800-dən artıq uşaq "Qaynar xətt"ə MÜRACİƏT etdi
2010-cu ildən 2019-cu ilin aprel ayına qədər “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 37 092 müraciət daxil olub.
regionxeberlericom.az bildirir ki, bu barədə ONA-nın sorğusuna cavab olaraq “Azercell Telekom” MMC-dən məlumat verib.
Bildirilib ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə bu ilin ilk 3 ayında 803 müraciət daxil olub
“Zənglər arasında şagirdlərin imtahan qabağı stressi, həmyaşıdlarla ünsiyyət problemi, məktəbə adaptasiya, boşanmadan sonra uşaqların valideynlərlə görüşdürülməsi, qəyyumluğa götürülməsi, şəxsiyyəti təsdiq edən sənədlərin yoxluğu ilə bağlı zənglər üstünlük təşkil edir. Təhsil sahəsinə aid edilən müraciətlərin çoxu uşaqların təhsil hüququnun bərpası və məktəbin dəyişdirilməsi ilə bağlıdır.
Sosial və səhiyyə sahəsinə aid edilən zənglər digərləri ilə nisbətdə azlıq təşkil etməsinə baxmayaraq, "Uşaq Qaynar Xətt"inin əməkdaşları tərəfindən hər bir zəngin araşdırılmasına və lazımi dəstəyin göstərilməsinə səy göstərilir”.
Xatırladaq ki, "Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir.
Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatında müraciət etmək imkanı yaradılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-04-2019, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-04-2019, 13:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11