"Veysəloğlu” alıcılarını aldadır - İDDİA
Samirə Quliyeva adlı oxucu “İndex”ə müraciət edərək bildirib ki, “Veysəloğlu” şirkəti ona 100 manatlıq bonus kartı hədiyyə verib.
O deyir ki, bu da təxminən 500 bonus edir: “Gözləyirdim ki, bonuslar çoxalsın və o bonusların yerinə məişət əşyaları alım. Ancaq deyilənə görə, “Araz” marketlər şəbəkəsinin yeni qərarı çıxıb. Bu qərara görə, 6 ay istifadə olunmayan kartlardakı bonuslar sıfırlanacaq”.
S. Quliyeva bildirib ki, dekabr ayında bu kartdan “Tarqovı”da yerləşən “Spar” super marketdə bir neçə dəfə istifadə edilib: “Bu gün 9-cu mikrorayonda yerleşən “Araz” super marketində bonus kartını yoxladanda, mənə dedilər ki, bonuslar sıfırlanıb. Bildiriblər, sonuncu dəfə kartdan ötən ilin yanvar ayında istifadə etmisiniz. Onlara dedim ki, necə olur, dekabrda “Tarqovi”daki “Spar”dan və evə yaxın olduğu üçün 9-cu mikrorayonda yerləşən “Araz” marketdən kartdan istifadə etmişəm. Ancaq mənə dedilər ki, kartda ən son istifadə yanvar ayını göstərir”.
Super market işçiləri şikayətçi müştəridən aldığı məhsulların qəbzlərini istəyiblər: “Məndə o qəbzlər qalmayıb. Hardan biləydim ki belə bir hal olacaq”.
S. Quliyeva deyir ki, “Araz”ın “Facebook” səhifəsinə də dəfələrlə yazıb: “Son dəfə yenə dekabrda yazdım ki, bonus hədiyyələrin siyahısını göndərin, göndərdilər və məndən hansı hədiyyələri istədiyimi də soruşdular. Mən də istədiyimi hədiyyələri onlara bildirdim. Amma ondan sonra onlar da o itən itdilər”.
Şikayətçi deyir ki, dəfələrlə yazsa da, ona cavab verən yoxdur: “Avtomatik şablon göndərilir ki, tezliklə cavab veriləcək.Hələ də cavab gözləyirəm. 100 manat onların yarıtmaz işçilərinin əməlləri ucbatından mənim bonuslarım heç nədən silindi. Səbəb də o oldu ki, guya mən kartdan istifadə etməmişəm. Mən bonus yığırdım ki, bir günün içində silinsin?”
Qeyd edək ki, bu gün əhalinin yaşlı qrupu “Facebook” və digər sosial şəbəkələrdən şəbəkələrdən istifadə etmir. “Araz” market şəbəkəsinin bu qaydaları isə “Facebook”da yayılır. Bir çoxları isə social şəbəkədən istifadə etmədikləri üçün onların bu qərarından xəbərsizdirlər. Hamı gözləyir ki, bonuslar yığılacaq. Ancaq sonda bonus kartlarını yoxlayarkən baxıb görürlər ki, bonuslar sıfırlanıb. Bu, nə dərəcədə düzgündür? Əslində isə onlarda bonus kartları olan müştərilərin telefon nömrələri var. Ən azından onlara bununla bağlı mesaj göndərmək olardı ki, hamının xəbəri olsun.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-01-2020, 15:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-01-2020, 15:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti