“Kontakt Home” necə oldu ki çiçəkləndi? - İDDİA
Bir müddət əvvəl, daha dəqiq desək, milli manatın devalvasiya olunduğu (dolların bahalaşdığı) zaman qafqaznews.az saytı bəzi iş adamlarının fürsətdən sui-istifadə edərək vətəndaşları narazı salmasından bəhs edən məqalələr dərc etmişdi. Belə iş adamlarından biri də "Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyevdir. Həmin şəbəkədə dolların bahalaşmasından istifadə edən şirkət rəhbərliyi ölkədə sabotaj yaratmaq istəyirdi. Xatırlartma üçün bildirək ki, "Kontakt” mağazalar şəbəkəsinin Bakı şəhərində 42 mağazası fəaliyyət göstərir. Həmin vaxt dərc etdiyimiz yazılardan bəlli olurdi ki, "Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir.
Digər tərəfdən alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa "Kontakt” mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda "Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır. Həmçinin "Kontakt” mağazalar şəbəkəsi telefon kredit müqavilələrini ancaq "ABC-Telekom” MMC ilə bağlayır. Maraqlıdır ki, kredit müqavilələri nə üçün məhz "ABC-Telekom” MMC ilə bağlanır..? O vaxt apardığımız araşdırmalar zamanı məlum olmuşdu ki, "Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyevin adı "Azercell”in 3 monopolist şirkətindən biri olan "ABC-Telekom” MMC-nin ( digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir. Araşdırma zamanı o da məlum oldu ki, Elnur Allahverdiyev Sloveniyanın Bakıdakı fəxri konsuludur. …
Bu gün redaksiyamıza daxil olan məlumatdan bəlli olur ki, Elnur Allahverdiyevin MTN-də "krışa”sı MTN-nin vaxtı ilə 1-ci müavini sayılan Elçin Əliyev olub. Əldə etdiyimiz digər məlumata görə MTN-nin muavini Elçin Əliyev bu vəzifədən əvvəl MTN-nin Səbail idarəsinin rəisi vəzifəsində işləyib. Qafqaznews.az bildirir ki, elə həmin vəzifədə işləyərək keçmiş nazir Eldar Mahmudovun əmisi oğlu sayılan Səbail RPİ-nin rəisi İlqar Mahmudovla yaxın münasibət quraraq onun köməkliyi ilə sonradan MTN-nin muavini vəzifəsinə təyin olunub.Redaksiyamıza daxil olan məlumata görə Elnur Allahverdiyevin şəbəkəsindəki özbaşınalıqlardan bezən vətandaşlar mətbuata üz tutub Elnur Allahverdiyevin əməllərini ifşa etmək istəyəndə, o, Elçin Əliyevə jurnalistlərdən şikayət edirdi, o da öz tutduğu vəzifəsindən istifadə edərək mətbuata təzyiq göstərib Elnur Allahverdiyevlə bağlı gedən yazıların qarşısını ala bilirdi. Aldığımız digər məlumata görə Elnur Allahverdiyev MTN-dən başqa bir neçə nüfuzlu fonda bağlılığı barədə də öz həmkarlarına söyləyirdi.
Ancaq apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki, Elnur Allahverdiyevin heç bir yerə bağlılığı yoxdur. O hətta son vaxtlar Elçin Əliyevə güvənərək cürət edib Heydər Əliyev Fondunun adından da istifadə edirdi. Ancaq ötən ay dövlət başçısının verdiyi sərəncamlardan sonra bəlli oldu ki, Elnur Allahverdiyev MTN-nin muavini Elçin Əliyevə və keçmiş nazirin əmisi oğlu, Səbail RPİ-nin rəisi İlqar Mahmudova arxalanaraq yuxarıda qeyd etdiyimiz oyunlardan çıxıb və onun bu şəxslərdən savayı heç bir yerə bağlılığı olmayıb. Elnur Allahverdiyevlə bağlı araşdırmamız davam edir. //7news.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:6-01-2020, 11:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-01-2020, 11:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11