Professordan “Azərbaycan tarixi” HƏYƏCANI: - "Bu biabırçılıqdır!!!"
"Dəyərli dostlar, Azərbaycanın tarixi əraziləri təxmini hesablamalara görə, 350-450 min kv.kmdir. Bəzi mənbələrdə 350 min, bəzilərində də 450 min kv.km göstərilir. "Azərbaycan tarixi” fənni də bu ərazilərdə baş verən tarixləri ortaya qoyur. İlk olaraq deyim ki, "Azərbaycan tarixi” termini düzgün deyildir. Qonşu Ermənistan bunu "Erməni xalqının tarixi” kimi yazır... Gürcüstan da bu cür yazır: "Gürcüstan xalqının tarixi”... O cümlədən Avropda da belədir. Bizdə isə "Azərbaycan tarixi” yazılır. Əslində, bu tarix Azərbaycan xalqının tarixidir. Çoxsaylı türklərlə digər xalqların tarixidir."
Bu fikirləri Miq.Az-a açıqlamasında tarix elmləri doktoru, professor Zabil Bayramlı bildirib:
"Biz müstəqillik əldə etdikdən sonra tariximizə ayrılan saatları ildən-ilə azaldırlar. İlk olaraq bildirim ki, "Azərbaycan tarixi” saatlarının azaldılması bir qurumun, Təhsil nazirliyinin səlahiyyətində ola bilməz. Bu məsələni müzakirə etmək lazımdır. Həm də bütün Təhsil müəssisələrinin tarix üzrə alimləri, orta məktəb müəllimləri, AMEA Tarix İnstitutunun əməkdaşları bu müzakirələrdə iştirak etməlidir. Bu məsələ hətta referendum məsələsi kmi vacib məsələdir. Bunlar nə edirlər? Vaxtilə Ali Təhsil müəssisələrində qeyri-ixtisas fakültələrində "Azərbaycan tarixi” fənninin saatları 105 sat idi. Sonradan bunu endirdilər 75 saata, sonra da 45 saata... Bu saatlara mühazirə və seminarlar daxildir. Məsələn, BDU-da deyək ki, riyaziyyat fakültəsində 45 sat keçirlər. amma Tətbiqi riyaziyyatda bunu fakültətiv ediblər. Yəni, lazım olmayan bir fənn kimi... Bu nə deməkdir? Bunları kim edir? Təhsil nazirliyində çalışanların "Azərbaycan tarixi” nədir, ondan anlayışları varmı?"- deyə professor Zabil Bayramlı bildirir.
"Dəfələrlə şahidi olmuşam ki, ölkə başçısı mötəbər yerlərdə, o cümlədən AMEA-da keçirilən yığıncaqda bildirib ki, "Şərqi və Qərbi Ermənistan” adlandırılan ərazilər tarxi Azərbaycan əraziləridir. İrəvan, Göyçə, Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır. İndi siz deyin, bu tarixi 45 saat mühazirə və seminara necə yerləşdirmək olar. Buraya Azərbaycanın Güneyini də əlavə edin... Əslində, bu Azərbaycan xalqına, onun tarixinə qarşı bir soyqırım, genosid siyasəti kimi bir şeydir. Milləti onun tarixindən xəbərsiz etməkdir. Millətə keçmiş tarxini unutdurmaq deməkdir. Bunu ermənilər də belə istəyir. Baxın, erməni saytları gecə-gündüz yazırlar ki, bunların tarixi olmayıbdır, sonradan bura gələn vəhşi tayfalardır. Bunların tarixi, yəni Azərbaycan tarixi 1918-ci ildən bu yana başlayır. Bunu bəzi Rusiya saytları da yazırlar. Bunu bizdə əli feto kimi şəbəkələrin cibində olan "ziyalılar”, "millət vəkilləri” də söyləyirlər. Bizdə də bunu həyata keçirənlər erməni cəbhəsində yer alırlar. Hətta baxın, yeni təklif olunan dərsliyin adı da "Azərbaycanın müstəqil dövlətçilik tarixi” adlanır. Bu o deməkdir ki, sizin tarixiniz 1918-ci ildən başlanır. Bu erməni mövqeyi deyilmi? Ölkə başçısının söylədiklərinə qarşı getmək deyilmi? Onda Azərbaycan Təhsil müəssisələrində təhsil alan tələbə haradan biləcək ki, onun qədim və orta əsrlər dövlətləri olubdur. Haradan biləcək ki, onun dövlətçilik tarixinin qızıl dövrü orta əsrlərə düşür. Biz bu fənnin tədris olunmasının əleyhinə deyilik. Bunu tədris etmək olar. Ancaq Tarix fakültəsində bakalavr və magisturatura tələbləri üçün əlavə fakültətiv fənn kimi kimi tədris oluna bilər."
Professor Zabil Bayramlı qeyd edir ki, biz, tariximizi millətin bütün övladlarına bütöv şəkildə öyrətməliyik:
"Dünyanın bütün ölkələrində, o cümlədən Avropada da belədir. Vətən tarixinə xüsusi əhəmiyyət verirlər. Baxın, bütün Türkiyə tələbələri Osmanlı tarixini əzbər bilirlər. Biz, hansısa dövlətə`ərazi iddiası irəli sürmürük. Biz tariximizi tədris edirik. Amma bizim qonşumuz erməni təcavüzkarları hələ də torpaqlarımızda oturublar və hər gün İrəvanın, Zəngəzurun, Şuşanın, Göyçənin, digər şəhərlərimizin onların olmaları haqqında yeni-yeni yazılar yazır və tarix kitablarına salıb tələbələrinin beyinlərinə yeridirlər. Biz isə nə edirik? Biz yeni qayda tətbiq edirik. Bildiririk ki, Azərbaycanın tarixi 86,6 min kv.km ərazinin tarixidir və bunun da 20 min kv.km-i işağl olunubdur. Bu biabırçılıqdır!!!"
"Mən 1970-80-ci illərdə Xankəndində Pedaqoji İnstitutda işləmişəm. O zaman orada "Azərbaycan tarixi”ndən dərslər deyirdim. Orada erməni və rus dilində olan fakültələrdə də "Azərbaycan tarixi” fənni keçirilirdi. 1985-ci ildə erməni fakültələrindən "Azərbaycan tarixi” fənni dərsini çıxardılar. Mən o zaman Təhsil nazirliyinə şikayət məktubu yazdım. O zaman Təhsil nazirliyində çalışanlar ixtisasca tarixçi, filoloq idilər. Dərhal səs verdilər. Yadımdır, Xankəndinə Təhsil nazirliyindən Tərlan xanım gəldi. Əslən Şəkidən idi... Məsələ həllini tapacaqdı, mənfur ermənilər "Qarabağ” kartını işə saldılar!!! İndi də həmin vəziyyətdir. Ali Təhsil müəssisələrinin çoxunda qeyri-ixtisas fakültələrində "Azərbaycan tarxi” fənnini çıxarıblar. Bildiyimə görə dəqiq elmlər üzrə ingilis dilində təhsil alan tələbələr artıq bu fənni keçmirlər. İndi də təzədən bu fənnin saatlarını azaltmaq istəyirlər. Azalda-azalda tamama yox edəcəklər. Məqsəd də budur!!! Bir daha qeyd edim ki, bu cür münasibəti Ermənistanın bizim tarixə qarşı etdiyi hərəkətlərlə müqayisə edirəm! Bənzərliklər həddən artıq yaxındır! Bir daha təkrar edirəm ki, "Azərbaycan tarixi” məsələsi bir nazirliyin səlahiyyətində ola bilməz. Bu məsələdə qərar vermək bütün tarix üzrə mütəxəssislərin iştirakı səlahiyyətinə daxildir!!!""-deyə professor Zabil Bayramlı qeyd edir.
Miq.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:19-05-2020, 09:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-05-2020, 09:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11