"Əgər şübhəsi varsa, niyə mərd-mərdanə Korrupsiya İdarəsinə müraciət etmir" - QALMAQAL
General Əliağa Hüseynovun adı hallanan mənzil qalmaqalı davam edir. Ötən sayımızda “Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır - kürəkəni danışdı” sərlövhəli yazıda Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədəki binada Əliağa Hüseynovun həyat yoldaşının 4, qızının 8 mənzilə dair müqavilələrinin mübahisəli olması haqda yazmışdıq. Generalın kürəkəni Elçin Əliyev müqavilələrin saxta olmadığına israr etmiş, 12 illik sükutunu binanı inşa edən, hazırda həbsdə olan İsa Məmmədov və digər şəxslərlə yaxın münasibətdə olması ilə izah etmişdi.
Modern.az məsələ ilə bağlı sabiq deputat Əliağa Hüseynovla əlaqə saxlayıb. O bildirib ki, mənzil məsələsində ailəsi mənzil satan şəxs tərəfindən aldadılıb: “12 il bundan qabaq oğlum, qızım, kürəkənim bir yerdə ev almışıq. Sənədlərim də əlimdədir. O gündən indiyə kimi evimizi bizə vermirlər. Çünki bizim evi 4-5 adama satıblar. Məsələn, biz evin kvadratını 1000 manata almışıq, onlar 500 manata. İndi də evi 500 manata alanlara verirlər. Bütün binanı satıblar. İndi biz səsimizi çıxarmayaq, haqqımızı istəməyək?! Bizim əlimizdə sənəd var, onların əlində isə yoxdur”. Əliağa Hüseynov adının mənzil qalmaqalında hallanmasına bu cür reaksiya verib: “Haqqımda çox şeylər yazırlar. Əslində hamı haqqında yazırlar. Təkcə mənim haqqımda yazmırlar ki! Yaxşı işləri görmürlər, elə ki, haradasa kiçik nöqsan oldu, dərhal onu yazırlar. Belə olmaz axı! Dünyaya da baxmaq lazımdır. Təbii fəlakətlərdən kimsə sığortalanmayıb. O boyda Avstraliyada heyvanlar məhv oldu. Yaxud da İran təyyarəni səhvən vurdu. Biz nə edə bilərik?! İnsanların zəhmətini yeri vurmaq doğru deyil. İşləmişik, zəhmət çəkmişik, evsiz yaşamayacağıq ki!”
General onu da əlavə edib ki, yaxşı yaşamaq istəyən özü üçün yaxşı şərait qurmalıdır: “Hamı komalardan çıxıb yaxşı evlərdə yaşayır. Sevinməliyik ki, hamımız komalardan çıxmışıq. Heydər Əliyevin hesabına əlimiz çörəyə çatıb, dövlətimiz güclü dövlətdir. Xarici ölkələrin vətəndaşlarından da yaxşı yaşayırıq. Allah cənab Prezidentimizə cansağlığı versin. Yaxşı yaşamaq istəyən özü üçün yaxşı şərait qurmaq istəyir. Ölkəmizdə hamı firavan yaşayır. Bizim də yaxşı yaşamağa haqqımız var”.
Qeyd edək ki, hazırda Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyeva Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər. Apelyasiya şikayətinə yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.
Həmin müqavilələrdə göstərilən 12 mənzildə onlara İsa Məmmədov tərəfindən verilmiş müqavilələrə əsasən yaşayan vətəndaşlar Elçin Əliyevin “Yeni Müsavat”a söylədiyi fikirlərin doğru olmadığını deyib, onun söylədiklərinə etirazlarını açıqlayıblar.
“Bir neçə ay əvvəl bizlər, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yaşayan, ”Nəsimi -19" MMC-nin təsisçiləri mətbuatda yazaraq 12 ildən sonra saxta sənədlərlə üzə çıxan və 12 nəfər sakinin evinə göz dikən sabiq deputat, general Əliağa Hüseynov haqqında öz narazılıqlarımızı bildirmişdik. Bizim məktubumuza cavab olaraq Əliağa Hüseynov bu məsələ ilə bağlı açıqlama verdi. Lakin bu açıqlamada o, bizim verdiyimiz heç bir suala cavab vermədi. Sadəcə, mənzilləri “halal pulla” aldığını və bunu məhkəmənin həll edəcəyini qeyd etdi. Lakin biz sakinlər bu açıqlama ilə kifayətlənmədik və bundan sonra da haqsızlığa qarşı öz narazılığımızı bildirmək, haqq-ədaləti əldə etmək üçün mübarizəni davam etdik. Necə olur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi istintaq işi açır, bu istintaq işində bütün saxta sənədlər yoxlanılır, “İdeal -V” və “Alyans-Z” arasında üzləşmələr olur, binanın həqiqi sakinləri və zərərçəkənlər aparılan istintaq və ekspertiza nəticəsində, məhkəmə əsasında üzə çıxdığı halda, 12 ildən sonra bir deputat haradansa saxta sənədlərlə üzə çıxıb sadə xalqı yaşadıgı evdən köçürmək istəyir? Yəni bu deputatın Korrupsiya İdarəsinə və onun apardığı istintaq işinin nəticələrinə şübhəsi var? Niyə o özünə sual vermir ki, niyə korrupsiya idarəsinin apardığı istintaq zamanı onun müqavilələri həqiqi çıxmayıb? Əgər bu müqavilələr düzgündürsə, niyə ona aparılan istintaq və məhkəmə tərəfindən həqiqi sakin kimi təsdiqləyici sənəd verilməyib? Əgər şübhəsi varsa, niyə mərd-mərdanə Korrupsiya İdarəsinə müraciət etmir, ikili mənzilinin həlli üçün yenidən istintaq işinin aparılmasını tələb etmir? Bunun əvəzində binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi Rayon Məhkəməsinə mülki məsələ ilə müraciət edir, guya binanın suyu, işığı barəsində məlumatı əldə edir. Bu məlumatı yalnız biz sakinlər verə bilərik, çünki illər boyu, bu deputat nədənsə üzə çıxmadığı illərdə, biz sakinlər binanın tikinti işlərini tamamlayıb, öz vəsaitlərimizlə binanın işığını, liftini və suyunu çəkmişik, sayğaclarını quraşdırmışıq. İstintaq və məhkəmə prosesi bitdikdən və evin sahiblərinin siyahısını əldə etdikdən sonra biz sakinlər “Nəsimi-19" MMC-ni yaratdıq. Sonra halal pullarımızla bu mənzilləri təmir edıb orada yaşayırıq. Bu 12 ildə deputat mənzillərini unutmuşdu? Niyə o da bizim kimi Korrupsiyaya qarşı Mübarızə Baş İdarəsində istintaq zamanı yox idi?
Deməli, onun bu mənzillərlə bağlı yetərincə sübutu olmadığından mülki məsələni qaldıra bilməyib. Ümumiyyətlə, Azərbaycanın bu cür ciddi və kompitent orqanı olan idarə hər 12 ildən bir ortalığa çıxan saxta müqavilələrə görə yenidənmi istintaq işi açmalıdır? Yoxsa general Əliağa Hüseynov tutduğu vəzifəyə, deputat olmağına arxalanıb Nəsimi Rayon Məhkəməsinə təzyiq etmək istəyirdi? Necə olur ki, respublikamızın Prezidenti xalqa kömək, yardım etdiyi halda, general Əliağa Hüseynov sadə xalqı aldadır? Onları yaşadığı mənzillərdən çıxarmaq istəyir? Hansı pullarla və hansı maaşla deputat bir gündə bu 12 mənzili alıb?
Biz sakinlər, bütün bu narazılıqlar və haqsızlıqlar barəsində prezidentimiz İlham Əliyev cənablarına, 1-ci vitse-prezident Mehriban Əliyevaya və hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə prezident köməkçisi Fuad Ələsgərov cənablarına məktub göndərmişdik.
11.09.2019-cu il tarixində Nəsimi Rayon Məhkəməsində iş üzrə məhkəmə işi başlandı və hakim yekdilliklə 12 nəfərin lehinə səs verərək qarşı tərəfin iddiasını rədd etdi. Sakinlərin xeyrinə qətnamə qəbul olundu. Məhkəmə müddətində biz 12 nəfər vəkillərimizdən mühüm bir məlumatı əldə etdik. Məlumata əsasən Korrupsiyaya qarşı Mübarızə Baş İdarəsində biz 12 nəfərin müqavilələri təsdiq olunub. Qarşı tərəfin müqavilələri və mədaxil orderlərinin saxta olması təsdiqlənmış, bu məqsədlə həmin idarəyə deputatın kürəkəni Elçin Həsənağa oğlu Əliyev çağırılıb. Onun “İdeal -V” və “Alyans-Z”-nin rəhbərliyi ilə üzləşməsi baş verib. Bu üzləşmə və aparılan istintaq nəticəsində məlum olub ki, adıçəkilən deputatın kürəkəni Elçin Həsənağa oğlu Əliyev bacısının əri Rauf Faiq oğlu Kərimova faiz qarşılığında 2005-2006-cı illərdə borc pul verib. Sonuncu “İdeal -V” MMC ilə müştərək qaydada, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa olunan binanın 12 mənzilini aldığı borcun təminatı kimi qaynı Elçin Əliyeva vermişdir. İstintaq işinin sübutlarından məlum olmuşdur ki, Elçin Həsənağa oğlu Əliyev qeyd edilən mənzilləri almamış, real olaraq “İdeal-V” MMC və “Alyans-Z”-MTK-nın kassasına nağd pul ödəməmiş, mənzillər ona faiz qarşılığına R.Kərimova verdiyi borcun təminatı kimi verilmiş, həmçinin Esmira Əliağa qizi Əliyeva və Elmira Ənvər qızı Hüseynovanın (adıçəkilən deputatın qızı və həyat yoldaşı) adlarına tərtib edilmiş saxta müqavilələr Elçin Həsənağa oğlu Əliyev tərəfindən imzalanmış, mənzil satışında səlahiyyəti olmayan şəxs, yəni İsa Əli oğlu Məmmədov tərəfindən imzalanaraq verilib.Yuxarıda adları çəkilən faktlar istintaqın nəticələrindən götürülən faktlardır.
Bütün bu faktları bilərək deputat 12 nəfər sakinin evinə yiyələnmək məqsədilə Apelyasiya Məhkəməsinə müraciət edərək bizim qanuni müqavilələrimizi ləğv etdirmək istəyir".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2020, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2020, 10:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01