Badamdar sürüşmə sahəsindəki çatlarda artımlar müşahidə olunur - RƏSMİ
“Badamdarla 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir”.
regionxeberlericom.az bildirir ki, bunu APA -ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, bu gün səhər yenidən sürüşmə ərazisinə baş çəkib: “Gərginlik hələ də qalmaqdadır. Sürüşmə sahəsində xırda uçqunlar baş verir. Hazırda sürüşmə sahəsinin ölçülərində dəyişiklik yoxdur. Müəyyən çatlar var idi, artıq həmin çatlarda gözlə görünən artımlar müşahidə olunur”.
Ə. Qaralov bildirib ki, hazırda sürüşmənin qarşısının alınması üçün hansısa təklif etmək mümkün deyil: “Hazırda sürüşmə kütləsinin üzərinə çıxmaq mümkün deyil, bu, təhlükəlidir. Proses tam başa çatmalı, sürüşmə stabilləşməlidir. Bundan sonra komissiya əraziyə baxış keçirməli və müəyyən təkliflər irəli sürülməlidir”.
Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-01-2020, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-01-2020, 10:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01