Taksi sürücüləri etiraz edirlər: “Bəzi şirkətlər elə vəziyyət yaradıb ki...” - Şirkətlər boykot edilir?
Bir qrup taksi sürücüsü sosial şəbəkələrdə "Taksi Club Baku" adlı qrup yaradaraq bir araya gəliblər.
regionxeberlericom.az “Sherg.az”-a istinadən xəbər verir ki, qrupun idarəçilərindən Ruslan Məhərrəmov əsas məqsədlərinin taksi sürücülərinin hüquqlarının qorunması və istismarçı şirkətlərə qarşı boykot elan etməkdən ibarət olduğunu deyib.
"Bəzi şirkətlər taksi fəaliyyətini elə bir vəziyyətə gətirib çıxarıblar ki, sürücülər çox əziyyət çəkir. Biz ilk növbədə istəyirik ki, taksiyə hörmət olsun. Çünki bu işi icra edən bir insandır və elementar hüquqları qorunmalıdır. Vahid qiymətin tətbiq olunması, bütün şirkətlərin də bu qiymət əsasında fəaliyyət göstərməsi bizim istəyimizdir. Şirkətlər rəqabət etmək üçün qiymət yox, keyfiyyət irəli sürsünlər”.
Taksi sürücülərini əsas narahat edən məsələlərdən biri də şirkətlərin sayının çox olmasıdır. "Müştəri bazası dağınıq vəziyyətdədir. Sürücü saatlarla gözləyir ki, hansı şirkət sifariş verəcək. Əsas çətinliklərdən biri də fərqlənmə nişanıdır. Bir çox sürücü qanunsuz fəaliyyət göstərir. Bu isə düzgün deyil. Düşünürük ki, normal şərtlər olarsa, sürücülər də qanuni fəaliyyət göstərməyə üstünlük verər."
Mübarizə üsuluna gəldikdə isə sürücülər şirkətləri boykot etmək qərarına gəliblər. İlk olaraq "Maxim" və "Omega" şirkətlərinin boykotu ilə bağlı çağırış edilib. Eyni zamanda gün ərzində müxtəlif sifarişlər verərək sürücülər ilə kontakta girmək və bu şirkətlərdən imtina etmək bildiriləcək. "Cəmi iki gün kifayət edər ki, həmin şirkətlər həm qiymətləri normal şəkildə tənzimləsin, həm də sürücülərin hüquqlarını bərpa etsin."
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi sürücülərinin bu addımını dəstəkləyir. "Əslində bu çox doğru addımdır. Çünki taksi şirkətləri sürücüləri incidir, bəzi hallarda yersiz cərimə tətbiq edirlər. Hətta elə şirkətlər var ki, sürücülərə qarşı insanı münasibətlər belə bəsləmir."
Ekspertin sözlərinə görə, sürücüləri narazı salan əsas məqam qiymətlərin düzgün tənzimlənməməsidir. "Mən qiymətlərin bahalaşmasının da tərəfdarı deyiləm. Amma şirkətlər faiz dərəcəsini aşağı sala bilər. Eyni zamanda müxtəlif bonuslar tətbiq etməklə sürücülərə dolanışıq yeri qoya bilərlər. Düşünürəm ki, sürücülərin bu addımı lazımi effekti verəcək."
Elməddin Muradlı deyir ki, taksi şirkətləri sürücüləri bir növ istismar edir. "Ortada vaxtı gedən, maşını nasaz hala gələn sürücü olur, taksi şirkətləri isə qazanır. Sürücüləri işə qəbul edən zaman depozit alır, kartla ödəniş şirkətin balansın keçir.
Bəzən gündəlik qazanca nəzərət edə bilmirlər. Nəticədə bəzi sürücülər online ödəniş edən müştəriləri qəbul etmirlər. Çünki onlar düşünür ki, yığılan məbləğ düzgün hesablanmır. Bəzən isə yanacaq almağa pul tapa bilmirlər. Çünki ödəniş kart ilə olur."Nazirlər Kabineti, Milli Məclis səviyyəsində bu məsələyə baxılmalıdır. Konkret qərarlar qəbul edilməli, vahid qiymət sistemi müəyyən olunmalıdır."
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli problemə səbəb olan amilləri sadaladı:
“Hökumət bir neçə dəfə bu məsələni tənzimləməyə çalışıb. Lakin hökumətin sosial sahədəki siyasəti hamını qane etmədiyinə görə nizam-intizamsızlıq davam edir. Hələ Nəqliyyat Nazirliyinin vaxtından taksi fəaliyyətinin lisenziyaşdırılmasındakı rüşvətxorluq kimi neqativ hallar da məsələyə təsir etdi. İkinci bir tərəfdən isə şirkətlər monopoliya yaratmaq istəyirlər. İnhisarçılıq, məmurların sahibkarlıq cəhdləri problemin kökündə dayanır. Yəni nəticə biz gördüyümüz faktdır. Ancaq onun haqında danışmaq ikinci plandadır. Əsas odur ki, nəticəyə gətirib çıxarın səbəb müəyyənləşsin və aradan qalxsın”.
Ekspert düşünür ki, problemi həll etmək qəliz deyil:
“Qiymətlər faktiki olaraq vətəndaşı qane edir. Düzdür, ekstremal hadisələr zamanı bəzi sürücülər sui-istifadə hallarına yol verirlər. Buna baxmayaraq, vətəndaşlar üçün seçim imkanı da var. Yəni şərti mənada hazırkı durumdan razı qalmaq mümkündür. Bircə qalır dövlət orqanlarının müdaxiləsinin olmaması. Müvafiq qurumlar nəzarət adı ilə müdaxilə etməsələr bazar özü-özünü tənzimləyəcək. Həm də fərqlənmə nişanı alınmalı, dövlətə vergi verilməlidir. Təəssüf ki, dediyim məsələdə də tam şəffaflıq yoxdur. Bir də sürücülərin İKT-yə çıxış imkanları olmalıdır. Əgər bunlar həllini tapsa, vəziyyət xeyli düzələcək. Nəticədə vətəndaş da, xidmət göstərən də qiymətdən razı qalacaq”.
N. Bəydəmirli Türkiyə təcrübəsindən istifadə etməyimizin faydalı olacağını qənaətindədir:
“Qardaş ölkədə taksi sürücüləri təşkilatlanıblar. Bu, çox yaxşıdır. Çünki onların haqqını heç kim tapdaya bilmir, əməkləri istismar olunmur. Məncə, bu təcrübə bizim üçün də keçərlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-05-2020, 12:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-05-2020, 12:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11