"Zəlzələdən zərər görmüş evim hər an uça bilər" - GİLEY
“Bir ildən çoxdur ki, qəzalı vəziyyətdə olan evdə yaşayırıq. Ev hər an uça bilər. Özümdən daha çox iki azyaşlı uşağıma görə narahatam”. DİA.AZ-ın məlumatına görə, bunu Ağsu rayonu, Gürsulu kənd sakini Samir Mirzəxanov söyləyir. O bildirir ki, ötən ilin fevralında Ağsu ərazisində 4,4 bal gücündə baş verən zəlzələdən sonra 1945-ci ildə inşa edilmiş üçotaqlı fərdi evi tamamilə qəzalı vəziyyətə düşüb. Şikayətçinin dediyinə görə, zəlzələdən sonra növbəti ay Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahının nümayəndəsinə müraciət edib:
“Zəlzələ 2019-cu ilin fevralında olmuşdu. Mən martda müraciət etdim. Fövqəladə Hallar Nazirliyinin zəlzələ üzrə nümayəndəliyindən olan şəxs qeydiyyat apardı, amma nə qədər gözləsəm də, heç bir nəticəsi olmadı. Üzərindən təxminən üç ay keçəndən sonra təkrar aidiyyatlı qurumla əlaqə saxladım. Mənə bildirdilər ki, siz gec müraciət etdiyiniz üçün şikayətinizə baxılmayacaq. Halbuki, zəlzələdən bir ay keçməmişdi. Dəfələrlə Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə və Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Problemimə baxan olmayib, məni bir-birinin üstünə göndərdilər”.
Samir Mirzəxanov deyir ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yazdığı məktublar Ağsu Rayon İcra Hakimiyyətinə yönləndirilib və şikayətinə baxılmayıb: “Üç ay öncə məktub yazmışdım. Məni icra hakimiyyətinə çağırdılar. Yenə də eyni sözləri dedilər ki, guya gec müraciət etdiyimə görə evimə baxış keçirmək mümkün deyil. Etirazımı bildirdim ki, gec müraciət etməmişəm. Məndən sonra müraciət edən adamlara quru torpaq üzərində ev tikmisiz. Bu necə olur? Dedilər ki, bizlik deyil, yuxarıdan verilən tapşırıqdır. Artıq əlim hər yerdən üzülüb. Kimə müraciət edək, dərdimizi kimə deyək? Dövlət tərəfindən bizə yardım olunmağını istəyirik. Yaşamağa başqa yerimiz yoxdur”.
Köməksiz ata daha çox uşaqları üçün narahatdır. Deyir ki, gecələr səksəkə içində yatırlar ki, ev başlarına uçar: “Hər an ev uça, kimsə xəsarət ala bilər. Köhnə tikilidir, elə əvvəldən yaşamaq üçün yararsız vəziyyətdə idi. Zəlzələdən sonra daha da pis vəziyyətə düşdü. Yağış yağanda evin içərisini qab-qazanla doldururuq, çünki suyun hamısı evin içinə axır. Divarların suvağı ovulub, tökülür. Evdə ilan-çayan olur. Həyat yoldaşım, dəfələrlə ilan görüb, deyir ki, qorxuram, ilan divarın çatlarından evə girəcək. Hətta özüm evdə ilan balası öldürmüşəm. Köhnə tikilidir, bəlkə də zirzəmisində ilanlar yuva qurub. Uşağımın biri 4, digəri də 2 yaşındadır. Onlara görə narahatıq. Ailə üzvlərim beş nəfərdən ibarətdir. Atam birinci qrup gözdən əlildir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-06-2020, 11:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-06-2020, 11:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11