“Vüqar Səfərli bizdən acıq çıxır” — Baş redaktor
Xəbər verildiyi kimi, KİVDF bir neçə qəzetlə o cümlədən “Futbol+” qəzet ilə əməkdaşlığını dayandırıb. Buna görə də, qəzetin kollektivi dünən qurumun və Prezident Administrasiyasının binası qarşısında aksiya keçirib.
“Yeni Sabah” məsələylə bağlı qəzetin təsisçisi və baş redaktoru Mahir Rüstəmlidən açıqlama alıb.
O, açıqlamasında Vüqar Səfərlinin yalan danışdığını və “Futbol+qol” nəşrinin siyahıdan kənarlaşdırılmasının acığını “Futbol+” qəzetindən çıxdığını söyləyib:
“Vüqar Səfərlinn həmin açıqlaması heç bir gerçəkliyə uyğun gəlmir. Çünki maliyyə dəstəyi verəcəkləri 25 qəzet siyahısında 3 qəzet var ki, onların ictimai-siyasi qəzetlə heç bir əlaqəsi yoxdur. Nə "Oxu məni", nə "Hərbi and", nə də ki, "Biznes taym" ictimai-siyasi nəşr deyil. Bu da onu göstərir ki, Vüqar Səfərli yalan danışır. Bu ayrı-seçkilikdir, xüsusi bir səbəb yoxdur. Sadəcə Vüqar Səfərliyə yaxın olan "Futbol+qol" qəzetinin siyahıdan çıxarıblar deyə, acığını bizi siyahıda çıxartmaq da görür. Vəssalam”.
Redaktor bildirib ki, Vüqar Səfərlinin bu addımı prezidentin apardığı media sisteminə ziddir və bununla bağlı olaraq sabah Prezident Administrasiyasında görüşləri olacaq.
O, eyni zamanda məsələyə hüquqi qiymət verilməyəcəyi halda kollektiv olaraq, ölüm aclığına başlayacaqlarını deyib:
“Bizim sabah saat 2-də Prezident Administrasiyasında görüşümüz var. İnanırıq ki, fikrimizi dinləyəcək, bizi eşidəcəklər. Ondan sonra növbəti fəaliyyət planımızı müəyyənləşdirəcəyik. Bütün hallarda haqqımızın bərpa olunmasını tələb edirik. Əgər ölkə prezidenti İlham Əliyev cənabları mediani tam, bütöv görürsə, Vüqar Səfərli də həmin siyasətə sadiq qalmalıdır. Yoxsa ki, bu idman nəşridir deyib ayrı-seçkilik yaratmaq lazım deyil. Çünki bu İlham Əliyevin media ilə bağlı siyasətinə ziddir. Bunlar da heç bir nəticə verməzsə, Azərbaycandakı başqa ölkələrin xüsusilə də, ABŞ-ın ölkəmizdəki səfirliyinin qarşısında, bütün demokratiya, insan hüquqlarının qorunması ilə məşğul olan yerli və beynəlxalq şirkətlərin ofisləri qarşısında etiraz aksiyası keçirəcəyik. Heç bir xeyri olmazsa, biz artıq kollektiv olaraq, ölüm aclığına başlayacağıq”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-04-2019, 16:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-04-2019, 16:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11