“Sovetski” sakinlərinin kompensasiya dərdi - QALMAQAL
Bakının “Sovetski” kimi tanınan məhəlləsinin illərdir ki, problemləri bitmir. Belə ki, “Sovetski” məhəlləsində yaşayanlar hələ tam köçürülməyib. Onlar köçürüləcəkləri günü, köçürülənlər isə alacaqları kompensasiyanın miqdarının artırılacağını gözləyirlər.
Dekabrın 25-də bir qrup “Sovetski” sakini Heydər Əliyev adına İdman-Konsert Kompleksinin önünə toplaşıblar. Onlar iddia ediblər ki, köçürülən zaman sakinlərə verilən kompensasiya düzgün hesablanmayıb, evlər səhv ölçülüb, devalvasiya nəzərə alınmayıb. Sakinlər bildiriblər ki, verilən kompensasiya ilə heç bir yerdə ev ala, mənzil tikə bilməyiblər. Narazıların əksəriyyəti 2014-17-ci illərdə köçürülənlərdir. Etirazçılara deyilib ki, növbəti ilin 7 yanvar tarixinə qədər gözləsinlər. Onların şikayətlərinə baxılıb, yardım ediləcək. Sakinlər qərara gəliblər ki, yanvarın 7-də də müsbət qərar olmasa, aksiyalarını davam etdirsinlər.
İddialara görə, narazı sakinlərin hamısının mənzillərinin kvadratı real göstəricidən aşağı yazılıb. Bildiriblər ki, əvvəlki sənədlərdə 40 kvadrat yazıldığı halda, indiki komissiya necə ölçübsə, 35 kvadrat çıxıb. Eləcə də 30 kvadrat evi olanı 25, 25 kvadrat mənzili olanı 20 kvadrat yazıblar. Bunun nəticəsində çox az miqdarda kompensasiya verilib. Kimisinə 1250 manatdan, kimisinə də 1000 manatdan kompensasiya ödənilib.
“Yeni Müsavat”ın əməkdaşı olaraq “Sovetski”də olduğumuz zaman müşahidə etdik ki, köçürülməyən məhəllələrin köhnə evləri tamamilə yeni, hündürmərtəbəli binaların əhatəsində qalıb. Evlərin bir yanında isə yeni salınan müasir parkdır. Ərazidə olduğumuz zaman söhbət etdiyimiz sakinlər söylədilər ki, onların köçürüləcəkləri gün bəlli deyil.
Sakin Arif Həmidov söylədi ki, uzun müddət idi ki, əhalinin əksəriyyəti buradan köçmək istəyirdi. İndi isə vəziyyət dəyişib:
“Köçürülən qonşularımızla əlaqə saxlayırıq. Onlar deyirlər ki, verilən kompensasiya ilə özlərinə heç yerdə ev ala, ev tikə bilmirlər. Kimin evinin sahəsi böyük idisə, onlar özlərinə ev alıblar. Ancaq azkvadratlı mənzillərin sahibləri çətin vəziyyətdədirlər. Buna görə də aksiya edirlər. ”Sovetski"də köçürülən camaatın əksəriyyətinin evi 30-40, bəzilərinin mənzili isə hətta 15-20 kvadrat idi. Ona görə də burada kompensasiya alanların çoxu indi narazılıq edirlər. Aldıqları pulla şəhərdən kənarda da ev tikə bilmirlər".
Digər sakin Sürəyya Musayeva bildirdi ki, yaxın qohumları var ki, indi Bakı qaçqınlarına çevriliblər: “Camaat inanır ki, onlara hansısa yardım ediləcək. Ona görə də dinc aksiya keçirib, kömək istəyirlər. Buranı əvvəlcə baş nazirin müavini olan Abid Şərifova tapşırdılar. O, bizə vədlər verdi ki, köçürülmə olacaq, kompensasiya barədə razılıq əldə ediləcək. Daha sonra Abid Şərifovu işdən çıxardılar. Hacıbala Abutalıbov isə camaatla heç maraqlanmadı da. Buradan çox adamı məcbur köçürdülər. İndi aksiya edənlər də həmin adamlardır. Çünki o zaman öz xoşu ilə köçənlər verilən məbləğlə razı idilər. Evləri böyük olduğu üçün çox pul aldılar. Nəinki ev, hətta maşın da alıblar. Ona görə də yaxşı olar ki, bu camaatdan mənzili azkvadratlı olana bir qədər artıq kompensasiya ödəsinlər. Bu gün burada gözəl park salınıb. Gəlib, istirahət edirik. Tikinti-söküntü olmadığı üçün heç bizi narahat da edən yoxdur. Park salınan ərəfədə toz əlindən tərpənmək olmurdu. Həmin zaman biz də köçürülmənin tərəfdarı idik. İndi isə burada çox az adam köçmək istəyir. Çünki artıq camaatın gözü qorxub. Kimsə evindən olmaq, küçələrə düşüb aksiya keçirmək fikrində deyil. Dinc, sabit ölkədə yaşayırıq. Bəzi məmurlara görə insanların narazı qalması yaxşı hal deyil. İndi söhbət gəzir ki, guya 2018-19-cu illərdə buradan köçürülənlərə 500 manat da əlavə kompensasiya ödəniləcək. Hazırda elə kompensasiyalar həmin sakinlərə ödənilir. 2014-2017-ci illərdə köçürülənlərə isə ödənilən kompensasiyada hansısa artım edilmir”.
Bildirək ki, “Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Həmin ərəfədə bir neçə sakin etiraz etsə də sonda onlar da verilən 1500 manat kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər. Hazırda həmin sakinlər Bakının müxtəlif yerlərində məskunlaşıblar. Həmin köhnə evlərin yerində isə park salınıb.
2018-ci ildə “Sovetski”də söküntünün ikinci dalğası başlayıb. Ümumilikdə isə məlumata görə, bu günə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 5 mindən çox yaşayış və qeyri-yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb. 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. Sökülən evlərə görə sakinlərə hər kvadrata 1500 manat olmaqla kompensasiya ödənilib.
Onu da bildirək ki, bu ilin noyabr ayında Yasamal rayonunun icra başçısı Elşad Həsənov “Sovetski”nin narazı sakinlərini qəbul edib. E.Həsənov sakinlərin müraciətlərini dinlədikdən sonra onları narahat edən problemlərlə bağlı aidiyyəti üzrə məlumat veriləcəyini bildirib. Bundan sonra rayon icra hakimiyyəti başçısının rəsmi qəbulu davam etdirilib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və rəsmi qəbul siyahısına daxil edilmiş və digər imtiyazlı rayon sakinləri iştirak ediblər.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:27-12-2019, 11:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-12-2019, 11:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11