Nazirlik dərsliyə "yox", polis "hə" deyir - bəs uşağa qaydanı kim anlatsın?
Bəla "gəlirəm" demir. Hətta bayram, istirahət günləri də yol qəzası, ağır xəsarətlər olmadan ötüşmür. Dərs, iş günü olanda isə xoşagəlməz statistika daha da artır.
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata nəzər salsaq, ötən ilin 9 ayı ərzində ölkəmizdə 1274 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 557 nəfər dünyasını dəyişib, 1178 nəfər xəsarət alıb. Həlak olanların 41-i, xəsarət alanların 118-i uşaq və yeniyetmə olub. Qeyd olunan dövrdə 535 piyadavurma hadisəsi qeydə alınıb, nəticədə 228 piyada dünyasını dəyişib, 335-i isə xəsarət alıb.
Yol-nəqliyyat hadisələrində azyaşlı, məktəbli ölümünün də çəkisi var. Məktəblilərin yol hərəkəti ilə bağlı qaydaları mənimsəməsi üçün müəyyən işlərin görülməsinə zərurət var. Maraqlıdır, təhsil sistemində bu istiqamətdə hansı addımların atılması vacibdir?
Təhsil üzrə ekspert İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bu mövzudakı narahatlığın anlaşılan olduğunu bildirib: "Bakıda nəqliyyat sıxlığı müşahidə edilir və bəzən bundan ən çox zərər çəkənlər azyaşlılar olur. Düşünürəm ki, bununla bağlı ayrıca dərslərin keçirilməsinə deyil, broşürlər paylamaqla maarifləndirici addımların atılmasına gərək var.
Avtomobil idarə edərkən də biz şagirdlərin bəzən elə valideynləri ilə birgə yol hərəkəti qaydalarına əməl etmədiklərinin şahidi oluruq. Əlbəttə, valideyn yolu səhv keçərsə, bu zaman o, azyaşlıya pis örnək olacaq, növbəti dəfə övladı da onun hərəkətini təkrarlayacaq. Ona görə düşünürəm ki, yalnız məktəblər deyil, valideynlər də övladlarına yol-hərəkət qaydalarını aşılamalıdırlar.
Təəssüflə qeyd edim ki, dəfələrlə valideynin övladının qolundan tutaraq onu yolun istənilən yerindən keçirtdiyinin şahidi olmuşam".
Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırda ümumtəhsil məktəblərində həyat bilgisi fənni tədris olunur. Burada yol hərəkəti qaydalarına aid mövzulara da toxunulub: "Təbii ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları hər zaman məktəblərdə maarifləndirici tədbirlər keçirirlər. 2019-cu ildən etibarən Daxili İşlər nazirinin tapşırığına əsasən, "Yol Polisimizi Tanıyaq" layihəsi baş tutub. Bu layihədə məktəblilər də iştirak edir, onlar yol polisinin inzibati binasına dəvət olunur, iş rejimi, fəaliyyəti ilə tanış olurlar. Artıq bir çox təhsil ocaqlarında yol polisinin gənc köməkçiləri dəstələri yaradılıb. Burada da məqsəd hərəkət iştirakçılarını maarifləndirməkdir".
"Ölkə başçısının 27 dekabr 2018-ci il tarixli 852 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün dövlət proqramına əsasən, mühüm işlər görülür. Yaxın müddət ərzində məktəblərdə yol-hərəkətinə dair dərsliklərin olması istiqamətində müəyyən işlər aparılır", - deyə o əlavə edib.
DYP rəsmisi qeyd edir ki, bu gün yol polisi əməkdaşları bu istiqamətdə müxtəlif maarifləndirici addımlar atırlar: "Bununla da çalışırıq ki, piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə verək".
Məktəblərdə yol hərəkəti qaydalarının niyə bir fənn olaraq tədris olunmadığı barədə sorğumuza cavab olaraq isə Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələrində tədris edilən fənlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədi ilə müəyyən edilir. Həmin sənəddə yol-hərəkəti qaydaları ilə bağlı ayrıca fənn nəzərdə tutulmadığı üçün bu gün ümumtəhsil məktəblərində belə fənnin ayrıca tədrisi aparılmır.
"Dərslik sistemli materialları özündə ehtiva edən və təhsil proqramına (kurikuluma) daxil olan fənnin (inkişaf sahəsinin) tədrisi müddətində müəyyənləşdirilmiş məzmun standartlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin edən tədris-metodik vasitədir.
Ümumi təhsil müəssisələrində yol hərəkəti qaydaları ilə bağlı ayrıca fənn nəzərdə tutulmadığından, eləcə də, tədris müddətləri və məzmun standartları müəyyənləşdirilmədiyindən belə dərsliyin tərtibi mümkün deyil.
Lakin bu gün şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsi ümumi təhsil müəssisələrində həyat bilgisi fənni üzrə tərtib edilən dərsliklər vasitəsilə həyata keçirilir. Belə ki, bu fənn üzrə təhsil proqramında (kurikulumunda) bütün təhsil dövrləri üçün “yol hərəkəti qaydaları”, “təhlükəsizlik” və s. ilə bağlı standartları özündə ehtiva edən "Sağlamlıq və təhlükəsizlik" adlı məzmun xətti mövcuddur", - deyə nazirliyin məlumatında bildirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-01-2020, 12:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-01-2020, 12:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11