Azərbaycanda vəkilin şok əməlləri: görüşür, sonra... - TƏFƏRRÜAT
Azərbaycanda dələduzluqda ittiham olunan “Advocaci Center” MMC-nin direktoru vəzifəsində işləmiş Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nüşabə Baxışova qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə “Advocacy Center” MMC-nin direktoru işləyərkən qayınatası ilə aralarında olan əmlak mübahisəsinin həll edilməsinə köməklik göstərilməsi üçün ona müraciət etmiş Səmayə Osmanovaya özünü vəkil kimi təqdim edib.
Qayınata və gəlinin əmlak davası
Nüşabə Baxışova əlaqələrindən istifadə edərək Səmayə Osmanovanın qaynatası ilə aralarında olan əmlak mübahisəsi ilə bağlı Şəki Apelyasiya Məhkəməsində xeyrinə qərar alacağına dair yalan vəd verib. O, 2011-ci ilin aprel ayında Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən ”Advocacy Center” MMC-nin ofisində 250 manat, bundan sonra həmin işlə bağlı notariusdan sənəd lazım olduğunu bildirərək həmin ilin aprel ayının axırında ofisində 50 manat alıb.
Bundan başqa, Nüşabə Baxışova “Advocacy Center” MMC-nin direktoru işləyərkən Sumqayıt şəhərinin 12-ci mikrorayon ərazisndə yerləşən 72 kvadratdan ibarət “Stomotoloji Kabinet” obyektinin genişləndirilməsinə və vergi cərimələrinin həll edilməsində köməklik göstərməsi üçün ona müraciət etmiş Azər Qasımova özünü vəkil kimi təqdim edib. O, Azər Osmanova obyektini genişləndirilməsinə razılıq alacağına dair və vergi cərimələrinin ləğv elətdirilməsi barədə məhkəmə qərarı alacağına dair yalan vəd verib.
Özünü vəkil kimi təqdim etdi, pulunu aldı
Aldatma yolu ilə Nüşabə Baxışova ondan ofisində 1500 manat pulu alıb. Bir müddət sonra Sumqayıt bələdiyyəsində keçiriləcək tenderi udmaq üçün bələdiyyə ilə danışdığını, bunun üçün əlavə pul lazım olduğunu bildirib. O, Azər Osmanovdan 15.000 ABŞ dollar, bundan sonra 3000 manat alıb.
Daha sonra Nüşabə Baxışova çertyojun çəkilməsi üçün əlavə pul lazım olduğunu bildirib. O, Azər Osmanovdan əlavə olaraq 400 manat alıb.
Bundan sonra kadastr idarəsinə vermək üçün əlavə pul lazım olduğunu bildirib və Azər Osmanovdan 1000 ABŞ dolları, Arxitektura İdarəsi ilə danışdığını, istismara təhvil aktının alınması üçün 1000 manat alaraq dələduzluq edib.
Nüşabə Baxışova vergi cərimələrinin bir hissəsini ödəyəcəyini və bir hissəsini isə məhkəmə yolu ilə ləğv elətdirəcəyini bildirməklə Azər Osmanovdan Sumqayıt şəhərinin 12-ci mikrorayon ərazisndə yerləşən “Stomotoloji Kabinet” obyektində 1500 manat, əmlak komitəsi ilə danışdığını, bunun üçün əlavə 4000 manat alıb.
Mülk mübahisəsi
Nüşabə Baxşova Etibar Orucov ilə aralarında olan mülki mübahisəninin məhkəmə yolu ilə həllində köməklik göstərilməsi üçün ona müraciət etmiş Vüqar Qənbərova özünü vəkil kimi təqdim edib. O, əlaqələrindən istifadə edərək Apelyasiya Məhkəməsində və Abşeron rayon Məhkəməsində mülki işi onun xeyrinə həll edəcəyinə dair vəd verib.
Daha sonra Nüşabə Baxışova ofisində Vüqar Qənbərovdan 1500 manat pulu alıb. Sonra Etibar Orucovdan pul tələbi ilə bağlı mülki mübahisəsinin məhkəmə yolu ilə həll olunması üçün əlavə pul lazım olduğunu bildirib və yenə də ofisində Vüqar Qənbərovdan 3500 manat pulunu alaraq ələ keçirib.
Daha sonra Nüşabə Baxşıova əri Marrifin mülki işinin həllində köməklik göstərilməsi üçün ona müraciət etmiş Xalidə Rüstəmovaya özünü vəkil kimi təqdim edib. O, əlaqələrindən istifadə edərək Xalidə Rüstəmovaya əri Marifin xeyrinə məhkəmə qərarı alacağına dair yalan verib. O, Xalidə Rüstəmovadan məhkəmədə mübahisəli məsələnin həll edilməsi üçün ümumilikdə 2000 manat alıb.
Aliment davası
Daha sonra Nüşabə Baxışova Ramin Əliyevə məhkəmə tərəfindən ona təyin edilmiş alimentin məbləğinin azaldılması barədə məhkəmə qərarı alacağına dair yalan vəd verib. O, aldatma yolu ilə Ramin Əliyevdən ofisində 2200 manat, bundan sonra əmək stajını bərpa etdirəcəyinə dair xeyrinə məhkəmə qərarı alacağı barədə yalan vəd verməklə 500 manat alıb.
Daha sonra o, Ramin Əliyevin keçmiş qaynatası ilə aralarında olan mubahisə ilə əlaqədar məhkəmə yolu ilə maddi və mənəvi ziyan ödətdirəcəyinə dair yalan vəd verib, bu işin həll edilməsi üçün Ramin Əliyevdən 300 manat alıb.
Bundan sonra Nüşabə Baxışova Ramin Əliyevə məhkəmə yolu ilə uşaqla görüş hüququ aldıracağına dair yalan verib. O, bu işin məhkəmədə həll olunması üçün 250 manat pul alıb.
Daha sonra Nüşabə Baxışova məhkəmə tərəfindən təyin edilmiş sabit alimentin məbləğinin aşağı salınması və oğlunun müalicəsi üçün xarici ölkəyə aparılmasına icazənin alınmasına köməklik göstərilməsi üçün Qalib Dadaşova yalan vəd verib. O, Qalib Dadaşovdan ümumilikdə 450 manat alıb.
Qohumların ev bölgüsü davası
Nüşabə Baxışovanın növbəti dələduzluq əməli Sumqayıt şəhər sakini Bəhruz İskəndərova qarşı olub. Bəhruz İskəndərov qaynı Əhməd Aslanovun arvadı ilə aralarında olan ev bölgüsü mübahisəsinin həll edilməsinə köməklik göstərilməsi üçün ona müraciət edib. O, Bəhruz İskəndərova belə bir fəaliyyətlə məşğul olmaq hüququ olmadığı halda, özünü vəkil kimi təqdim edib, əlaqələrindən istifadə edərək qaynı arvadının evdə yaşamaq hüququnun məhrum edilməsinə dair və övladının alınıb, sonuncuya verilməsinə dair xeyrinə məhkəmə qərarları alacağı barədə yalan vəd verib.
Nüşabə Baxışova aldatma yolu ilə ofisində bu işin həll olunması üçün Bəhruz İskəndərovdan 1500 manat, bundan sonra həmin işlə bağlı əlavə 200 manat alaraq dələduzluq əməli törədib.
Yüksək pensiya almaq vədi
Bundan başqa, Nüşabə Baxışova pensiyaya çıxmasında köməklik göstərilməsi üçün ona müraciət etmiş Şirvan Osmanovdan bu işi məhkəmə yolu ilə yüksək məbləğli pensiyaya çıxardacağını və hətta 30.000 manat kompensasiya aldıracağına dair yalan vəd verib. Bu məqsədlə o, Şirva Osmanovdan 4500 manat alıb.
Daha sonra Nüşabə Baxışova qəsdən adam öldürdüyünə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş oğlu Qalib Fəttayevin cəzasının yüngüləşdirilməsinə köməklik göstərilməsindən ötrü ona müraciət etmiş Barat Fəttayevə özünü vəkil kimi təqdim edib. O, yaxın qohumlarının yüksək vəzifədə işlədiyini və oğlunu cəzasının 13 ildən 8 ilə saldıracağını bildirib.
Özünə inam yaratmaq üçün telefonla kiminləsə danışdıqdan sonra Barat Fəttayevə Ali Məhkəmə ilə danışdığını deyib. Sonra Cinayət-Prosessual Məcəlləsinin 459-cu maddəsinə görə hökmdən kasasiya şikayətinin ancaq təqsirləndirilən şəxs və ya onun müdafiəçisinin vermək hüqununun olduğunu bildiyi halda işdə nümayəndə qismində iştirak edib, kasasiya şikayəti verəcəyi, nümayəndə qismində işə baxılmasında iştirak edəcəyi və 12.000 manat pulun onun direktoru olduğu cəmiyyətin hesabına köçürüldükdən sonra oğluna verilmiş cəzanın azaldılacağı barədə yalan vədlər verib.
Nüşabə Baxışova ofisində Barat Fəttayevdən 8900 ABŞ dollarını və 5000 manat alıb. Vədinə əməl etməyərək, onun pulunu şəxsi ehyiyaclarına xərcələyib.
Ailə başçısını itirən qadına qarşı dələduzluq
Daha sonra o, ev növbəsində durması ilə əlaqədar dövlət hesabına ev alınaraq verilməsində köməklik göstərilməsi üçün ona müraciət etmiş Əfraz Aslanovdan 6000 manat, Züleyxa Mustafayevanın ailə başçısını itirməyə görə təyin edilmiş təqaüdün ömürlük təyin elətdirilməsində köməklik göstərilməsi üçün 2800 manat alıb.
Nüşabə Baxışova qızı Ülviyyəni işlədiyi Lənkəran rayon Güləsər kənd orta məktəbindən Sumqayıt şəhər ərazisində yerləşən orta məktəblərin birinə köçürdülməsində köməklik göstərilməsi üçün ona müraciət etmiş Ömərağa Muradova özünü vəkil kimi təqdim edib. O, sonuncuya qızını Sumqayıt şəhər ərazisində yerləşən məktəblərin birinə köçürdülməsinə dair xeyrinə məhkəmə qərarı alacağı barədə yalan vəd verib. Bu işim görülməsi üçün Ömərağa Muradovdan 400 manat alıb.
Daha sonra Nüşabə Baxışova Sumqayıt şəhərinin Yaşıldərə bağlar ərazisində Elçin İsmayılov adlı şəxsdən aldığı torpaq sahəsini sənədləşdirməkdə köməklik göstərilməsi üçün ona müraciət etmiş Ramiz Ağayevə bu işin məhkəmə yolu ilə tez bir zamanda sənədləşdirəcəyinə söz verib. O, Ramiz Ağayevdən 3100 manat alıb.
Ər-arvadın əmlak davası
Bundan sonra Nüşabə Baxışova qaynı qızı Bahar Rəhimovanın əri arasında olan əmlak mübahiəsinin həllində köməklik göstərilməsi üçün ona müraciət etmiş Məryəm Rəhimovaya özünü vəkil kimi təqdim edib. O, əri arasında olan əmlak mübahisəsini əlaqələrindən istifadə edib və məhkəmə yolu ilə Bahar Rəhimovanın xeyrinə həll edəcəyinə dair yalan vəd verib. Aldatma yolu ilə onun 4500 manatını ələ keçirib.
Daha sonra Nüşabə Baxışova atası Muradxan Əliyevin müharibə veteranı olması ilə əlaqədar sonuncuya sığorta və əlillik dərəcəsi alınmasında köməklik göstərilməsi üçün ona müraciət etmiş Yusif Əliyevə özünü vəkil kimi təqdim edi. O, sonuncunun atasına sığorta və əlillik dərəcəsi, eyni zamanda 11.500 manat məbləğində təzminat və yüksək məbləğdə pensiya verilməsi barədə məhkəmə qərarı alacağına dair yalan vəd verib. O, Yusif Əliyevdən 2518,86 manat alaraq, ona maddi ziyan vurmaqla dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nüşabə Baxışova 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Nüşabə Baxışova apelyasiya şikayəti verib. O, işin yenidən məhkəmə istintaqı ilə aparılmasını və müddəti keçmiş işlər ilə bağlı Cinayət Məcəlləsinin 75-ci (müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) maddəsini təyin edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 aprel 2018-ci il tarixli hökmünün ləğv edilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Nüşabə Baxışovanın apelyasiya şikayəti qismən təmin olunub. Ona zərər çəkmiş şəxs Səmayə Osmanovaya qarşı törədilmiş epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməyib. Onun cəzası 5 il 6 aya endirilib.
Bu qərardan narazı qalan Nüşabə Baxışova kasasiya şikayəti verib. Onun şikayəti Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə araşdırması başlanıb.
Hakim heyəti araşdırma aparan zaman məhkəməyə ərizə yollayan Nüşabə Baxışova kasasiya şikayətini geri götürdüyünü, ərizəsinin təmin olunmasını istəyib.
Hakim heyəti Nüşabə Baxışovanın ərizəsini təmin edib. Onun kasasiya şikayəti baxışdan çıxarılıb və geri qaytarlılıb.
Qeyd edək ki, bundan əvvəl də Nüşabə Baxışova məhkum olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nüşabə Baxışova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Nüşabə Baxışovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 1787.3.2-ci maddəsi həmin məcəllənin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələrinə tövsif edilib.
Məhkəmə onun barəsində olan 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 5 ilə endirilməsi barədə qərar çıxarıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-04-2020, 13:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-04-2020, 13:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01