Məcburi köçkün şikayət edir, komitə “evi var” deyir
“Yaşayış üçün özümüzə qamışdan müvəqqəti ev tikmişik. Yağış yağarkən ev damır və yaşayışımız üçün ciddi təhlükə yaranır. Ümidimiz məcburi köçkünlər üçün tikilən yeni evlərə idi, lakin əfsus ki, hələ də arzumuza çata bilməmişik”.
Bu sözləri Laçın Rayonu Şeylanlı kəndindən məcburi köçkün Müşfiq Mayılov müraciətində deyib. Şikayətçi bildirib ki, hazırda müvəqqəti olaraq Laçın rayonu Taxta Körpü qış yataqlarında acınacaqlı vəziyyətdə yaşayır:
“İkisi şagird və ikisi azyaşlı olmaqla dörd övladım var. Ümumilikdə ailəmiz 6 nəfərdən ibarətdir. Özüm ikinci qrup əliləm və vəziyyətimiz yaxşı deyil. Laçın rayonu 144 nömrəli qəsəbədə məcburi köçkünlərin evlə təmin olunması prosesi gedir, lakin məcburi köçkün kimi mənim payıma düşən evlə hələ də təmin olunmamışam. Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin nümayəndələri evlə təmin olunan məcburi köçkünlərin adlarını sadalayarkən bizim adımız onların elan etdiyi siyahıda təsdiqini tapmadı. Öz fikirlərimizi nümayəndələrə bildirərkən, onlar bizim adımızın siyahıda olmamasını əsas gətirərək, növbəti mərhələlərdə evin veriləcəyini deyirlər. Baxmayaraq ki, çox mərhələlər keçib və hissə-hissə evlər paylanıb, mən isə hələ də evlə təmin olunmamışam. Görünür burada kimlərinsə şəxsi mənafeyinin güdülməsi var”.
“Qafqazinfo” məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib. Sorğumuza cavab olaraq bildirilib ki, həqiqətən də Laçın rayonundan məcburi köçkün Mayılov Müşviq Cümşüd oğlu Ağcabədi rayonu Şeylanlı obasında yeni istifadəyə verilmiş qəsəbədə mənzillə təmin edilmək üçün Dövlət Komitəsinə müraciət edib:
“Məcburi köçkünün müraciəti komitədə fəaliyyət göstərən işçi qrupu tərəfindən araşdırılıb. Nəticədə Müşviq Mayılovun Bakı şəhərində fərdi mənzili olduğu aşkar edilib. Buna görə də, məcburi köçkün ailəsi yeni mənzillə təmin edilməyib”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixində təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-04-2020, 14:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-04-2020, 14:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11