5 aydır komada olan Oqtay Gülalıyev tam ayılıb? - Ailəsindən AÇIQLAMA
Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində 5 aya yaxındır ki, koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev tam ayılmayıb.
Cebhe.info-ya danışan oğlu Təbriz Gülalıyev atasının səhhətində dəyişiklik olmadığını bildirib:
“Atam həkimlərin refleks yoxlamalarına reaksiya verir və üçüncü əməliyyatdan sonra oyanıqlığı artıb. Tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. Xüsusi qurğu ilə ayağa qaldırılır. Hələ də ayılmasını gözləyirik”.
Xatırladaq ki, İstanbulun “Amerikan Xəstəxanası”nda müalicəsini davam etdirən Oqtay Gulalıyevin üzərində aparılan təkrar müayinələr zamanı onun beynində maye aşkarlanmışdı. Həkimlərin tövsiyəsi və ailənin razılığı ilə yanvarın 10-da üçüncü dəfə əməliyyat olunan hüquq müdafiəçisinin durumu stabildir.
Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub. Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və "Avrasiya" xəstəxanasına yerləşdirilib. Bir müddət orada müalicə alan hüquq müdafiəçisi sonra İstanbulda yerləşən “Amerikan Xəstəxanası”na köçürülüb. Oqtay Gülalıyev 5 aya yaxındır ki, komadadır.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-04-2020, 13:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-04-2020, 13:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti