Sosial yardımla bağlı vacib təklif: - Limit artırılsın!
"Ünvanlı sosial yardıma müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlərin artırılması məqsədəuyğun olardı. Bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı sosial yardıma müraciət imkanı yarada bilər".
regionxeberlericom.az Azvision.az-a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumunun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma müraciət edə bilmir:
"Yəni, ünvanlı sosial yardıma müraciət üçün ailədə adambaşına kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır. Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparıldığını bildirdi. Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manatadək çatdırılacaq. Bu, o deməkdir ki, 4 nəfərlik ailədə kommunal xərc üçün limiti 76 manatdan 108 manata çatdırılacaq. Bu isə daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardım müəyyənləşdirilməsinə imkan yaradacaq".
Deputat ünvanlı sosial yardım üçün müəyyənləşdirilən müddətin 1 il olduğunu nəzərə alaraq təklif edib ki, sosial yardım təyin edilən birinci ildə aztəminatlı ailənin gəlirlərində dəyişiklik baş vermədiyi halda sosial yardımın təyin edilməsi müddəti daha bir il uzadılsın.
"Yəni, aztəminatlı ailəyə 1 illik sosial yardım müəyyənləşir və həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda “zaman ekstenşini” olsun və ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun. Ünvanlı dövlət sosial yardım proqramının re-brendiqi həyata keçirilməsini tövsiyyə etdim. Bu, proqrama olan inamın və eləcə də səmərəliliyin yüksəlməsinə səbəb ola bilər. Bütövlükdə, həm qanuna, həm də qaydalara ediləcək dəyişikliklər mütərəqqidir və ünvanlı sosial yardıma əlçatanlığı artıracaq".
Paylaş:
Müəllif : Yazar
Tarix:13-05-2020, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-05-2020, 10:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11