Qadınları sevindirib, kişilərin cibini “boşaldan” 8 Mart... - Qadınlar günü ləğv edilməlidir?
Martın 8-də Beynəlxalq Qadınlar Günüdür. Dünyanın müxtəlif ölkələrində bu bayram fərqli şəkildə qeyd edilir. Başqa ölkələrdə müxtəlif tədbirlər, aksiyalar keçirilməklə qeyd olunsa da, 8 Mart Azərbaycanda kişilərin qadınlara hədiyyə alması ilə yadda qalır.
Son illər isə 8 Mart Qadınlar gününün ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilir. Kimiləri 8 Martın xristian bayramı olmasını, kimiləri isə hədiyyə ala bilməyən qadınların yaşadığı psixoloji sarsıntı və keçirdiyi stressi əsas gətirərək Qadınlar gününün ləğvini tələb edir. Hətta bildirilir ki, 8 Martın qeyd edilməsi dini baxımdan doğru deyil.
Bəs, 8 Mart Qadınlar günü Azərbaycanda ləğv edilməlidirmi?
Musavat.com mövzu ilə bağlı sorğu keçirib. Psixoloq Fərqanə Mehmanqızı bildirib ki, 8 Martın qadınlara mənfi hisslər yaşatdığı barədə iddialar əsassızdır: “Məncə, Azərbaycan qadını o qədər güclüdür ki, təbrik edilməməsini normal qarşılayır və psixoloji sarsıntı keçirmir. Çünki Azərbaycan qadınları üçün 8 Mart böyük əhəmiyyət kəsb etmir. Hər qadın diqqət, qayğı görmək istəyir. Amma qadınların psixoloji sarsıntı keçirdiyini iddia edib, bayramın ləğv edilməsini istəmək absurddur. Özünə güvənən qadın bu cür xırda məsələlərdən məyus olmur, çünki onlar dəyərli olduqlarını anlayırlar. Əgər, həqiqətən hədiyyə almadığı üçün depressiyaya düşən qadınlar varsa, demək istəyirəm ki, bizim tək özəl günümüz 8 Mart deyil. Hədiyyə alınmaması da faciə deyil. İnsanların bir-birinə göstərdiyi səmimi münasibət əsasdır”.
Sosioloq Əhməd Qəşəmoğlu vurğulayıb ki, bayramlar insanlara sevinc gətirir, onları ləğv etmək düzgün deyil: “Bəziləri deyir ki, Klara Setkin kimdir ki, onun bayramını qeyd edək. Belə tələsik qərar qəbul etmək düzgün deyil. Hər bir bayramın öz mahiyyəti var. Camaat Azərbaycanda 8 Martın əsas özəlliyini, mahiyyətini bilmir, 90 faiz Klaranı tanımır. Onlar sadəcə olaraq 8 Mart günü əzizlərini təbrik edir, onları sevindirir. Cəmiyyətin öz sosial psixologiyası var. İnsanlar gözünü açıb, 14 Fevralı Sevgililər günü, 8 Martı Qadınlar günü kimi qeyd edibsə, bunu ləğv etmək düzgün deyil. Bayramlarla bağlı insanlar arasında maarifləndirmə aparmaq olar. Maddi çətinlik varsa, maddi tərəfləri mənəvi tərəflərlə əvəzləmək olar. Amma insanların adət etdiyi bayramları ləğv etmək doğru deyil. Çünki bayram sevinc gətirir, insanlar arasında stimul yaradır, sevgini çoxaldır. Gözəl hissləri, günləri ləğv etmək doğru deyil”.
Dini ekspert Kənan Rövşənoğlu isə bu bayramın dini baxımdan keçirilməsinin günah olmadığını bildirdi: “Dindarlar bu bayramı qeyd eləmirlər. Ancaq günah da sayılmır”.
8 Mart Qadınlar günü necə yarandı?
Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.
Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.
1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:27-02-2020, 17:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-02-2020, 17:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11