«Böyük şirkətdir, deyir ƏDV ödəyicisi deyilik» - «ƏDV GERİ AL» SORĞUSU
Artıq Azərbaycan vətəndaşlarına alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasına başlanılıb.
FED.az xatırladır ki, ödəniş nağdsız qaydada, yəni POS-terminal vasitəsilə edilibsə, qaytarılan məbləğ çeklərin üzərindəki ƏDV məbləğlərinin 15%-i, ödəniş nağd qaydada ediləndə isə çeklərin üzərindəki ƏDV məbləğlərinin 10%-ni təşkil edir.
Bəs əhali mağaza və xidmət obyektlərindən ƏDV qaytarmaq üçün kassa çekləri alıb, onu rəsmiləşdirə bilirmi?
FED.az-ın bu barədə keçirdiyi sorğu maraqlı nəticələrlə yadda qalıb. «Alış veriş zamanı ƏDV-ni geri ala bilirsinizmi?» sualı ilə keçirilən sorğuda iştirakçılarının bir hissəsi alış-veriş zamanı ƏDV-ni ala bildiyini təsdiqləsə də, əksər istifadəçilər mağazalarda problemlərlə üzləşdiyini gizlətməyib.
ƏDV ilə bağlı əhalini ən çox təəccübləndirən məsələlərdən biri iri ticarət obyektlərinin ƏDV ödəyicisi olmaması olub. Doğrudan da böyük dövriyyəsi olan bəzi şirkətlər ƏDV ödəyicisi olmadıqlarını deyərək alıcılara müvafiq çek verməkən imtina ediblər.
Məsələn, Hadı Nəsirov adlı iştirakçının sözlərinə görə, Yasamal rayonu, Şərifzadə küçəsində fəaliyyət göstərən “Bakı Electronics” mağazasında alış veriş zamanı ƏDV çeki istəsə də, ona bildirilib ki, mağaza ƏDV ödəyicisi deyil: «Bunu necə bacarırlar mən başa düşmürəm?». Digər istifadəçi Kamran Qədirov da “Bakı Electronics” mağazasından alış-veriş etdiyini, amma ona verilən çekdə fiskal kodun olmadığını deyib.
Bəzi istifadəçilər isə çeklərin verilməməsində satıcılardan şübhələnirlər - Pənahlı Zaur adlı istifadəçi konkret ad çəkməsə də marketlərdə çek oyunu getdiyini deyir: “Elə çek verirlər ki, oxunmur, ya da deyirlər karantindən sonra dəyişəcəklər. Eləsi də var, yazılır ki, ƏDV ödəyicisi deyil”. Başqa bir istifadəçi bildirib ki: “Satıcılar çeki tez büküb əzirlər. Gündə 30-50 AZN-lik ƏDV-nin geri qayıtması üçün özləri üçün saxlayırlar çekləri”.
Nigar Cəfərova isə marketdə etdiyi alış-verişdə ona verilən çekin sonuncu rəqəminin oxunmadığını qeyd edir: “Əvvəl ele bildim mənim səhvimdir, su dəyib, ya başqa səbəbdən pozulub. Amma sonra gördüm ki, digər çeklərdə də eyni vəziyyətdir”.
Vüsalə Məmmədova adlı iştirakçı deyir ki, çox az qəbzdə Fiskal ID var: “Hələ ki, ancaq böyük supermarket şəbəkələrinin qəbzində rastlaşmışam. Kosmetika, geyim və sair mağazaların qəbzlərində Fiskal ID yoxdur”.
Bəzi mağazalarda istifadəçilərin təkidindən sonra çek verməyə razılaşıblar. Arzu Əfəndiyeva deyir ki, “Sonti” marketdə çekin veriməməsinə etiraz edib: “Sual verdim ki, nə üçün martın 21-dən bu tərəfə heç bir çek də yazılmayıb. Müdriyyəti çağırandan sonra satıcı dedi ki, guya 5 günə olacaq. Nəzərə alaq ki, o marketdə 21.03.2020 il tarixdən gündəlik xeyli pul xərcləmişəm. Haradan öyrənə bilərəm ki, bunlar sadələşdirilmiş vergi ödəyicisidir, ya yox?».
Bəzi istifadəçilər ƏDV qaytarılması üçün qanuni çekin necə olmasını bilmədiklərindən şikayətlənir və bu barədə geniş məlumat istyir: «Xahiş edirəm, izah edəsiniz qanunla çek necə olmalıdır, hansı məlumatlar mütləq yazılmalıdır?. Alıcıların çoxu heç bilmir bu barədə. Bəzən tələb etməyəndə kassirlər çeki özləri yığır. Kütləvi xarakter daşımır. Xırdavat, tikinti, paltar mağazaların əksəriyyəti belə çekləri vermir. Köhnə tipli kassa aparatların istifadəsi ümumiyyətlə, dayandırılmalıdır».
Aygün Hüseynova deyir ki, “Bravo”dan alış-verib edib: “Çeki alanda gördüm ki, yazılıb ƏDV 0%. Aldığım ərzaqlar pomidor, xiyar, soğan, kartof, qarpız, kolbasa kimi məhsullar idi. Maraqlıdır ki, adi dükanlar bir az çox alver edəndə onları vergi tez 18% keçirir. Amma “Bravo” kimi market vergi vermir? Heyf, dünənki bazarlığımdan”.
Emin Hüseynzadə deyib ki, 28 Mallda fəaliyyət göstərən “Bravo” marketdə alış-veriş edəndə fiskal kodlu çek vermir. Onlar bunu kassa aparatlarının köhnə olması ilə əlaqələndirirlər.
Nurlanə Cəfərova deyir ki, verilən çeklərin çoxunda fiskal kod olduğu halda oxunmur: “Məsələn, “Araz” marketin çeki oxunur, amma “AL Market”in çeki oxunmur”.
İstifadəçilərin bir hissəsi apteklərdəki kassalardan narazıdırlar. Orxan Kərimov adlı istifadəçi bildirib ki, «Bazarstore»dan verilən çekin fiskal ID-ni sistem həmən gün qəbul etmir: «Bir neçə gün, bəzən 1 həftə gözləyib sonra daxil etməli olursan. Apteklərin təqdim etdiyi çeklərdə isə fiskal ID ümumiyyətlə, olmur».
Mənsur Bayramov adlı istifadəçi “Zəfəran” aptekdə verilən çeklərdə fiskal kodun olmadığını bildirir. Nicat Zeynalov deyib ki, ümumiyyətlə, apteklər ancaq POS-terminaldan çıxan çeki verir, onun da üzərində fiskal ID olmur: “Mənə elə gəlir ki, nağdsız ödənişlərdə onu daha asan etmək olar. Məsələn, ödəniş edəndən sonra avtomatik karta qayıtsın, yoxsa belə çox çətindir”.
Bahadur Qasımov bildirib ki, paltar, elektronika, apteklərdən fərqli olaraq böyük marketlərin çeklərində QR kod və Fiscal ID olur: “Amma bəzi yerlərdə bu kodu istəyəndə vururlar, istəməyəndə sadə çek verirlər”.
İstifadəçilərin bir hissəsi bildirir ki, gündəlik tələbat və ərxaq mallarından fərqli olaraq digər məhsulların satıldığı ticarət obyektlərində çek vurulmur. Mahir Xasməmmədov adlı istifadəçi bildirir ki, Sumqayıtdı tikinti materialları satışı mərkəzi ödəniş üçün kartı qəbul etmir: “İnanmırsınız, gəlin Sumqayıta.”
Bəzi istifadəçilər bildirir ki, qaytarılan ƏDV alınan məbləğə uyğun gəlmir: “Kart vasitəsilə alınan məhsulların bütün çeklərini sistemə yükləyirəm. Amma qayıdan ƏDV məbləğlərə uyğun deyil. Məsələn, 30.90 AZN-ə 0.45 AZN, 9.64 AZN-ə 0.22 AZN qaytarılır”.
Sorğu iştirakçıları arasında sistemin qüsursuz işlədiyin deyənlər də olub.
Səbinə Mehdiyeva adlı istifadəçi deyir ki, “Bolmart” supermarketlər şəbəkəsindən ərzaq alıb: “Yoxladım, alınmadı, yazılır ki, yanlışdır”. Sumqayıtda "Səda Store” marketində alış-veriş edən Sirac Şirinli də eyni halla üzləşib, Sumqayıtdakı "Qayalı” və "Səda Store” marketlərində isə çek olmadığı bildirilib. İxtiyar Seyfullayev adlı istifadəçi bildirir ki, Sumqayıtda ancaq “OBA” marketlər şəbəkəsində fiksal kod olan qəbzlər var: “Onu da istəməsən vermirlər”. Fatma Əliyeva isə “Rahat” marketin çeklərinin fiskal ID-ni sistemin qəbul etmədiyini bildirib.
Afaq Kazımlı adlı istifadəçi ƏDV qaytarma sisteminin səhvsiz işlədiyini bildirir: “Ancaq marketlərdə çeki əlavə tələb etməli oluruq. Sumqayıtda çeki ancaq böyük ərzaq mağazaları verir, kiçik marketlər, məsələn, əşya bazarı “EL” market belə çekin olmadığını bildirir. Bəzi geyim elektronika dükanları kartla ödəniş edəndə əlavə pul çıxacağını deyir. Əksər kafe-restoranda kart sistemi yoxdur».
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2020, 15:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-05-2020, 15:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti