ATU-nun Tədris Cərrahiyyə Klinikasında qəssabxana qaydaları - NARAZILIQ...
Xərçəng hüceyrələri zamanla qan və / və ya limfa damarlarına girib bədənin başqa nahiyələrinə gedə bilərlər. Getdikləri yerdə böyüməyə davam edərlər. Xərçəngin bu şəkildə yayılmasına metastaz adı verilir. Xərçəng hüceyrələri meydana gəldikləri şişdən ayrıldığı təqdirdə, qan və ya limfa dövranı vasitəsi ilə bədənin digər nahiyələrinə gedə bilirlər. Getdikləri nahiylərdə şiş koloniyaları meydana gətirir və böyüməyə davam edirlər. Şiş sağlam toxumaları məhv edərək bədənin digər hissələrinə yayılıb inkişaf etdikdə, bu metastaz (şaxələnmiş) xərçəng adlanır. Bu prosesin özü isə metastaz adlanır və müalicəsi çox çətin olan kəskin vəziyyət ilə nəticələnir. Belə vəziyətlərdə cərrahi müdaxiləyə ehtiyac yaranırsa, bu iş cərrah-onkoloq tərəfindən görülməlidir. Ümumi cərrahın işə qarışması letal sonluqla nəticələnə bilər.
“Dəryaz” qəzetinin redaksiyasına Fərəcullayev Sabir Bayram oğlunun video-müraciəti daxil olmuşdur. Müraciət müəllifi bildirir ki, atası Fərəcullayev Bayram Təmraz oğlu 2019-cu ilin iyun-iyul aylarında qarın nahiyəsində yırtıq (qrıja) əməliyyatı üçün Tibb Universitetinin Tədris Cərrahiyyə Mərkəzinə aparılmışdır: “Lakin analizlərin göstəricisinə görə onun mədəsində onkoloji xəstəlik aşkara çıxmışdır. Həmkəndlimiz kimi tanıdığımız professor — doktor Rüstəm Məmmədov bizi qorxutdu ki bunun vaxtı azdı, xərçəng artıq metastaz verib, qanaxması var. Gah dedi bilməmişəm, gah dedi tomoqrafiya səhvidir. Halbuki, qanaxmanı da dayandırmışdıq, bir həftəydi atamın səhhətində hətta gümrahlaşma da müşahidə olunurdu. Biz dedik ki, bir halda ki, metastaz var, xəstə Milli Onkologiya Mərkəzinə götürülsün. Həkim yenə bizi qorxutdu ki, atam elə yoldaca keçinə bilər, 90 faiz ölüm riski var, o halda cavabdeh özümüz olacağıq. Biz də naəlac qalıb razılaşdıq. Rüstəm Məmmədov əməliyyatı bonuna götürdü, söz verdi ki, atam əməliyyatdan sonra azı 3-5 il aşayacaq. İlkin razılaşdığımız qiymətə uyğun 1500 manat pulu köçürdük. Amma sonra həkim başqa gözləmədiyimiz xərcləri də ortaya çıxardı. Hətta əməliyyatdan sonra atamı evə də buraxmayıb girov saxladı ki, həmin xərcləri də tam ödəyək. Biz də bir dəfə 2000, bir dəfə 1000, yaxud 500, ya da 600 manat olmaqla hissə-hissə onun istədiyi pulları (üst-üstə 9000 manat) ödədik. Borca-xərcə düşərək ödədiyimiz pulların nağd şəkildə kassaya keçirdiyimiz də olurdu, şəxsən özünə verdiyimiz də. Həkimin özünün dediyinə görə, o, atamın təkcə mədəsini əməliyyat etməyib, həm də qara ciyərindən iki yerdən şiş kəsib götürüb. Əməliyyatdan sonra atam heç 5-6 ay yaşamadı”.
Əlində dediklərinə sübut kimi xidmət edəcək faktlar, həkimlə telefon danışıqlarının səs yazıları olduğunu bildirən Fərəcullayev təxmin edir ki, Rüstəm Məmmədovun səriştəsizliyi olmasaydı, atasının öz əcəli ilə ölümü bəlkə də yarım il deyil, daha gec baş verə bilərdi. Odur ki, “Deryaz.az” saytının tribunasından üzünü ölkə Prezidentinə, Birinci vitse-prezidentə, səhiyyə nazirinə tutaraq, ona boşuna xərclətdirilən pulun geri qaytarılmasında köməklik göstərilməsini xahiş edir.
Əslində 30 ildən çox peşə təcrübəsi olan doktor Rüstəm Məmmədovu səriştəsizliyinə, yaxud, ATU-nun TCM-nin müasir texnika və avadanlıqlarının səlis işləmədiyinə inanmaq çətindir. Yerdə bircə versiya qaalır: Həkim tamahkarlığı, necə deyərlər, “qaş düzəltmək əvəzinə vurub göz çıxarmağı”!! Bununsa bədəli var. Zərərçəkən qarşısında azı 9000 manat, qanun qarşısında məsuliyyət, Allah qarşısında isə…
Mövzuya qayıdacağıq
Deryaz.az
Paylaş:
Müəllif : Yazar
Tarix:5-02-2020, 10:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-02-2020, 10:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01