Seçki məntəqələrində lövhə “davası”: Namizəd çox, yer az - MSK çıxış yolunu belə göstərir
Yanvarın 17-dən etibarən deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start veriləcək.
Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-a qədər davam edəcək. Təşviqat kampaniyası başlamamış bəzi seçki dairələri ilə ilə bağlı narazılıq yaranıb.
21 saylı Nəsimi Birinci Seçki Dairəsi namizədlərə təbliğat plakatlarının ölçüsü barədə təkliflər çədvəli təqdim edib. Təkliflər cədvəlində hər namizəd üçün təbliğat plakatının ölçüsü təyin edilib. Bu isə həmin dairədən qeydə alınan namizədlərin narazılığına səbəb olub. 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən namizədliyi qeydə alınan AĞ Partiya başqanı Tural Abbaslı bu barədə sosial şəbəkədə bildirib.
Qeyd edib ki, dairə seçki komissiyası öz səlahiyyətlərini aşaraq namizədlərə təbliğat plakatlarının ölçüsü barədə göstəriş verir:
“Bu da DSK-ların yeni oyunudur. Bu sənəd AĞ Partiyanın namizədlərindən birinə DSK tərəfindən verilib. Adını da guya "təkliflər" qoyublar. Sənəddə Dairə Seçki Komissiyası öz səlahiyyətlərini aşaraq namizədlərə təbliğat plakatlarının ölçüsü barədə göstəriş verir. Nəticədə belə alınır ki, namizədlər A4 vərəqi ölçüsündə plakat çap etdirməlidir. Əgər namizədlər çoxdursa və sizin təşviqat lövhənizdə yer yoxdursa, gedin bir lövhə də əlavə edin. Ümid edirəm ki, seçkiyə ayrılmış 54 milyon manat buna imkan verir. Onsuz da təşviqat lövhələrini ancaq məntəqələrin girişində gizlətmisiniz. Hansı ki, bu lövhələr şəhərin bütün kütləvi yerlərində quraşdırılmalıdır. Bunların deməyindən belə çıxır ki, əgər paltar sənə kiçikdirsə, get arıqla, paltara əl dəymək olmaz. Bununla bağlı AĞ Partiya olaraq MSK-ya rəsmi məktubla müraciət edəcəyik”.
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov Cebhe.info-ya açıqlamasında deyib Seçki Məcəlləsində bununla bağlı hər hansı standart müəyyən edilməyib:
“Qeydə alınan namizədlərin təbliğat plakatları Məntəqə Seçki Komissiyalarının ərazisindəki lövhələrdə yapışdırılmalıdır. O lövhədə plakatlar elə yapışdırılmalıdır ki, bütün namizədlər öz şəkillərini yerləşdirə bilsinlər. Əgər biri daha iri plakat düzəltdirib o lövhəyə yapışdıracaqsa, digərlərinə yer qalmayacaq. O baxımdan tövsiyə edirlər ki, namizədlər bir-birinə maneə yaratmamaq üçün eyni ölçüdə və həmin lövhənin tuta biləcəyi formatda plakat hazırlasınlar, hər kəs öz hüququndan istifadə edə bilsin. Həmçinin ziddiyyət də yaranmasın. Bunu gərək bizim namizədlər nəzərə alsınlar”.
MSK rəsmisi əlavə edib ki, bəzi seçki dairəsindən 3-5 nəfər namizəd olur ki, onlara hansısa qadağanı qoymağa da ehtiyac yaranmır:
“Amma namizədlərin sayı çoxdursa, özləri gərək bunu nəzərə alsın. Əgər istəyirlərsə ki, həmin lövhədə onların şəkilləri olsun və digər namizədlərə mane olmasınlar, belə müvafiq tədbirləri görsünlər. Əlbəttə ki, Məntəqə Seçki Komissiyalarındakı lövhələrin sayını da artırmaq olar. Əgər namizədlər onu arzu etsələr, dairəyə müraciət edib onun sayının artırılmasını istəyə bilərlər. Amma bu, nə dərəcədə məqsədəmüvafiqdir ki, namizədlər o lövhədən bir neçəsini qoymağa ehtiyac yaradacaq plakatlar yapışdırsınlar?”.
Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-na təyin edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2020, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2020, 15:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11