Vahid Ələkbərovun bankı ziyanla işləyir, rəhbərliyi milyonlar qazanır - ŞOK FAKTLAR
Bu il noyabr ayında rebrendiq edərək "Yelo Bank" olan "Nikoil Bank" yeni şüarını da ictimaiyyətə təqdim edib: "Parlaq Bankçılıq".
Amma bu bankda dəyişən ad, şüar və bir də filialların külli miqdarda vəsait yeyintisi hesabına başa gələn yeni dizaynıdır. İdarəçilikdə köhnə ənənələr davam edir və bu da nizamnamə kapitalının həcminə görə (350 milyon manat) Azərbaycanda üçüncü olan bankın hələ də mənfəətlə işləyə bilməməsinə gətirib çıxarıb. Bu barədə ətraflı bir qədər sonra.
Bank sektorundakı mənbələrdən “AzPolitika.info”-ya daxil olan məlumata görə, adın dəyişdirilməsi bank rəhbərlərinin bir sıra gizli əlaqələri ilə bağlıdır. Məqsəd heç də rebrendiqdə göstərilən "Yelo" adının bank xidmətlərinə fərqli bir yanaşma, rəngarənglik və rahatlıq gətirmək istəyi deyil.
Mənbə bildirib ki, "Yelo Bank"-ın İdarə Heyətinin sədri Nikolay Şurqay və onun müavini Fərhad Hacınskinin Gürcüstanda fəaliyyət göstərən "TBC Bank"ın rəhbərləri ilə ciddi işbirliyi var.
Gürcüstan bankirləri Bidzina İvanişvili hakimiyyətinə qaşı müxalifətdədirlər və müxalif "Lelo" Partiyasında fəaliyyət göstərirlər. Azərbaycanda "Yelo Bank"-ın İdarə Heyətinin sədri N.Şurqayın da bu partiyanın üzvü olduğu bildirilir. Məlumata görə, rebrendiqdə seçilən "Yelo" adı əslində "Lelo" partiyasının adına uyğunlaşdırılıb. Artıq "Yelo Bank"-ın rəhbərliyində "TBC Bank"-dan göndərilən 4 nəfər Gürcüstan vətəndaşı çalışır.
Xatırladaq ki, Nikolas Şurqay bank sektorunda fəaliyyətinə Gürcüstandan başlayıb. O, 1994-cü ildə Gürcüstanın "Eximbank"-ında, sonra "United Georgian Bank"-da işləyib. 2008–2009-cu illərdə isə Gürcüstanda “VTB Bank”-ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Bu ölkənin bank sektorunda onun ciddi əlaqələri var, onlardan daha çox şəxsi mənfəəti üçün istifadə edir. Bu zaman "Yelo Bank"ın vəsaitlərini də istifadə etməkdən çəkinmir.
Məlumata görə, "Yelo Bank"-ın hələ də mənfəətlə işləyə blməməsinin səbəbi elə bununla bağlıdır. Belə ki, N.Şurqay və F.Hacınski bankın vəsaitlərini bankdan kənarda qeyri-bank fəaliyyətinə yönəldib milyonlarla dollar gəlir əldə edirlər. Artıq uzun müddətdir ki, bankın vəsaitləri "TBC Bank"-ın Azərbaycanda təsis etdiyi Bank Olmayan Kredit Təşkilatı (BOK) "TBC Kredit"ə yönləndirilir.
Qeyd edək ki, bu təşkilat artıq 20 ildir Azərbaycan bazarındadır. BOK-lar içərisində ilk dəfə ipoteka kreditləri verməsi ilə öyünür. Onun rəhbəri Nikolas Şurqayın biznes ortağı Spartak (Nikru) Tetraşvilidir. Mənbə bildirir ki, BOK rəhbəri ilə münasibətlər o qədər istidır ki, o hətta "Yelo Bank"ın idarə olunmasında da iştirak edir.
Məlumatda qeyd olunur ki, "Yelo Bank"-dan külli miqdarda vəsaitin adıçəkilən BOK-a yönləndirilməsi işinə bilavasitə Nikolas Şurqay, Spartak Tetraşvili, bankın departament rəhbərləri Fuad Tağıyev və Fuad Mədətov rəhbərlik edirlər.
Mənbə bildirib ki, bankın idarə olunmasında ciddi problemlər var. Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olunana qədər bankda bir neçə dəfə yoxlama aparıb və ciddi qanun pozuntuları üzə çıxarıb. Sonuncu yoxlama zamanı vəsaitlərin bankdan kənar fəaliyyətlərə yönləndirilməsi məlum olub.
Hazırda bankın iri biznes layihələrinə yönəltdiyi kreditlərin əksəriyyəti problemlidir. Onların bəzilərinı artıq "batmış" vəsaitlər hesab etmək olar. Məlumata görə, qeyd olunan problemlərə görə artıq iki aydan çoxdur bankda istehlak kreditlərinin verilməsi dayandırılıb.
Şübhəsiz ki, Maliyyə Bazarlarına Nəzarət Paltasının apardığı yoxlamaların nəticəsi Mərkəzi Bank rəhbərliyinin diqqətini çəkəcək.
Bankın əsas səhmdarı, tanınmış azərbaycanlı iş adamı Vahid Ələkbərov rebrendiqin bankın keyfiyyətcə müasir səviyyəyə keçməsinə ümidini ifadə edib. Milyarder qeyd edib ki, "Yelo Bank" etibarlı və sürətli inkişaf edən bir maliyyə qurumu kimi Azərbaycanın bank bazarında layiqli yer tutacaq.
Bankın Müşahidə Şurasının sədri Marina V. Kulişova isə bankın strategiyasından danışıb: ""Yelo Bank" mikro, kiçik və orta sahibkarlara, fiziki şəxslərə xidmət göstərməyə və kredit verməyə yönlənəcək. Biz bu seqment üçün ən cəlbedici bank olmaq istəyirik və öz resurslarımızı yenilikçi, müasir maliyyə xidmətlərinin həyata keçirilməsi üçün istifadə etməyə hazırıq".
Açıqlamalardan göründüyü kimi, bankın sahibi və Müşahidə Şurasının sədri "Yelo Bank"ın Azərbaycan bazarında layiqli yer tutması üçün ümidlərini ifadə edir, qurduqları strategiyanın uğur qazanmasına çalışırlar. Amma Azərbaycanda "Yelo Bank"-ın bərbad idarəçiliyinin artıq onların ümidlərini puça çıxardığını əminliklə söyləməyə imkan verir./AzPolitika.info/
Paylaş:
Müəllif : Yazar
Tarix:27-12-2019, 17:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-12-2019, 17:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01