“Əhməd Şahidov seçki qanunvericiliyini pozur” - Dilşad Poladova və Mahir Əfəndi MSK-a müraciət ediblər
112 saylı Qax seçki dairəsindən deputatlığa namizədlər Dilşad Poladova və Mahir Əfəndi Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək, digər deputatlığa namizəd Əhməd Şahidovun guya seçki qanunvericiliyini pozduğunu bildiriblər. Bu müraciəti nəzərə alan MSK deputatlığa namizəd Əhməd Şahidova xəbərdarlıq edib.
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 112 saylı Qax seçki dairəsi üzrə qeydə alınmış namizədlər Poladova Dilşad Zəkəriyyə qızı və Əfəndi Mahir Qalib oğlu, seçicilər Dərvişli Zaur Zaxar oğlu, Raziyev Hüseyn Babaəfəndi oğlu, Abidov Elbrus Akif oğlu və Verdiyev Nicat Rasim oğlu 2020-ci il yanvarın 30-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Şahidov Əhməd Şair oğlu tərəfindən seçkiqabağı təşviqatın aparılması zamanı qanun pozuntularının baş verdiyini bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulması ilə daxil olmuş müraciətlər eyni məzmunlu olduğundan bir icraatda birləşdirilmişdir.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Ərizəçilər müraciətlərində bildirmişlər ki, 2020-ci il yanvarın 18-də 112 saylı Qax seçki dairəsi üzrə qeydə alınmış namizəd Ə.Ş.Şahidov tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası zamanı qanun pozuntularına yol verilmişdir. Belə ki, Qax şəhərində yerləşən Şəhidlər Xiyabanında Ə.Ş.Şahidov bir qrup hərbçilər qarşısında qanunsuz olaraq seçkiqabağı təşviqat aparmış və yanvarın 19-dan bunu sosial şəbəkədə ictimailəşdirmişdir. Ərizəçilərdən qeydə alınmış namizəd M.Q.Əfəndi şikayətinə bir ədəd elektron məlumat daşıyıcı əlavə etmişdir.
Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, onlara araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Qeydə alınmış namizədlər D.Z.Poladova və M.Q.Əfəndi seçkiqabağı təşviqatlarının aparılması ilə əlaqədar, ərizəçi olan digər seçicilər isə araşdırmanın obyektiv aparılmasına inandıqlarını əsas gətirərək Komissiyanın iclasında iştirak edə bilməyəcəklərini qeyd etmişlər.
Araşdırma ilə əlaqədar müvafiq sənədlər və izahatlar dairə seçki komissiyasından tələb edilərək nəzərdən keçirilmiş, təqdim edilmiş elektron məlumat daşıyıcısında olan video görüntüyə Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun təmsilçiləri cəlb edilməklə birgə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Ə.Ş.Şahidov hərbçilərin iştirakı ilə həqiqətən qanunsuz olaraq seçkiqabağı təşviqat aparmışdır. Bu hal Şəhidlər Xiyabanının bağbanı Ü.M.Orucovun və Qax Kommunal Müəssisələri Kombinatının işıqlandırma sahəsinin rəisi N.A.Abdullayevin yazılı izahatları ilə təsdiq olunur.
Seçki Məcəlləsinin 74.4.2-ci maddəsinin tələbinə görə seçkiqabağı təşviqatın aparılması hərbi qulluqçulara da qadağan edilir. Həmin Məcəllənin 86.6-cı maddəsinə əsasən qeydə alınmış namizədlər, siyası partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri hərbi hissələrin yerləşdiyi ərazilərin hüdudlarında hərbi qulluqda sayılan seçicilərlə görüşlərini hərbi hissə komandirinin dairə seçki komissiyası ilə birlikdə belə görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalmış müvafiq seçki dairəsi üzrə bütün namizədlərin, namizədləri qeydə alınmış bütün siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviaqat qruplarının mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi şərti ilə təşkil edə bilərlər.
Seçki Məcəlləsinin 113.1-ci maddəsinin tələbinə görə namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir.
Beləliklə seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulmasına yol verilməsi halı təsdiqini tapmış və qeydə alınmış namizəd Ə.Ş.Şahidov barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsi üçün hüquqi əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 74.4.2-ci, 86.6-cı və 112-ci, 112-1-ci, 113.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 112 saylı Qax seçki dairəsi üzrə qeydə alınmış namizədlər Poladova Dilşad Zəkəriyyə qızı və Əfəndi Mahir Qalib oğlu, seçicilər Dərvişli Zaur Zaxar oğlu və digərlərinin 41, 43, 44, 45, 47 və 48 saylı müraciətləri təmin edilsin, qeydə alınmış namizəd Şahidov Əhməd Şair oğluna xəbərdarlıq edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Paylaş:
Müəllif : Yazar
Tarix:5-02-2020, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-02-2020, 09:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti