Şəhid qızı olan tanınmış aktrisa prezidentə müraciət etdi
Tanınmış aktrisa Könül Yusifqızı prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya videomüraciət edib.
Müraciətini Yenicag.az-ın redaksiyasına göndərən K.Yusifqızı bildirir ki, atası Məmmədov Yusif Allahverdi oğlu 1994-cü ilin aprelində Ağdamın Güllücə kəndində şəhid olub: “Atam şəhid olanda 59 yaşı var idi. Yəni o yaşda belə mübarizliyindən dönməyib. Məmləkətimizin hər bir övladı mübarizdir, qəhrəman olmağa qadirdir. Atam şəhid olanda anamı və yeganə övladı olaraq məni bu dövlətə əmanət qoyub. Biz illərdir kirayədə yaşayırıq. Anam bir neçə ay əvvəl rəhmətə gedib. O, rəhmətə getməmişdən əvvəl istəmişdi və mən www.president.az saytına yazaraq vəziyyəti bildirmişdim. Oradan mənə cavab gəldi, lakin prezidentin təyinatı ilə vəzifədə olan Abşeron Rayon İcra Hakimiyyəti başçısı və əmək və əhalinin sosial müdafiəsi naziri mənə cavab vermədi. Mən məcburən bu videomüraciəti ünvanlamalı oldum.
Cənab prezident! Mənim bu dünyada sizdən başqa güvənəcəyim kimsə yoxdur. Sizdən xahiş edirəm ki, məni evlə təmin edəsiniz. Mən də istəyirəm ki, övladım yaxşı məktəblərdə oxusun, bu dövlət üçün yararlı bir vətəndaş kimi böyüsün. Bunun üçün isə mənim mənzil şəraitimin yaxşılaşmasına ehtiyac var”.
Qeyd edək ki, K.Yusifqızı övladını tək böyüdür. O, bu halı və eyni zamanda Azərbaycan mədəniyyətində rolu olan bir insan olmasını nəzərə alaraq mənzillə təmin olunmasını ölkə başçısından xahiş edir. Müxbirimizlə söhbətində K.Yusifqızı bildirib ki, şəhid ailəsi kimi uzun illərdir mənzil növbəsinə dayanıblar, atasının isə yeganə varisi odur. Onu da qeyd edək ki, K.Yusifqızının anası Məmmədova Suvara İsfəndiyar qızı Abşeron rayonundan şəhid ailəsi kimi 2014-cü ildə mənzil növbəsinə durub. Siyahıda onun adı 105-cidir.
K.Yusifqızının videomüraciətini təqdim edirik:
Paylaş:
Müəllif : Yazar
Tarix:17-04-2019, 12:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-04-2019, 12:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti