“BANK STANDARD”IN "153 SİRRİ" ÇÖZÜLDÜ! - Məşhur bankı müflis edənlərin ŞOK SİYAHISI, tanınmış simalar
Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və digər aidiyyatı rəhbər orqanların “sayıqlığı” nəticəsində müflisləşən “Bank Standard”dan talanan vəsaitin məbləği 100 milyonlarla dollarla ölçülür. Və yaxşı məlumdur ki, bu vəsait əsasən dövlətin, Mərkəzi Bankın, SOCAR-ın pullarından və əhalinin banka yatırdığı əmanətlərdən ibarət olub.
Xatırladaq ki, ”Bank Standard”ın 1 milyard manata yaxın borcu qalıb, əmlakı isə bankın Kreditorlar Komitəsinin sabiq rəhbəri Əkrəm Həsənovun dediyinə görə, cəmi 200 milyon manat civarındadır. Bu da ondan irəli gəlir ki, əksər kreditlər ya girovsuz verilib, ya da girovun məbləği bilərəkdən dəfələrlə şişirdilib.
Əmanətlərin Sığortalanması Fondunun (ADİF) məlumatına görə isə "Bank Standard”ın 1,2 milyard manat borcunun yalnız 462 milyon manatını sığortalanan əmanətlər təşkil edir. Deməli, yerdə qalan məbləğ havadan asılı vəziyyətdədir. Və əmanətçilər ya bankı talayanların pulları geri qaytarmasını, ya da girovluqdakı mülkiyyətin baha qiymətə satılmasını gözləməlidirlər ki, bunların da heç biri hazırda real görünmür...
Ya çatar, ya batar...
Hələ ötən ilin oktyabrında «Bank Standard»ın Kreditorlar Komitəsinin yeni sədri Şahin Əhmədov mətbuata açıqlama verərək demişdi ki, banka ən iri məbləğlərdə borcu olanların ümumi sayı 153 fiziki və hüquqi şəxsdir. Bu 153 şəxs bankdan hərəyə 500 min manatdan yuxarı kredit götürüb.
Və maraqlıdır ki, bu kreditlərin yarısı faizsiz, yarısı da təminatsız(!) verilib: «Mən Apellyasiya Məhkəməsinə müraciət etdim ki, mənə bu adamların adlarını verin, ictimailəşdirək. Bu 153 nəfər məqsədli olaraq bankı talayıblar. Onları və onlara kredit verənləri tapıb gətirmək lazımdır. Bu adamları tapıb gətirib əmlaklarını əllərindən alıb, satıb insanların pulunu qaytarmaq lazımdır»
«Bank Standard»ın Kreditorlar Komitəsinin 2020-ci il yanvarın 9-da, yəni 2 gün əvvəl keçirilən son iclası bu bankın necə və kimlər tərəfindən talan edilməsi məsələsini yenidən gündəmə gətirdi.
Məlumat verdiyimiz kimi, “AzPolitika.info”nun əməkdaşının da iştirak etdiyi həmin iclas hay-küylü, qalmaqallı keçib. Belə ki, pulu batan əmanətçilər iclasda bankın ləğvedicisi olan ADİF-in icraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevə kəskin etirazlarını bildirərək, indiyə qədər verilən, lakin yerinə yetirilməyən vədlərdən bezdiklərini, onların vəsaitlərinin qaytarılması üçün heç bir real iş görülmədiyini söyləyiblər.
Vüqar Abdullayev isə ADİF-in səyləri nəticəsində borclularla bağlı 2582 məhkəmə işi aparıldığını, 480 milyon manatlıq iddialara hazırda baxıldığını, 230 milyon manatla bağlı isə artıq məhkəmə qərarı çıxarılaraq, icraçılara göndərildiyini söyləyib.
Yəni ki, banka borcu olanlardan bu məbləğlərdə vəsaitin geri qaytarılması istiqamətində iş aparılıb. Lakin V.Abdullayevin özünün də dediyi kimi, məhkəmənin çıxardığı qərarların icrası ADİF-in səlahiyyətlərinə daxil deyil. Və məhkəmə qərarının çıxarılması hələ heç də həmin vəsaitin ödənəcəyi anlamını daşımır.
Ən azı ona görə ki, həmin borcluların rəsmən bu qədər vəsaitinin olub-olmadığına, dolayısı ilə də bu qərarların icra olunacağına da heç kim zəmanət verə bilməz. Loru dildə desək, “ya çatar, ya batar” – böyük ehtimalla batar...
Borcluların banka qoyulan girovlarına gəldikdə isə, onlara alıcı tapmaqda problemlər üzə çıxdığı məlum olub. Lakin V.Abdullayev deyib ki, həmin əmlaklar satılsa da belə, onlardan əmanətçilərə pul ödəniləcəyini gözləmək mənasızdır.
Belə ki, bu əmlakların 90 faizi “Bank Standard”ın Mərkəzi Banka olan borcu müqabilində girov qoyulub. Ona görə də buradan daxil olacaq vəsaitdən də əmanətçilərə pul çatacağını gözləməyə dəymir.
Bir sözlə, əmənatçilər necə deyərlər, “Əli aşından da olublar, Vəli aşından da”. ADİF rəhbəri Vüqar Abdullayev isə, özü də etiraf etdiyi kimi, “Bank Standard”ın Kreditorlar Komitəsinin hazırkı sədri Şahin Əhmədovun sualları qarşısında sadəcə acizdir...
Kommersiya sirri vacibdir, yoxsa dövlətin və əhalinin maraqları?
İndi sə gələk “Bank Standard”ın əsas baş bəlasına – bankdan ən çox pul götürüb qaytarmayan, nəticədə də onu müflis edərək, dövləti və əmanətçiləri çıxılmaz vəziyyətə qoyanlara. Əvvəldə qeyd etdiyimiz kimi, bu bankdan ən iri məbləğdə kredit götürərək, qaytarmayan cəmi 153 fiziki və hüquqi şəxs – şirkət var.
Onların götürdüyü məbləğ banka olan ümumi borcun 80.3 faizini(!) təşkil edir. Pulların təxminən 10 faizini isə digər 200-dən bir qədər çox şəxs mənimsəyib. Belə çıxır ki, bank, əslində məhz bu adamların və şirkətlərin güdazına gedib. Bəs kimdir onlar?
«Bank Standard»ın Kreditorlar Komitəsinin son iclasında ADİF rəhbəri əmanətçilərin bankı talayan şəxs və firmaların siyahısının verilməsi tələbinə cavab olaraq, bildirdi ki, bu, bankın kommersiya sirridir və onun verilməsi cinayət məsuliyyəti yaradır. Ona görə də həmin adları verə bilməzlər. Təbii ki, bu da əmanətçilərin haqlı narazılıqlarına səbəb oldu.
Lakin biz, “AzPolitika.info” olaraq, dövlətin, Mərkəzi Bankın, eləcə də sıravi vətəndaşların halal pulunun mənimsənilərək, böyük bir bankın talan edilməsinin dövlətin dayaqlarına təhlükə yaradan qat-qat daha böyük cinayət olduğunu nəzərə alaraq və ictimai maraqlardan çıxış edərək, sözügedən 153 şəxs və şirkətlərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparmaq qərarına gəldik. Bu araşdırma “Bank Standard”dan külli miqdarda kredit götürüb qaytarmayan şəxslər və şirkətlərlə bağlı bəzi mətləbləri və adları üzə çıxarmağa imkan verdi.
Məlum oldu ki, bankın, dolayısı ilə də dövlətin və vətəndaşların külli miqdarda vəsaitini mənimsəyənlərin geniş siyahısında kifayət qədər tanınmış şəxslər və şirkətlər var. Sözsüz ki, bu siyahıya sözügüdən bankın real sahibi olmuş sabiq iqtisadi inkişaf naziri Heydər Babayev, onun şirkətləri və yaxın adamları başçılıq edir. İndi həmin şirkətlərin və şəxslərin bəzilərinə qarşı cinayət işləri açılıb, həbs edilənlər və axtarışa verilənlər var. Lakin bankı müflis edənlər yalnız onlar deyil axı...
153 “qəhrəman...”
“Bank Standard”dan böyük məbləğlərdə kredit götürüb qaytarmayanlar sırasında ilk yerlərdən birini Dövlət Neft Fondunun sabiq icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsumovun təsisçisi olduğu “AS Group İnvestment” şirkəti tutur.
Araşdırmamız nəticəsində bəlli olub ki, “AS Group İnvestment” şirkəti “Bank standard”dan 7 kredit müqaviləsi üzrə illik 5-6 faizlə 20 milyon, 17.6 milyon, 10 milyon, 10.4 milyon, 10 milyon, 5 milyon və 4.75 manat olmaqla, üst-üstə 77.5 milyon manat kredit götürüb və bu məbləğdən cəmi 250 min manatını(!) qaytarıb. Yəni demək olar ki, heç nə qaytarmayıb və banka 77.25 milyon manat xalis borcu var. Belə görünür ki, heç ödəmək fikri də yoxdur.
Maraqlıdır ki, tikinti sektorunda çalışan “AS Group İnvestment” şirkəti daha çox Gürcüstana investisiya yatırır və “Bank Standard”dan götürülən 77.5 milyon manatın 63 milyonu “AS Georgia”nın adına sənədləşdirilib.
Doğrudur, rəsmən guya götürülən kreditə görə girov qoyulub. Ancaq əvvəldə də qeyd edildiyi kimi, girov qoyulan mülkiyyətlərin dəyəri dəfələrlə şişirdilib. Əks təqdirdə, həmin girovların real dəyəri yüksək olsaydı, şirkət indiyə kimi borcunu qaytarıb mülkiyyətini azad edərdi. Onu da xatırladaq ki, həmin bu “AS Group İnvestment”in sahibi Şahin Mövsumov hələ “tərəqqi” medalına da layiq görülüb...
Elə barəsində söhbət açdığımız kreditorların son iclasında da əmanətçilər ADİF sədrindən niyə bu şəxsin və onun şirkətinin məsuliyyətə cəlb edilərək, onların pullarının qaytarılmasının təmin edilmədiyini soruşdular. Onun cavabı isə elə cavab verməmək kimi bir şey oldu...
Hətta əmanətçilər qeyd etdilər ki, hazırda sözügedən şirkət utanmadan yeni binalarında əhaliyə mənzillər təklif edir, yəni onların pullarına tikdiyi binalardan mənzillər satır. Lakin banka olan borcunu qaytarmır ki, dövlət və əmanətçilər öz pullarını götürsünlər...
Milyarder 7 milyonu ödəyə bilmir?
“Bank Standard”dan milyonlarla pul götürüb qaytarmayanlar sırasında, nə qədər qəribə və gözlənilməz olsa da, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədova aid olan “Caspian Real Estate Limited” MMC şirkətinin də adı var. Bank bu şirkətə heç bir girov təminatı olmadan 7 milyon ABŞ dolları, yəni 12 milyon manata yaxın məbləğdə kredit verib.
Bu kreditdən isə indiyə kimi bir qəpik də ödənməyib. Xatırladaq ki, bu şirkətin adı Fərhad Əhmədovla İtaliyanın “Paghere Green Service Societa Agricola S.R.L” şirkəti arasında yaşanan qalmaqal zamanı gündəmə gəlmişdi.
İtaliya şirkəti 2016-cı ildə Fərhad Əhmədova məxsus “Baku Caspian Real Estates Limited” şirkətilə Bilgəh qəsəbəsində yerləşən altı hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı müqavilə imzalayıb. Müqaviləyə əsasən, italyan şirkətinə bu işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməli imiş. Lakin işlərin yekunlaşmasına az vaxt qalmış Fərhad Əhmədova məxsus şirkət 3 milyon avronu ödəməkdən boyun qaçırıb və italyanları hədə-qorxu ilə ərazidən çıxarıb. Bununla bağlı “Paghere Green Service Societa Agricola S.R.L” şirkəti London Məhkəməsinə müraciət edərək maddi və mənəvi zərərə görə 5 milyon avroluq iddia qaldırıb.
Azərbaycanlı milyarderin hazırkı imkanları ilə bağlı bir şey deyə bilməsək də, ölkə iqtisadiyyatına sərmayə qoyan, iş yerləri açan Fərhad Əhmədovun şirkətinin bir Azərbaycan bankına 7 milyon dollarlıq krediti ödəyə bilməməsi bir qədər qəribə görünür. Ancaq hər halda, “Bank Standard” məsələsilə bağlı Fərhad Əhmədovun da mövqeyini dərc etməyə hazırıq.
“Bank Standard”a böyük məbləğdə borcu olanlardan biri də mətbuatda vaxtilə Dövlət Bayrağı Meydanı İdarəsinin direktoru olmuş Rəşad Məmmədova aid edilən və bu barədə məlumatları təkzib etməyən “Azimport” MMC-dir. Şirkətin banka 5 milyon dollara yaxın, daha dəqiq desək, 4 milyon 888 min ABŞ dolları kredit borcu var. Bu şirkət də indiyə kimi banka olan milyonlarla dollar borcundan bir sent də ödəməyib.
2015-ci ilin mayında MTN tərəfindən həbs olunan və sonradan azadlığa buraxılan Rəşad Məmmədov məlum vəzifəyə təyin edilməmişdən əvvəl "Azimport" MMC-nin təsisçilərindən biri olub. Rəsmən Dövlət Bayrağı Meydanı İdarəsinə direktor təyin olunandan sonra şirkətlə əlaqəsinin kəsildiyi göstərilsə də, onun “Azimport”un sahibi olaraq qaldığı iddia edilirdi.
Bu şirkət də əsasən tikinti-abadlıq işlərilə məşğul olub və hətta bir neçə əhəmiyyətli, iri tenderlərin qalibi olmaqla yanaşı, Bayılın "Şanxay" ərazisindəki abadlıq işlərini görməsilə məşhurlaşıb. Hətta həmin vaxt şirkət 540 nəfər işçisinin maaşını ödəməməkdə ittiham olunurdu. Göründüyü kimi, indi də bu şirkətin “Bank Standard”ın pulunu mənimsəyənlər sırasında olduğu üzə çıxıb.
"AzPolitika.info" qeyd edir ki, bankı talayanlardan biri də iş-işdən keçəndən sonra axtarışa verilən “Bank Standard”ın İdarə Heyətinin sədri Səlim Kirman və onun əlbir olduğu, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilov sayılır.
İstintaq hesab edir ki, onlar qabaqcadan razılaşmaqla, əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti, dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla, götürüblər. Nəticədə, bu məbləğin 13 milyon 962 min manatını öz aralarında bölüblər. Hazırda bu işə görə Ç.Cəlilov həbsdə olsa da, Heydər Babayevin adamı sayılan S.Kirmandan bir xəbər verən yoxdur.
Maraqlıdır ki, bankdan hansı əlaqələrindən istifadə etdikləri bəlli olmayan və 0 faizlə, yəni faizsiz kredit götürən çoxlu sayda fiziki şəxs və şirkət var ki, faizsiz kredit aldıqları azmış kimi, hətta həmin şərtlər daxilində belə borclarını ödəmək istəmirlər. Belələrinə misal olaraq aşağıdakıları göstərmək olar:
“Rodan Yunayted Qrup” MMC - 6 milyon 598 min manat
“Metakom” MMC - 3 milyon 771 min ABŞ dolları
“Piramida İnşaat” MMC - 3 milyon 698 min ABŞ dolları
“AYQİDA Sənaye ltd” MMC - 3 milyon 970 min manat
“Oskar Qrup” MMC - 1 milyon 565 min manat
“AS MET YAPI” Mənzil Tikinti Kooperativi - 2 milyon 920 min manat
“İmpresa Spa Azərbaycan” - 2 milyon 177 min manat...
Bu sadaladığımız son şirkətlərin reallıqda kimlərə məxsus olduğu ilə bağlı araşdırmalarımız davam edir.
Bir məsələ də maraq doğurur ki, bu fiziki şəxslər və şirkətlər kimə, nəyə arxayındılar? Doğrudanmı onlardan hesab sorulmayacaq? Bununla bağlı Şahin Əhmədovun verdiyi açıqlama maraq doğurur.
O, deyib ki, dövlət «Bank Standart»ın əmanətçilərinə pulların qaytarılması üçün 467 milyon manat vəsait ayırıb və ADİF bu pulla bankın əmanətçilərinə birinci hissə ödənişləri verib: “Bunlar arxayındırlar ki, dövlət yenə onların yerinə pul verəcək, bunlar da amnistiya alacaq və azadlığa çıxacaqlar”. Göründüyü kimi, məqsəd yenə hər şeyi dövlətin üstünə atıb, aradan çıxmaqdır...
Rüfət Aslanlı və 115 milyonun taleyi
Bankın və onun əmanətçilərinin düşdüyü ağır vəziyyətdən istifadə edərək, külli miqdarda qazanc əldə edənlər olub ki, bunlardan da ən birincisi keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sabiq sədri Rüfət Aslanlı sayılır.
"AzPolitika.info"nun məlumatın görə, R.Aslanlı həmin vaxt hökuməti inandıra bilmişdi ki, bankı “sağlamlaşdırmaq” üçün vəsait ayırmaq lazımdır və buna dəyər. Nəticədə, Mərkəzi Bank “Bank Standard”a 115 milyon manat ayırmağı qərara almışdı.
Lakin sonradan belə məlum oldu ki, Aslanlının “Bank Standard”ı necə xilas edəcəyi barədə heç bir planı mövcud deyil. O, guya iş getdiyi barədə bank bağlanana qədər görüntü yaratmağa çalışdı. Və günlərin birində çıxıb elan etdi ki, bankı xilas etmək mümkün deyil və onu bağlamaq qərara alınıb.
Mərkəzi Bankdan həmin məqsədlə ayrılan 115 milyon manatın taleyisə olduqca maraqlı idi. Aslanlının özünün dediyi kimi, 15 milyon manat həcmində birinci tranş tamamilə əmanətçilərin tələblərinin yerinə yetirilməsinə xərclənib, 43 min əmanətçinin tələbi ödənilib. Lakin bu rəqəmi tanınmış ekspert, “Bank Standard”ın fiziki şəxslər olan 44 min əmanətçisinin hüquqlarını müdafiə edən, bankın Kreditorlar Komitəsinin o vaxtkı rəhbəri Əkrəm Həsənov tamamilə təkzib etdi.
İkinci tranşda isə “Bank Standard” Mərkəzi Bankdan qalan 100 milyon manatı aldı. R.Aslanlı yenə iddia etdi ki, həmin vəsaitin 60 milyon manatı fiziki şəxslərin əmanətlərinin qaytarılmasına yönəldilib. Lakin Əkrəm Həsənovun müdafiə etdiyi əmanətçilər bu dəfə də heç nə almayıblar. O zaman bu 75 milyon manat haradadır? Ə.Həsənov o zaman mətbuata bildirmişdi ki, həmin pulları bankın iri əmanətçiləri arasında bölüblər, əvəzində Aslanlı sanballı “otkat” alıb. Hətta bank çevrələrindəki mənbələr iddia edirdilər ki, Rüfət Aslanlı təkcə “Bank Standard”dan 40 milyon manat qazanc əldə edib.
"AzPolitika.info" qeyd edir ki, talanın baş verdiyi dövrdə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini Azad Cavadov tuturdu. Onun da bu prosesdə iştirak eydiyi ehtimal olunur. Azad Cavadovun səlahiyyət müddəti bitdiyi üçün vəzifəsindən azad olunub.
"Standard Bank” Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənov bu bankın da talanmasında Azad Cavadovun rolunun olduğuna işarə vurub. O, bildirib ki, Azərbaycan tarixində ən böyük müflislik hadisəsidir.
"Əmanətlərin Sığortalanması Fondu “Standard Bank” üzrə 440 milyon manata yaxın vəsait xərcləyib, daha 10 milyon manat da ləğvetmə xərclərinə çıxır. Bu isə o deməkdir ki, Fond bankın əmlakını satmaqla əmanətçilərə verdiyi pulun heç yarısını da çıxara bilməyəcək. Bütün verilən pullar isə dövlətindir. Bundan əlavə, “Standard Bank”da SOCAR, “Azercell” kimi iri, əsasən də dövlət şirkətlərinin pulları qalıb. Bu baxımdan da məsələ dövlət təhlükəsizliyinə gedib çıxır", - deyə o bildirmişdi.
Bəs Elman Rüstəmov?
Yuxarıda qeyd etdiyimiz iclasda maraqlı məqamlardan biri də o oldu ki, əmanətçilər bankın müflisləşməsində rolu olanlar arasında hətta Mərkəzi Bankın sədri Elman Rüstəmovun da olduğunu iddia edirdilər. Onların dediyinə görə, E.Rüstəmov bir neçə şirkətin adından ümumilikdə 25 milyon manata yaxın vəsaitin bankdan çıxarılmasında rol alıb. Ancaq bu məlumatı dəqiqləşdirmək imkanımız olmadığından, onun nə dərəcədə həqiqətəuyğun olduğunu deyə bilmərik.
Lakin bu məsələdə E.Rüstəmovla bağlı daha bir maraqlı məqamı qeyd etməmək olmur. Belə ki, ADİF sədri V.Abdullayev kreditorların son iclasında əmanətçilərə üz tutaraq dedi ki, onlar bu banka yüksək faizlə gəlir götürmək üçün pul yatıranda diqqətli olmalı idilər. Çünki 10-12 faizlə əmanət yatırmaq risklidir və bu faizlərlə qoyulan əmanətlər sığortalanmayıb. Ancaq buna cavab olaraq əmanətçilərdən biri dedi ki, Elman Rüstəmov “Bank Standard” müflis elan olunmazdan bir neçə gün əvvəl rəsmən bu bankın likvid olduğunu(!), yəni ödənişlə bağlı problemlərinin olmadığını bəyan edib. İnsanlar da ona inanıb. Göründüyü kimi, bu bankın əmanətçiləri də bütün ölkə vətəndaşları kimi E.Rüstəmovun açıqlamalarına inanıb. Ancaq hər halda onlar “Bank Standard”ın müflis elan olunmasından bir neçə ay əvvəl E.Rüstəmovun devalvasiya olmayacağı barədə dediklərini və bunun nəticələrini nəzərə almalı idilər...
Bununla yanaşı, Ali Məhkəmənin bankla bağlı qərarında göstərilir ki, «Bank Standard» uzun müddət bütün təlimatları və standartları pozub, Mərkəzi Bank da buna reaksiya verməyib. Ona görə də bank pis vəziyyət düşüb.
Təbii ki, yuxarıda qeyd edilən şəxslər və şirkətlər “Bank Standard”ın, dolayısı ilə də dövlətin və vətəndaşların 100 milyonlarla ölçülən vəsaitini ələ keçirənlərin hamısı deyil.
Araşdırmamız davam edir və növbəti maraqlı simaların üzə çıxacağı da istisna oluna bilməz. Lakin bəri başdan deyə bilərik ki, bu qədər vəsaiti mənimsəyənlərin arasında təsadüfi adamlara, yaxud bizneslə məşğul olan adi, sıravi iş adamlarına rast gəlmək demək olar mümkün deyil.../AzPolitika.info/
Paylaş:
Müəllif : Yazar
Tarix:11-01-2020, 12:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-01-2020, 12:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti