli işdir. Prosto erməni söhbəti ilə bizim başımızı qal eliyiblər. Bu xalqa zülm eliyirlər. Allah o qardaşın canını salamat eləsin. Tezliklə qapısını açsın” məzmunlu səsli mesajı 26 nəfər profil istifadəçisinə göndərib.
Nağı Ağayev Yunis Səfərovun əməllərinə dəstək xarakterli qanunsuz aksiyaların keçirilməsinin vacibliyini ifadə edərək qəsdən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn dövlət əleyhinə açıq çağırışlar etməklə bu cür məzmunlu materialları yayıb.
Bundan başqa, Nağı Ağayev 9 iyul 2018-ci il tarixdə Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən su kanalının yanından içərisində döyüş sursatları hesab edilən 01 ədəd “F1” tipli əl qumbarası, həmin qumbaraya aid 01 ədəd “UZRQM” tipli alışdırıcı, 30 ədəd 7,62x39 mm kalibrli patronlar və 1 ədəd partlayıcı maddə olan trotil şaşkasını qəsdən qanunsuz olaraq əldə edib yaşadığı Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən evinə qanunsuz olaraq daşıyıb, orada qanunsuz olaraq saxlayıb.
İstintaq orqanı tərəfindən Nağı Ağayevin barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham elan edilib.
Lənkəran rayon Məhkəməsinin hökmü ilə Nağı Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Nağı Ağayev apelyasiya şikayəti verib. O, törətmədiyi cinayətə görə məhkum olunduğunu qeyd edib. Nağı Ağayev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Nağı Ağayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Qərara görə, Nağı Ağayevin şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, Nağı Ağayevin cəzası 3 ilə endirilib.
Demokrat.az
Paylaş:
Müəllif : Yazar
Tarix:3-06-2020, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-06-2020, 11:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |