Ukraynadakı səfirimizlə bağlı iddialar... - İLGİNC
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin diplomatik fəaliyyətinin bu ölkədəki bəzi mülkiyyətlərin öz adına keçirməsindən ibarət olduğu barədə məlumat vermişdik. Onu da bildirmişdik ki, səfirin bu əməlləri hətta Ukrayna mediasında geniş şəkildə işıqlandırılıb.
Maraqlıdır ki, səfir təyin olunandan cəmi 2 il sonra ortaya çıxan bir çox skandallara Azər Xudiyevin özü rəvac verib. Belə ki, o, ilk əvvəl Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyevin 2008-ci korrupsiya yolu ilə mənimsədiyi 2.4 milyon dolları ələ keçirmək savaşına girişib. Məlumata görə, səfir Azər Xudiyev sələfi Tələt Əliyevlə bağlı Ukraynanın Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib. Şikayət ərizəsində T.Əliyevin 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın isə təmir olunmadığını bildirib. Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb və sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb.
Beləcə, Ukraynada başlayan diplomatik skandalların sədası Azərbaycana da gəlib çıxıb. Bir çox deputatlar “ev bizim, sirr bizim” məntiqilə Azər Xudiyevin niyə bu şikayəti öz hüquq mühafizə orqanlarına deyil, Ukraynadakı müvafiq qurumlara etdiyinə dair məsələ qaldırıblar. Hətta deputat Eldar İbrahimov Ukrayndakı səfirimizin azərbaycanlı bir iş adamının mülkiyyətini ələ keçirmək üçün ermənilərlə əməkdaşlıq etməkdə günahlandırıb.
“İndi ay Azər Xudiyev, sən uzun illər orada çalışmış azərbaycanlı diplomatı aparıb erməni əsilli daxili işlər nazirinin əlinə verirsən ki, bunu məhv elə. Düzünü deyim ki, mən Azər Xudiyevin bu hərəkətlərini bir azərbaycanlı kimi qəbul edə bilmirəm. Mətbuatdan da tanış oldum ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər Nazirliyi tərəfindən araşdırırılır. Əgər belə bir hallar olubsa, Azər Xudiyev Azərbaycanın müvafiq orqanlarına məlumat verməliydi. Sənin əgər damarlarında azərbaycanlı qanı axırsa, belə etməliydin. Hesab edirəm ki, hər bir səfir təmsil etdiyi bölgədə Azərbaycanın güzgüsüdür. O, təmsil etdiyi ölkədə azərbaycanlılarla görüşməli, problemləri ilə yaxından maraqlanmalıdır. Ta aparıb bir azərbaycanlını erməni əsilli daxili işlər nazirinin əlinə verməməlidir”, - Eldar İbrahimov mətbuata açıqlamasında belə deyib.
Nəzərə alsaq ki, deputat Eldar İbrahimovun təbirilə desək, erməni Daxili İşlər nazirinə yem edilən Tələt Əliyev həm də keçmiş səfir kimi sirr daşıyıcısıdır və onun bu zəif vəziyyətindən istifadə edilərək bir çox sirlərə vaqif olmaq mümkündür, Azər Xudiyevin bu hərəkəti ağla başqa şübhələri də gətirir. Bunları araşdırmağı xüsusi xidmət orqanlarının ixtiyarına buraxaraq, biz məsələnin başqa məqamlarına diqqət yetirmək istəyirik.
Səfirin azərbaycanlı iş adamlarının qanına susamış Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakovla şübhəli əlaqələri bu ölkədə yaşayan imkanlı soydaşlarımızın gözünü elə qorxudub ki, onlar Ukraynada min cür təhlükələrə məruz qalsalar da səfirliyimizə müraciət etməyi belə ağıllarına gətirmirlər. Ovqat.com-a açıqlama verən bir vətəndaşımızın (təhlükəsizlik baxımından adının açıqlanmasını istəmir) sözlərinə görə, azərbaycanlı iş adamları Azər Xudiyevin bu hərəkətindən sonra Ukraynadakı Azərbaycan səfirliyinə pənah aparmağı düşmən toruna düşmək kimi qiymətləndirir və problemlərini başqa yollarla həll etməyə çalışırlar.
Maraqlıdır ki, deputat Eldar İbrahimovun iki il əvvəl dilə gətirdiyi bu haqlı irad belə Azər Xudiyev üçün dərs olmayıb. O, məlum skandaldan bir il sonra əlaqələrindən istifadə edərək bir Ukrayna vətəndaşının da mülkiyyətini ələ keçirmək istəyib və bu “əməliyyatda” səfirliyin imkanlarından faydalanıb. Səfirin Ukrayna vətəndaşı Olqa Yeryomenkonun mülkiyyətini ələ keçirmək cəhdi həmin ölkənin mətbu orqanlarında geniş şəkildə işıqlandırılıb. Amma cəmi 4 illik diplomatik fəaliyyətində ən azı iki dəfə böyük maliyyə qalmaqallarında adı hallanan Azər Xudiyevə indiyədək gözün üstündə qaşın deyən olmayıb. Sual oluna bilər: Azər Xudiyev diplomatik toxunulmazlıq həddini aşan bu gücünü hardan alır?
Zənnimizcə, bu suala ən dolğun cavabı elə səfirin özü verib. O, mülkiyyət qalmaqallarının yaşandığı 2018-ci ilin sentyabr ayında Ölkə.Az"a eksklüziv açıqlamasında bildirib: "Əlbəttə ki, mən dərhal bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə məlumat vermişəm. Ötən gün də Nazirlikdən olan şəxslərlə danışmışam. Onlar da məsləhət gördü ki, bu barədə faktları dilə gətirim”.
Səfir XİN-də kiminlə məsləhətləşdiyini açıq şəkildə deməsə də, ağla iki nəfər gəlir. Bunlardan biri, sözsüz ki, Xarici İşlər naziri Elmar Məmmədyarov, digəri isə nazirliyin Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri Elxan Çərkəz oğlu Azayevdir. Ovqat.com-un əldə etdiyi məlumata görə, Ukrayna Avropa Birliyinə daxil olmasa da, XİN-də bu ölkəylə iş Elxan Azayevə tapşırılıb. Zira Ukrayna məsələsi Avropa Birliyinin ən çox üzərində baş sındırdığı problemlərdəndir və bu ölkəylə diplomatik əlaqələri “qoca qitə”ni istisna edərək yürütmək olmaz. Nazirlik də məhz bu amilləri nəzərə alıb Ukraynadakı səfirimizi də Elxan Azayevin kurasiyasına verib.
Məhz bu məqam da Azər Xudiyevin qeyri-adi “diplomatik” toxunulmazlığına aydınlıq gətirir. Belə ki, həm Elmar Məmmədyarovun, həm də Elxan Azayevin tikinti biznesiylə məşğul olduğu artıq ifşa olunub. Üstəlik, o da aydın olub ki, XİN-in ali rəhbərliyi öz sərmayələrini Azərbaycanda yox, Avropa ölkələrində yatırmağa üstünlük verirlər. Hər halda bunu tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli iddia edir. Jurnalist Ən “təmiz” nazirin “natəmiz” əməlləri: Elmar Məmmədyarov nazirdir, yoxsa tikinti maqnatı?sərlövhəli məqaləsində yazır: “...Məmmədyarov belə məsələlərdə diplomat hiyləgərliyi ilə kifayət qədər ehtiyatlıdır. O, ümumiyyətlə, parlaq görünməyi sevmir, 2 milyonluq əmlakı göz qabağında deyil, uzaq Amerikanın göydələnlərində almağa üstünlük verir. Elə biznesi də mümkün qədər özündən və ailə üzvlərindən uzaq tutmağa çalışır, bunu başqalarının üzərindən reallaşdırmağı məqsədəuyğun hesab edir.
Halbuki XİN rəhbəri Azərbaycanda ən iri tikinti maqnatlarından biridir və bu biznesi nazirlikdə yüksək diplomatik rütbə daşıyan Elxan Çərkəz oğlu Azayevin vasitəsilə idarə edir.
Kimdir Elxan Azayev?
Məmmədyarov 2004-cü ildə nazir vəzifəsinə təyin olunandan sonra onu Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqı komitəsinə rəhbər gətirib. Nazirin təqdimatı ilə 2012-ci ilin iyulunda dövlət başçısının fərmanı ilə Elxan Azayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. Hazırda isə Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəridir.
Məmmədyarov 2008-ci ilin sentyabrında Elxan Azayevlə tikinti biznesinə qərar verir və “DİPLOMAT 2008” (Şirkətin adı da maraqlıdır-Ovqat.com) Mənzil Tikinti Kooperativini qeydiyyatdan keçirir. Şirkət 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb.
Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 33 A, 53-dür. Ofisi XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüzdə yerləşir.
Dövlət reyestri məlumatlarına görə, qanuni təmsilçisi Elxan Çərkəz oğlu Azayevdir.
Şirkəti idarə edən Azayevin diplomat kimi fəaliyyətilə bağlı mənbələrdə heç bir məlumata rast gəlmək olmur. Onun adı bir neçə dəfə şirkətin satdığı mənzillərlə bağlı məhkəmə çəkişmələrində çəkilir”.
Zənnimizcə, adı dəfələrlə mülkiyyət fırıldaqçılığında keçən, hətta azərbaycanlı iş adamlarını aparıb “Ukraynanın erməni əsilli Daxili İşlər nazirinin əlinə verən” (iddia deputat Eldar İbrahimova aiddir) Azər Xudiyevin diplomatik toxunulmazlığının sirri də Cavanşir Həsənlinin üstünü açdığı həqiqətlərin altında yatır. Belə görünür ki, o, əslində həmin əməlləri öz şəxsi mənfəəti üçün deyil, Xarici İşlər naziri Elmar Məmmədyarovun biznes maraqları üçün edirmiş. Prinsipcə, Azər Xudiyevin indiyədək öz vəzifəsini qoruya bilməsini başqa məntiqlə izah etmək mümkün deyil. Məsələyə bu məntiqlə yanaşanda onun özünü sığortalamaq üçün dediyi “Mən dərhal bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə məlumat vermişəm” sözləri də Elmar Məmmədyarova göndərilmiş ismarış təsiri bağışlayır. Yəni demək istəyir ki, “Elmar müəllim, mən sizin “XİN MMC”-nin Ukraynadakı nümayəndəsiyəm. Nə etmişəmsə, bu “MMC”-nin biznes maraqları üçün etmişəm. Siz də zəhmət çəkin, öz işçinizi qoruyun”. Azər Xudiyevin indiyədək səfirlik fəaliyyətini sürdürə bilməsindən belə görünür ki, onun mesajı öz ünvanına çatıb.
Azər Xudiyevin səfir təyin edilməsinin zamanı da maraqlı bir dövrə təsadüf edir. Məlum olduğu kimi, Ukraynada 2014-cü ildən bəri yaşanan böhran həmin ölkədə daşınmaz əmlakların qiymətini xeyli ucuzlaşdırıb və böyük tikinti maqnatlarının diqqətini özünə cəlb edib. Azər Xudiyevin də məhz həmin böhranlı dövrlərdə - 2016-cı ildə Ukrayna səfirliyinin başına gətirilib və ilk işi mülkiyyət biznesindəki skandalları ilə yadda qalmaq olub.
Ovqat.com
P.S. Başda Elmar Məmmədyarov olmaqla yazıda adı keçən hər kəsin mövqeyini işıqlandırmağa hazırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-02-2020, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-02-2020, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01