Xüsusi karantin rejimi yumşalır: normala dönüşə peşman ola bilərikmi? - AKTUAL
Dünyada koronavirus pandemiyasına yoluxanların sayı 3 milyon 200 mini keçib. Bu pandemiyadan ölənlər isə artıq 230 mindən çoxdur. Lakin buna baxmayaraq, Azərbaycan da daxil olmaqla, artıq bir sıra ölkələr koronavirusa görə tətbiq etdikləri karantin rejimini yumşaldıblar. Azərbaycanda yeni qərar qüvvəyə minməsə, mayın 4-də karantin rejiminin ləğv edilməsi gözlənilir.
Son məlumatlara görə, koronavirusun beşiyi olan Çinin paytaxtı Pekində koronavirus epidemiyası ilə əlaqədar elan olunmuş ictimai səhiyyə sahəsində fövqəladə hazırlıq dərəcəsi aprelin 30-da ən yuxarıdan bir pillə aşağı endiriləcək.
Şəhər hökuməti paytaxtda son 13 gündə yerli ötürülmə yolu və ya xarici mənşəli yoluxma halı baş verməməsindən sonra belə bir qərar qəbul edib. Bu qərarla şəhərdə karantin rejimi qaydaları yumşaldılacaq. Çində aşağı riskli hesab edilən yerlərdən gələn insanlar artıq iki həftə ərzində karantin keçmək məcburiyyətində qalmayacaqlar. Bundan başqa, mehmanxanalarda otaq bronlaşdırmaq üçün nuklein turşu (RNT) testinin cavablarını təqdim etməyə ehtiyac olmayacaq. Qeyd olunan yumşaldılmış qaydalar xaricdən və ölkədə virusun ən çox yayıldığı Hubey vilayətindən gələnlərə aid deyil.
Karantin rejiminin yumşaldılması ilə poçt kuryerləri, ev xidmətçiləri və daşınmaz əmlak agentləri sağlamlıq haqqında elektron arayış təqdim etməklə yaşayış binalarına daxil ola biləcəklər. Şəhərdaxili avtobuslarda və metro vaqonlarında sərnişin sıxlığının göstəricisi müvafiq olaraq 75 və 65 faizə yüksəldilib. Şəhərlərarası avtobusların da hərəkəti bərpa olunur. İctimai nəqliyyat vasitələrində davamlı dezinfeksiya işlərinin aparılması və bütün sərnişinlərin qoruyucu maska taxması məcburidir.
İsraildə də aprelin 30-u saat 05:00-dan etibarən ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq və sabahdan karantin rejiminin yumşadılması qüvvəyə minəcək.
Lakin Ümumdünya Səhiyyə Təşkilatı bütün bu yumşaltmalara etiraz edir. ÜST rəhbərliyi hesab edir ki, sosial izolyasiya tədbirlərindən imtina edilməsi nəticəsində koronavirus pandemiyasının ikinci dalğası yaşanacaq və bu, dünya üçün daha da fəlakətli olacaq. Bu fikirləri dəstəkləyənlər və əks arqument irəli sürənlər də çoxdur. Məsələn, Sinqapur alimləri Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) alimləri süni intellektə əsaslanaraq dünyada və ayrı-ayrı ölkələrdə koronavirusun yox olacağı tarixi açıqlayıblar.
Məlumata görə, koronavirus dünyada mayın 30-da 97%, iyunun 17-də 99%, dekabrın 8-də isə 100% yox olacaq. Azərbaycana gəlincə, alimlərin fikrincə, koronavirus mayın 6-dək 97 faiz, mayın 17-si 99 faiz, iyun ayının 14-ü isə tamamilə yox olacaq. Qonşu ölkələrdə isə vəziyyət belədir: Rusiyada koronavirus mayın 20-də 97%, mayın 28-də 99 %, iyulun 20-də 100%; Türkiyədə mayın 17-də 97%, mayın 29-da 99%, avqustun 12-də isə 100%; İranda mayın 20-də 97%, iyunun 9-da 99%, oktyabrın 22-də 100%; Gürcüstanda mayın 13-də 97%, mayın 23-də 99%, iyunun 6-da isə 100%; Ermənistanda iyunun 11-də 97%, iyunun 29-da 99%, avqustun 20-də isə 100% yox olacaq.
Azərbaycanlı həkimlər isə hesab edirlər ki, əgər sosial izolyasiya tədbirlərinə əməl edilməsə, ölkədə koronavirus yenidən yayılacaq və bu dəfə vəziyyət daha da pis olacaq. Həkimlər hesab edirlər ki, insanların evdə qalmaları onların immunitet sistemlərini zəiflədir. Ona görə də tibb sahəsi üzrə mütəxəssislər təklif irəli sürürlər ki, bütün ölkələrdə insanların evdən çıxmaları üçün şərait yaradılmalıdır. Lakin bu zaman da sosial məsafənin saxlanmasına ciddi nəzarət edilməli, insanların maskasız küçələrə çıxmasına icazə verilməməlidir.
“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, indiki halda ikinci dalğa yaşana bilər. Çünki insanlar maska taxmırlar, sosial izolyasiya qaydalarını gözləmirlər: “Bunun özü ciddi narahatlıq doğurur. O baxımdan düşünürəm ki, Azərbaycanda ikinci dalğa yarana bilər. Karantin şərtlərinin yumşaldılmasını bəzi insanlar elə zənn edirlər ki, artıq hər şey başa çatıb. Xeyr, karantin şərtləri ona görə yumşaldılır ki, insanların sosial aktivliyi artsın və digər bu kimi məsələlər düzəlsin. Lakin bu, karantin şərtləri daxilində olmalıdır. Hazırda kollektiv immunitet də formalaşmayıb. Yəni insanlar evdə qalmaqla özlərini bir növ sığortalayıblar. Kollektiv immunitet formalaşmadığı üçün həmin şəxslərdə yoluxma baş verəcək. Hansılar ki, onlar evdə qalıblar, xəstələnməyiblər. Ona görə də müxtəlif fikirlər səsləndirilir. Bəziləri deyirlər ki, payızda yoluxma arta bilər. Bu, həm də qeyd etdiyimiz məsələ ilə bağlıdır ki, insanlar bu gün çölə çıxırlar və yoluxma ilə üz-üzə qalırlar. Yoluxan isə digərinə yoluxdurur və beləliklə, növbəti dalğa gəlir. Evdə qalan adam ona görə çölə çıxan zaman yoluxur ki, onun bu virusa qarşı immuniteti yoxdur. Sadəcə olaraq, özünü evdə qalmaqla qoruyub. Virus isə hələ ki sönməyib. Ona görə də düşünürəm ki, sosial izolyasiya tədbirləri gözlənilməlidir”.
Musavat.com-a danışan həkim Vasif Həsənli isə bildirib ki, yenidən karantin rejiminə qayıda bilərik: "Çünki bu cür hava-damcı yolu ilə yayılan virusların xüsusiyyəti elə budur. Yəni onlar dalğa-dalğa gəlirlər. Bu, elmi cəhətdən müzakirəsi olmayan bir şeydir. Ya sən peyvənd tapıb, bu dalğaların qarşısını almalısan, ya da bütün insanlar bu virusa yoluxacaqlar və yoluxduqca da bu virusa qarşı immunitet inkişaf etdirəcəklər. Bununla da virus bitəcək. Azərbaycanlıların sosial məsafə anlayışı çox yaxındır. İndi karantin rejimi yumşaldılır, lakin sonradan yenidən karantin rejimi elan edilə bilər. Bu, hansı şəkildə olacaq, onu söyləmək çətindir. Çünki həmin qərar siyasi olacaq. Bu xəstəlik var, öldürücüdür, səhiyyə sistemini iflic edir. Ona görə də yenidən karantin rejimi elan ediləcək, bunun hansı formada olacağı isə siyasi qərardan asılıdır".
Dünyada hazırda ən çox yoluxma ABŞ-da qeydə alınıb. Belə ki, artıq ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu keçib. Onu da bildirək ki, ABŞ dünyada koronavirusla bağlı ən çox test keçirən ölkə olaraq da birincidir. Bu ölkədə indiyədək 6 milyondan çox test keçirilib. İkinci ən çox test Rusiyada keçirilib (3 milyon 300 mindən yuxarı) ki, bu ölkədə də yoluxanların sayı 100 minə çatır.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:1-05-2020, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-05-2020, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26