AYB-də YARDIM QALMAQALI... - “Biz öz yardımımızı etmişik...”
“Təklif edirəm ki, koronavirus pandemiyasının ölkəmizdə də yayılması və ciddi karantin rejimi ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyi öz büdcəsindən vəsait ayırsın, Koronavirusla Mübarizə Fonduna müəyyən məbləğdə pul köçürsün. Çünki bu ümumxalq işi, həmrəylik məsələsidir! Yazıçılar Birliyi xalqın yanında olduğunu göstərməlidir”.
Bu sözləri AYB-nin Gənclər Şurasının üzvü Tural Turan Musavat.com-a bildirib. O, qeyd edib ki, qurum rəhbərliyi heç bir yerdə işləməyən, gəliri olmayan imkansız yazıçı və şairlərə də 200 manat müqabilində birdəfəlik yardımlar göstərə bilər: “Bu, ərzaq və pul yardımı da ola bilər. Ərzaq yardımları yaşı 65-dən yuxarı olan və hazırda evdən bayıra çıxa bilməyən AYB üzvlərinə verilsə, daha məqsədəuyğundur. Digərlərinə isə minimum 200 (daha artıq da ola bilər) manat vəsait verilsin. Onsuz da Yazıçılar Birliyinin büdcəsinin əsasını ölkə başçısının quruma ayırdığı pullar təşkil edir. Yəni bu - dövlətin puludur”.
AYB-nin digər üzvü Emil Rasimoğlu da vətəndaşlar və yazıçılara yardım göstərilməsi üçün qurumun sədri yazıçı Anara çağırış edib: “Bu gün insan deyilən varlıq koronavirus adlı bir görünməz bəlanın ağuşundadır. Danılmaz faktdır ki, adıçəkilən virus istər dünyada, istərsə də ölkəmizdə əhalinin iqtisadi vəziyyətindən də qətiyyən yan keçmir. Xəstəliyin epidemiya halına gəlməməsi üçün ölkəmizdə tətbiq olunmuş müəyyən qaydalar nə qədər müsbət hal doğursa da, digər tərəfdən, günü-gündən insanları öz qayğıları ilə daha da qabarıq şəkildə üz-üzə qoyur. Təbii ki, dövlət əhalinin sosial durumunu tənzimləmək üçün müəyyən tədbirlər planı hazırlayıb, bu günlərdə həyata keçirəcək. Amma düşünürəm ki, əhalinin yaşayış ehtiyaclarını ödəmək üçün bu da kifayət deyil. Hörmətli Anar müəllim! Hesab edirəm ki, bu məqamda nəinki dövlət, eləcə də bütün təşkilatlar, qurumlar, cəmiyyətin ziyalı kimi tanıdığı, qəbul etdiyi şəxslər xalqın yanında olmalıdır. Tək çıxışı ilə, tövsiyəsi ilə yox, əməli ilə, işi ilə.
Bu gün kifayət qədər ailələr “Evdə qal” ideyası ilə qayğının içində boğulur. Üzvü olduğum Azərbaycan Yazıçılar Birliyinin illik büdcəsi yarım milyona yaxındır. Eləcə də, 2019-cu ildə ölkə rəhbərinin sərəncamı ilə bir milyona yaxın məbləğdə vəsait də sözügedən quruma ayrıldı. Amma ümumi illik fəaliyyətə nəzər salsaq, heç yüz min manat pul xərclənilməyib. Deməli, büdcədə kifayət qədər pul var və bir təşkilat olaraq insanların bu çətin günündə nələrsə etməyə gücünüz, gücümüz çatar. Hesab edirəm ki, təşəbbüs qrupu yaradıb Yazıçılar Birliyinin büdcəsindən 500-1000 manat yardım ayıra bilərsiniz. Əgər o 500-1000 min manat vəsaitdən hər ay bir ailəyə 200 manat məbləğində iki ay (aprel, may) yardım edilsə, bu ümumilikdə mindən çox ailənin maddi ehtiyacını qismən də olsa təmin etmək deməkdir.
Bu gün ümumən xalqımız çətin durumdadır. İnsanlara dəstək olmaq lazımdır. Bu məqamda hamının vəzifəsi eyniləşir, bir olur. Eybi yox, qoy bu il Yazıçılar Birliyi tərəfindən həyata keçiriləcək layihələrin, tədbirlərin, çap olunacaq kitabların bir qismi reallaşmasın. Yetər ki, xalqın yanında olunsun. İnsanlıq, humanizm yaradıcı şəxslərin ən böyük ideyasıdır. Gəlin, toplaşaq nələrsə edək”.
Məsələ ilə bağlı AYB-nin sədri, xalq yazıçısı Anarın mövqeyini öyrənməyə çalışdıq. Qurum sədri yazıçıların çağırışına bu cür cavab verdi: “Koronavirusla bağlı AYB Koronavirusla Mübarizə Fonduna öz yardımını göstrərib və bu barədə mətbuatda da məlumat var (Qeyd edək ki, qurum fonda 1000 manat məbləğində yardım ödəyib. X.G.). Allah eləməsin ki, yazıçılardan kimsə koronavirusa yoluxsun. Söhbət koronavirusdan gedir. Adi günlərdə də kimsə müraciət edəndə biz əlimizdən gələni edirik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-04-2020, 18:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-04-2020, 18:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01