Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - FOTO/VİDEO
Hər kəsə bəllidir ki, 2012-ci ilin aprel ayında Vəliyev Adil Ənvər oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra, rayon ərazisində qarşıdurmaların, çoxsaylı haqsızlıqların, həddi-hüdudu bilnməyən qanunsuzluqların və s. əsası qoyuldu.
İcra başçısının həyata keçirdiyi yarıtmaz idarəçiliyin varlığı səbəbindən, ötən illər ərzində rayon ərazisində səlahiyyət sahibi olan bəzi şəxslər minbir hoqqalardan çıxdılar. Hətta, əksər mətbu orqanlarda Adil Vəliyevin idarəçiliyinə etiraz əlaməti olaraq silsilə tənqidi məqalələr tirajlandı, geniş ictimaiyyət baş verənlərlə bağlı lazımınca məlumatlandırıldı. Təəssüf doğuran hal odur ki, indiyə kimi rayon ərazisində vəzifə sahibi olan bəzi şəxslər ələ düşən fürsətdən lazımınca yararlanıb, öz maraqlarının həlli yöndə addımlarını atıblar.
Bu yöndə atılan addımlardan biri də, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında, ölkəmizdə bütün dövlət və qeyri-dövlət qurumlarının koronovirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinə səfərbər olunduğu vaxtda atılmaqdadır.
Məsələn, bugünlərdə Gundemxeber.az saytının redaksiyasına Rəsulov Pərviz Rəşid oğlu adlı şəxs tərəfindən müraciət daxil olub. Müraciət müəllifi qeyd edir: “Mən 2006-cı ilin əvvəlində fərdi yşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması, torpaq sahəsinin alqı-satqı yolu ilə şəxsi mülkiyyətimə keçirilməsi məqsədilə, Sabunçu rayonu, Sabunçu bələdiyyəsinə ünvanladığım müraciətimə müsbət cavab əldə etdim.
Belə ki, Sabunçu bələdiyyəsi etdiyim müraciətimi, Sabunçu rayon İcra Hakimiyyətinin 27 yanvar 2006-cı il tarixli 1/37 saylı məktubunu, “Torpaq islahatı haqqında” AR Qanununu və bələdiyyənin 26 yanvar 2006-cı il tarixli 16 saylı iclas protokolunun varlığını əsas tutaraq, mənə rayonun Anakşin küçəsində 300 (üç yüz) kvm torpaq sahəsi ayırdı və bununla bağlı 20 yanvar 2006-cı ildə Sərəncam da verdi.
Belə bir səbəb üzündən də, 27 yanvar 2006-cı il tarixdə bələdiyyənin büdcəsinə 816 AZN pul vəsaiti ödədim. Bu gün isə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov, koronovirus (COVID-19) infeksiyasının ölkəmizdə yaratdığı şəraitdən istifadə edib, öz marağını təmin etməkdədir.
Belə ki, adı çəkilən bu şəxs 2006-cı ildən mənə məxsus olan 12 sot torpaq sahəsini hal-hazırda əlimdən almağa çalışır. Yəni, 2006-cı ildə şəxsi vəsaitim hesabına torpaq sahəmin həndəvərinə çəkdirdiyim hasar, bir-iki gün bundan öncə Arif Osmanovun iştirakı ilə uçurdulub və qeyd olunan ərazidə tikinti işləri həyata keçirilməkdədir. Elə ki, atılan addımlarla bağlı xəbəri eşitdib ərazidə oldum və o halda bildim ki, birbaşa Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin iştirakı ilə ərazidəki evlərin çoxu sakinlərdən alınmış, mənə məxsus torpaq sahəsini isə, bir növ qolgücünə ələ keçirmək istəyirlər. Torpaq sahəmin həndəvərinə çəkdirdiyim hasarımın qeyri-qanuni sökülməsinə etirazımı bldirdikdə Arif Osmanov “Bura sənə məxsus deyil” deyib, mənə belə bir formada cavab verdi. Belə bir cavabı eşidib, sanki şoka düşdüm. Çünki, həmin torpaq sahəsinin mənə məxsus olması ilə bağlı lazımi sənədlərim olsa da, adı çəkilən qəsəbəyə rəhbərlik edən icra nümayəndəsi, məndə olan sənədlərin varlığına məhəl qoymur və yenə də özünəməxsus addımlarını atmaqda davam edir. Belə olan halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən cənab İlham Əliyevin, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgah üzvlərinin etdikləri çağırışın Arif Osmanova aidiyyatı yoxdurmu? Bu gün hər bir vəzifə sahibinin, o cümlədən Sabunçu qəsəbəsi üzrə nümayəndəsi vəzifəsini icra edən Arif Osmanovun da üzərinə, koronovirus (COVID-19) infeksiyasının qarşısının alınmasında müəyyən məsuliyyət yükü düşsə də, o, buna heç bir halda məhəl qoymur və qeyd olunan torpaq sahəsini satıb, hansı yolla olur-olsun qazanc əldə etməyi düşünür.
Belə bir addımların atılması onu sübut edir ki, indiki vaxtda Arif Osmanovu xalq, dövlət anlayışı heç bir halda düşündürmür. Onu düşündürən bir məsələ var, o da yalnız və yalnız var-dövlət əldə etməkdir. Məsələnin düşündürücü tərəflərindən biri də, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin tabeçiliyində olan vəzifə sahiblərinə lazımınca nəzarət edə bilməməsidir. Çünki sual oluna bilər ki, görəsən icra başçısı idarəetməni necə həyata keçirir ki, ölkəmizin belə bir vaxtında Arif Osmanov rəhbərlik etdiyi qəsəbənin ərazilərində koronovirus (COVID-19) infeksiyasının qarşısının alınması yöndə addımlarını atmaq əvəzinə, özünün şəxsi maraqlarının təmin olunması ilə məşğul olur? İlin-günün belə bir vaxtında Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin bu cür sərbəst davranışı onu söyləməyə əsas verir ki, deməli aparılan tikinti işlərində Adil Vəliyevin maraqlarının təmin olunması ön planda duran məsələlərdəndir. Əgər bu belə deyilsə, o halda RİH-nin başçısı cənab Prezidentin və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgah üzvlərinin etdikləri çağırışı əsas tutub, Arif Osmanovu aparılan mübarizə tədbirlərinə cəlb edərdi. Deməli, hər iki vəzifə sahibi arasında müəyyən razılaşma əldə olunub ki, Arif Osmanov 2006-cı ildən Pərviz Rəsulova məxsus torpaq sahəsini ələ keçirməyi qarşısına məqsəd qoyub. Digər tərəfdən, o haqda da sual oluna bilər ki, əgər icra başçısının bu kimi işlərdə marağı yoxdursa, həmin tikinti işlərinin aparılmasına icazəni kim verib?
Bəli, Sabunçu RİH başçısının həyata keçirdiyi belə bir idarəçiliyin nəticəsidir ki, Adil Vəliyevin adı rəhbər təyin olunduğu ilk vaxtlardan daim qalmaqallı məsələlərdə hallanıb, barəsində əksər media qurumlarında silsilə tənqidi məqalər dərc olunub. Hətta, media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, çox zaman icra başçısı onun yarıtmaz fəaliyyətini tənqid edən media qurumlarını təhdid etmək, məhkəməyə vermək yolunu tutur. Təəssüf doğuran hal odur ki, icra başçısı Sabunçu rayonunun aşıb-daşan problemlərin həll etmək əvəzinə, vaxtının müəyyən hissəsini bu kimi işlərə sərf edir. Xeyli bundan öncə bəzi xəbər portallarında Adil Vəliyevə məxsus maşın kolleksiyasının görüntüləri yayımlanmışdı və o da qeyd olunmuşdu ki, görəsən ayda təqribən 1000-1200 manat məbləğində maaş alan icra başçısı, qiyməti 150-200 min manatdan başlayan “Ferrari”, “Porshe” kimi bahalı avtomobilləri hansı yollarla alır?. Bu şəxsə məxsus “Porsche” avtomobil salonu, “Sarı gəlin” restoranı və digər ticarət obyektlərinin olduğu da vurğulanır. Deməli, Adil Vəliyev tabeçiliyində olan vəzifə sahiblərinə, o cümlədən Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanova lazımi şərait yaradır ki, o, dəyəri müəyyən olunmayan həcmdə var-dövlətə sahib ola bilib.
P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin, ölkəmizdə koronovirus (COVID-19) infeksiyasının qarşısının alınması yöndə cənab İlham Əliyevin, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgah üzvlərinin etdikləri çağırışa, hansı səbəbdən məhəl qoymaması ilə bağlı hazırlayacağımız təhlili yazını hər birinizin diqqətinizə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləyin. Qarşı tərəfi də dinləyə bilərik. //gundemxeber.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:4-04-2020, 13:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Hər kəsə bəllidir ki, 2012-ci ilin aprel ayında Vəliyev Adil Ənvər oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra, rayon ərazisində qarşıdurmaların, çoxsaylı haqsızlıqların, həddi-hüdudu bilnməyən qanunsuzluqların və s. əsası qoyuldu.
İcra başçısının həyata keçirdiyi yarıtmaz idarəçiliyin varlığı səbəbindən, ötən illər ərzində rayon ərazisində səlahiyyət sahibi olan bəzi şəxslər minbir hoqqalardan çıxdılar. Hətta, əksər mətbu orqanlarda Adil Vəliyevin idarəçiliyinə etiraz əlaməti olaraq silsilə tənqidi məqalələr tirajlandı, geniş ictimaiyyət baş verənlərlə bağlı lazımınca məlumatlandırıldı. Təəssüf doğuran hal odur ki, indiyə kimi rayon ərazisində vəzifə sahibi olan bəzi şəxslər ələ düşən fürsətdən lazımınca yararlanıb, öz maraqlarının həlli yöndə addımlarını atıblar.
Bu yöndə atılan addımlardan biri də, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında, ölkəmizdə bütün dövlət və qeyri-dövlət qurumlarının koronovirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinə səfərbər olunduğu vaxtda atılmaqdadır.
Belə bir səbəb üzündən də, 27 yanvar 2006-cı il tarixdə bələdiyyənin büdcəsinə 816 AZN pul vəsaiti ödədim. Bu gün isə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov, koronovirus (COVID-19) infeksiyasının ölkəmizdə yaratdığı şəraitdən istifadə edib, öz marağını təmin etməkdədir.
Belə bir addımların atılması onu sübut edir ki, indiki vaxtda Arif Osmanovu xalq, dövlət anlayışı heç bir halda düşündürmür. Onu düşündürən bir məsələ var, o da yalnız və yalnız var-dövlət əldə etməkdir. Məsələnin düşündürücü tərəflərindən biri də, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin tabeçiliyində olan vəzifə sahiblərinə lazımınca nəzarət edə bilməməsidir. Çünki sual oluna bilər ki, görəsən icra başçısı idarəetməni necə həyata keçirir ki, ölkəmizin belə bir vaxtında Arif Osmanov rəhbərlik etdiyi qəsəbənin ərazilərində koronovirus (COVID-19) infeksiyasının qarşısının alınması yöndə addımlarını atmaq əvəzinə, özünün şəxsi maraqlarının təmin olunması ilə məşğul olur? İlin-günün belə bir vaxtında Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin bu cür sərbəst davranışı onu söyləməyə əsas verir ki, deməli aparılan tikinti işlərində Adil Vəliyevin maraqlarının təmin olunması ön planda duran məsələlərdəndir. Əgər bu belə deyilsə, o halda RİH-nin başçısı cənab Prezidentin və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgah üzvlərinin etdikləri çağırışı əsas tutub, Arif Osmanovu aparılan mübarizə tədbirlərinə cəlb edərdi. Deməli, hər iki vəzifə sahibi arasında müəyyən razılaşma əldə olunub ki, Arif Osmanov 2006-cı ildən Pərviz Rəsulova məxsus torpaq sahəsini ələ keçirməyi qarşısına məqsəd qoyub. Digər tərəfdən, o haqda da sual oluna bilər ki, əgər icra başçısının bu kimi işlərdə marağı yoxdursa, həmin tikinti işlərinin aparılmasına icazəni kim verib?
Bəli, Sabunçu RİH başçısının həyata keçirdiyi belə bir idarəçiliyin nəticəsidir ki, Adil Vəliyevin adı rəhbər təyin olunduğu ilk vaxtlardan daim qalmaqallı məsələlərdə hallanıb, barəsində əksər media qurumlarında silsilə tənqidi məqalər dərc olunub. Hətta, media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, çox zaman icra başçısı onun yarıtmaz fəaliyyətini tənqid edən media qurumlarını təhdid etmək, məhkəməyə vermək yolunu tutur. Təəssüf doğuran hal odur ki, icra başçısı Sabunçu rayonunun aşıb-daşan problemlərin həll etmək əvəzinə, vaxtının müəyyən hissəsini bu kimi işlərə sərf edir. Xeyli bundan öncə bəzi xəbər portallarında Adil Vəliyevə məxsus maşın kolleksiyasının görüntüləri yayımlanmışdı və o da qeyd olunmuşdu ki, görəsən ayda təqribən 1000-1200 manat məbləğində maaş alan icra başçısı, qiyməti 150-200 min manatdan başlayan “Ferrari”, “Porshe” kimi bahalı avtomobilləri hansı yollarla alır?. Bu şəxsə məxsus “Porsche” avtomobil salonu, “Sarı gəlin” restoranı və digər ticarət obyektlərinin olduğu da vurğulanır. Deməli, Adil Vəliyev tabeçiliyində olan vəzifə sahiblərinə, o cümlədən Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanova lazımi şərait yaradır ki, o, dəyəri müəyyən olunmayan həcmdə var-dövlətə sahib ola bilib.
Paylaş:
Müəllif :
Yazar
Tarix:4-04-2020, 13:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01