“Arif Hacılı namizədliyinin kim tərəfindən irəli sürüldüyünü açıqlamalıdır” - QALMAQAL
15 saylı Yasamal Birinci Seçki Dairəsindən iki müxalif partiya sədri - Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Müsavat Partiyasının sədri Arif Hacılı parlament seçkilərinə qatılsa da, hələ ki, heç birinin namizədliyi təsdiqlənməyib. Ancaq fakt budur ki, ADP sədri Sərdar Cəlaloğlu sözügedən dairədən namizədliyini verdikdən təxminən 1 həftə sonra Arif Hacılı da eyni dairəni seçib.
O da maraqlıdır ki, A.Hacılı həmin dairədən namizədliyini irəli sürdüyü üçün “Reaksiya TV” onu Sərdar Cəlaloğlu ilə debata dəvət edəndə Müsavat başqanı deyib ki, “ola bilsin, heç oradan namizədliymi verməyim”. Həmçinin, bu haqda özünün Facebook səhifəsində də status paylaşıb. Bütün bunlara rəğmən, A.Hacılının həmin dairədən namizədliyini verdiyi öz təsdiqini tapdı. Bu isə o deməkdir ki, hər iki müxalif liderin namizədliyi təsdiqlənəcəyi təqdirdə, onlar eyni dairədə mübarizə aparmalı olacaqlar.
ADP sədri S. Cəlaloğludan sonra Müsavat Partiyasının sədri A.Hacılının 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini verməsi ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev “Hürriyyət”ə dedi ki, qanunvericiliyin tələblərinə görə, hər bir vətəndaş öz namizədliyini istənilən seçki dairəsindən verə bilər: “Yəni hüquqi baxımdan, Arif Hacılının və Sərdar Cəlaloğlunun eyni dairədən namizəd olması tam məntiqlidir. Amma bunun siyasi, mənəvi tərəfləri də var. Burada anlaşılmazlıq ortaya çıxa bilər. Məsələn, necə ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən İqbal Ağazadə namizədliyini vermişdi, sonra Rauf Arifoğlu da oradan öz namizədliyini verdi. O cümlədən 15 saylı Yasamal Birinci Seçki Dairəsindən ilk öncə Sərdar bəy namizədliyini vermişdi, sonra Arif Hacılı öz namizədliyini verib. Hesab edirəm ki, bu, səslərin parçalanmasında çox böyük problemlər yarada bilər və burada səslər hansısa başqa bir namizədin xeyrinə olar, onun parlamentə buraxılması variantı ortaya çıxa bilər.
Bilirsiniz ki, Sərdar bəy istənilən dairədən namizədliyini versə, həmin seçki dairəsinin favoritinə çevrilmə şansı daha çoxdur. Necə ki, 2005-ci il parlament seçkilərində 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədliyini vermişdi, orada seçkinin favoriti idi. Hətta Sərdar bəyin həmin dairədən seçilməsini Mərkəzi Seçki Komissiyası da təsdiq etmişdi, lakin sonradan o dairənin nəticələri ləğv olundu. Sərdar bəy 2010-cu il parlament seçkilərində isə 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən namizəd olmuşdu, orada da seçkinin yenə favoriti olmuşdu, seçkini qazanmışdı və hər iki seçkinin nəticələri ilə bağlı Avropa Məhkəməsinə müraciət etmişdi. Ona görə də Azərbaycan hökuməti cərimələnmişdi.
Yəni təcrübədən çıxış etsək, 15 saylı Yasamal Birinci Seçki Dairəsində də qarşıdan gələn növbədənkənar parlament seçkilərində Sərdar Cəlaloğlunun həmin seçkilərin favoritinə çevrilməsinə mən heç bir şübhə etmirəm. Çünki Sərdar bəyin kifayət qədər potensialı var. Bilirsiniz ki, bundan öncə də Sərdar bəy 2018-ci növbədənkənar prezident seçkilərində iştirak edib və çox cüzi bir səs fərqi ilə üçüncü yerdə idi. Yəni o, prezidentliyə iddialı olan bir şəxsdir. Ona görə də onun hər hansı bir dairədən namizədliyini verməsinin və həmin dairədə favoritə çevrilməsinin heç bir problemi yoxdur. Bu baxımdan, mən Sərdar bəyin şanslarını böyük dəyərləndirərəm. Amma istər-istəməz Arif Hacılı da bir partiyanın lideridir və onun da orada səs götürmək imkanları var. Sadəcə olaraq orada o, müxalif kəsimə verilən səslərin parçalanmasını mənfi dəyərləndirirəm. Sözsüz ki, orada müxalif kəsimə verilən səs parçalanacaq. O parçalanmanın nəticəsi olaraq orada başqa bir namizədin parlamentə buraxılma ehtimalı ola bilər. Yəni oyunu belə qura bilərlər”.
T. Əliyev hesab edir ki, bu, müxalif düşərgə üçün uğurlu bir variant deyil: “Düzdür, mən danışıqlarda iştirak etməmişəm, parlament seçkilərinə start verilməmişdən qabaq Sərdar bəylə Arif bəyin arasında ilkin olaraq danışıqlar aparılmışdı ki, namizədlər razılaşdırılsın. Yəni dairələrdə ADP-dən olan namizəd olacaqsa, Müsavatın namizədi olmasın. Eynilə də Müsavatın namizədi varsa, ADP-nin namizədi olmasın. Belə bir ilkin razılaşmanın olması ilə bağlı Sərdar bəy mətbuata da açıqlama vermişdi. Amma sonradan baş verənlər onu göstərdi ki, o danışıqlar davam etdirilməyib və yaxud da birtərəfli qaydada pozulub.
Uğurlu variant odur ki, biz bunu “Azadlıq bloku”nun praktikasında 2005-ci il parlament seçkilərində sınaqdan çıxarmışdıq. Orada hər bir dairədə partiyalar arasından vahid namizədlər müəyyən olunurdu və həmin namizədi bütün müxalif düşərgə müdafiə edirdi. O cümlədən də biz 2010-cu parlament seçkilərində “Qarabağ bloku” təsis etmişdik. Burada Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası və Aydınlar Partiyası idi və konkret dairələr üzrə razılıq əldə olunmuşdu. Biz bunu sınaqdan çıxartmışdıq ki, bu variant daha uğurludur, nəinki bir dairədə iki və yaxud artıq müxalif liderin, müxalifət funksionerinin yarışması. Yəni bu, uğursuz bir variantdır. Sözsüz ki, bu uğursuz variant da hakimiyyətin əlinə oynayan bir varinatdır”.
“Həmin dairədə ilk öncə Sərdar bəy namizədliyini vermişdi. Arif bəy başqa bir dairədən namizədliyini versə, daha yaxşı olardı. Çünki bunun bir başqa tərəfi də var. Əslində, Arif Hacılının hər hansı bir dairədən deputatlığa namizədliyini verməsində heç bir problemi olmamalıdır. Nəyə görə? Çünki partiya lideri təkcə Milli Məclisin üzvlüyünə namizəd kimi deyil, həm də ölkənin başçısı olmağa iddialı olan bir şəxsdir, Sərdar Cəlaloğlu da, Arif Hacılı da. Prezidentliyə iddialı olan bir şəxs üçün hər hansı dairə seçiminin əhəmiyyəti olmamalıdır. O baxımdan, Arif Hacılının 15 saylı Yasamal Birinci Seçki Dairəsinə gəlməsini mən məntiqli hesab etmirəm. Çünki Arif bəy bir partiya lideridir və partiya lideri olaraq da hakimiyyətə iddialıdır. Yəni prezidentliyə iddialı olan bir şəxsdir. Ona görə də onun o, dairəyə gəlməsini mən anlamıram. Prezidentliyə iddialı bir şəxssə, onun üçün dairə seçimi problem olmamalıydı. Necə ki, Sərdar bəy bunu öz təcrübəsində göstərib. Məsələn, 2005-ci ildə bir dairədən, 2010-cu ildən başqa bir dairədən, 2020-ci ildə isə tamam fərqli bir dairədən verib. Çünki onun üçün dairə seçimin heç bir fərqi yoxdur. Ona görə ki, özü potensialına arxayındır ki, “əgər mən prezidentliyə namizəd olmuşamsa, deməli, istənilən bir dairədən də deputatlığa namizəd olmalıyam və orada da yarışmalıyam”. Əslində, Sərdar bəyin göstərdiyi təcrübə bir presedentdir. Mən hesab edirəm, bu təcrübə Sərdar bəy üçün deyil, ümumiyyətlə, partiya liderləri üçün bir örnək olmalıdır ki, ay partiya lideri, sədri və yaxud prezidentliyə iddialı olan siyasətçilər, sizin üçün Milli Məclisə seçkilərdə dairə seçiminin heç bir əhəmiyyəti olmamalıdır. Prezidentliyə iddalısınızsa, onda hər hansı bir dairədən Milli Məclisdə deputat olmaq üçün mübarizə aparmaq problem olmamalıdır. Ona görə, bəhanələr uydurmağa da ehtiyac yoxdur. Yəni onun irəli sürəcəyi arqumentləri tənqidə çox dözümsüz hesab edirəm. Hansı arqumenti ortaya qoysa, dözümsüzdür”,- deyə sədr müavini əlavə etdi.
“Maraqlıdır, Arif Hacılı əvvəl eyni dairədən namizədlərin verilməməsi ilə bağlı “yaxşı” demişdisə, görəsən, sonradan niyə fikrini dəyişib” sualına T. Əliyev belə cavab verdi: “Düzü, bu barədə mənim heç bir məlumatım yoxdur. Bunun əsasında nə durub, heç nə deyə bilmərəm. Bunun səbəblərini yəqin ki, Arif bəydən başqa heç kim yaxşı bilə bilməz. Bu barədə Arif bəy özü açıqlama versə, daha yaxşı olar. Çünki müxalif liderlərin arasından ilk öncə Sərdar Cəlaloğlu oradan namizədliyini verib, sonradan isə Arif Hacılının oradan namizəd olacağı məlum oldu, ondan sonra isə onu təkzib edən bir informasiya getdi. Axırda məlum oldu ki, Arif bəy də oradan namizədliyini verib. Onun da səbəbi nə ola bilər, bu barədə mən heç bir şey deyə bilmərəm. Əlimdə elə bir fakt yoxdur ki, kimisə ittiham edim. Amma mən bir daha altından xətt çəkərək qeyd edirəm ki, prezidentliyə iddialı olan bir şəxs üçün Milli Məclisə seçkilərdə dairə seçimi problem olmamalıdır. Ona görə də, Sərdar bəydən sonra onun o dairəyə gəlməsini heç bir məntiqlə izah edə bilmirəm. Çünki o, prezidentliyə iddialıdır”.
“Arif Hacılı 4 yanvar tarixli “feysbuk” statusunda qeyd edib ki, “15 saylı Yasamal dairəsindən namizədliyim irəli sürülüb”. Yəni məchul bir şəkildə qeyd edib. Bu, onu deməyə əsas verirmi ki, o, özü deyil, başqalarının fikri ilə namizədliyini o dairədən irəli sürüb” sualına isə T. Əliyevin cavabı belə oldu:“Arif bəy onu bir izah etməlidir ki, kim tərəfindən namizədliyi irəli sürülüb? Çünki mən bildiyimə görə, Müsavat Partiyası parlament seçkilərində iştirak etmir. Sadəcə onlar özləri iştirak edirlər, amma partiyalılığı göstərmək şərti ilə iştirak edirlər. Bilirsiniz, namizədin bir neçə qaydada irəli sürülməsi forması var. Bunun biri özünü öz təşəbbüsü əsasında irəli sürə bilər. Orada siyasi mənsubiyyətini göstərə də, göstərməyə də bilər. Sonra təşəbbüs qrupu və siyasi partiya tərəfindən irəli sürülə bilər. Bir də siyasi partiya blokları tərəfindən irəli sürülə bilər. Amma Müsavat Partiyasının bu seçkilərdə iştirakı ilə bağlı məndə məlumat yoxdur. Çünki onların bu barədə hər hansı bir qərarına rast gəlmədim. Sadəcə olaraq iştirakda maraqlı, qərarlı olduqlarını bildirdilər. Amma məndə olan məlumata görə, namizədləri partiya tərəfindən deyil, fərdi qaydada irəli sürülüb. Əgər Müsavat Partiyası bu seçkilərdə partiya kimi iştirak etmirsə, onda Arif Hacılının namizədliyi kim tərəfindən irəli sürülüb? Və o status hansı təşəbbüs qrupu tərəfindən irəli sürülüb? Özü tərəfindən, təşəbbüs qrupu, yoxsa Müsavat Partiyası tərəfindən irəli sürülüb, bax, onu özü açıqlamalıdır. Əgər Müsavat Partiyası iştirak etmirsə, deməli, onun özü tərəfindən irəli sürülüb. Özü tərəfindən irəli sürülübsə, o deməliydi ki, 15 saylı Yasamal Birinci Seçki Dairəsindən namizədliyimi irəli sürdüm.
Yenə də deyirəm, Müsavat Partiyası partiya kimi seçkilərdə iştirak etmir. Özləri fərdi qaydada iştirak edirlər, sadəcə partiya mənsubiyyətini göstərirlər. Çünki bu, daha asan variantdır. Çünki siyasi partiya kimi seçkilərə qoşulmaq ciddi problemlərlə üzləşməkdir. Biz partiya kimi qoşulmuşuq. Təsəvvür edin ki, mən hələ imza toplama mərhələsində o qədər problemlər yaşadım ki, hətta özümün imza toplama kampaniyamı apara bilmədim. Çünki ağırdır, partiya kimi seçkilərə qoşulmağın o qədər baryerləri var ki, bu partiyaların kifayət qədər enerjisini və vaxtını alır. Ona görə, mən hesab edirəm ki, Müsavat Partiyası məhz bu maneələri nəzərə alaraq özlərinin fərdi qaydada namizədliklərinin irəli sürülməsi ilə bağlı qərar verdilər. Amma Arif bəyin bu statusunda bir qeyri-müəyyənlik var. Onun namizədliyi kim tərəfindən, özü, təşəbbüsü qrupu, siyasi partiya yaxud siyasi partiya blokları tərəfindən irəli sürülüb? Siyasi partiya tərəfindən irəli sürülməyib. Çünki siyasi partiya kimi iştirak etməyiblər. Siyasi partiyalar blokları yaratmayıblar, deyim ki, bu, siyasi partiya blokları tərəfindən irəli sürülüb. Təşəbbüs qrupu yoxdur. Çünki bununla bağlı mətbuatda hər hansı informasiyaya mən rast gəlməmişəm ki, Arif Hacılının həmin dairədən irəli sürülməsi ilə bağlı hər hansı ad altında bir təşəbbüs qrupu yaradılsın. Bircə variant qalır, onda yazmalıydı ki, mən 15 saylı Yasamal Birinci Seçki Dairəsindən öz namizədliyimi irəli sürdüm”.
Hurriyyet.org
Paylaş:
Müəllif : Yazar
Tarix:14-01-2020, 12:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-01-2020, 12:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti