“Xahiş etdim ki, atamın videosunu gətirsinlər” - Dilqəm Əsgərovun oğlu
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrindən xahiş etdim ki, atamın bir dəqiqəlik də olsa videosunu gətirsinlər”
regionxeberlericom.az bildirir ki, bunu Azvision.az -a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Onun sözlərinə görə, bu yaxınlarda BQXK əməkdaşları azərbaycanlı girovlara baş çəkiblər. Lakin Dilqəm Əsgərovla bağlı ailəsinə şifahi məlumat verilib,
“Həmişə olduğu kimi şifahi məlumatla kifayətləndilər. Mən də onlardan xahiş etdim ki, heç olmasa bir kağız parçası məktub və ya bir dəqiqəlik video gətirsinlər. Nümayəndələr dedilər ki, növbəti səfərdə bu xahişimi nəzərə alacaqlar”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-04-2019, 11:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-04-2019, 11:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11