Bakıdakı alkapon “bomba”ları - “Diqlas” faciəsi təkrarlana bilər...
Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzindəki yanğın bir daha binaların tezalışan üzlüklərlə üzlənməsi məsələsini gündəmə gətirib. 2015-ci ilin mayında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş məşum yanğın hadisəsində böyük itkilərin olması da məhz hündürmərtəbəli binanın tezalışan - poliuretan adlı materialla üzlənməsi ilə əlaqələndirilmişdi. İstintaqın gəldiyi, sonradan məhkəmə hökmü ilə bərkidilən qənaətə görə binanın üzlüyü tezalışan kimyəvi birləşmələrdən ibarət olub və yanarkən zəhərli qazlar ayrılıb. Binanın üzlük materialında başlayan yanğın bir anının içində böyük bir ərazini əhatə edib, sakinlərin bir hissəsi binadan çıxmağa imkan tapmayıblar.
2015-ci il mayın 19-da baş verən məşum yanğından 1 gün sonra prezident İlham Əliyev hadisə yerində olub, binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini tapşırmışdı. Daha sonra baş verən yanğınla əlaqədar prezidentin rəhbərliyi ilə iclası keçirilib.
Həmin iclasda İlham Əliyev Xətai rayonunda da oxşar hadisənin baş verdiyini vurğulayaraq demişdi ki, ilkin versiya ondan ibarətdir ki, təmirdə istifadə olunan üzlük materialları keyfiyyətsiz olub və odadavamlı materiallar deyil.
Prezidentin sözlərindən sitat: “Mən Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələ qaldırdım ki, ilk növbədə, təmir keyfiyyətlə aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır. Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib, və ya haradan idxal olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Artıq müvafiq göstərişlər verilib. Mənə verilən məlumatlar hələ ki məni qane etmir. Çünki görürəm ki, burada bəzi qurumlar bu məsuliyyəti bir-birinin üstünə atmaq istəyirlər. Ona görə hüquq mühafizə orqanları, ilk növbədə, prokurorluq məsələni ciddi araşdırmalıdır və konkret nəticə hasil edilməlidir ki, günahkarlar kimlərdir”.
Həmin iclasda prezident Bakıda tezalışan materiallarla üzlənmiş binalardan həmin üzlüklərin sökülməsini tapşırmışdı.
“O materiallar təhlil edilməlidir, əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binaların üzlükləri sökülməlidir. Dərhal! Bunu tez bir zamanda etmək olar. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların fasad üzlükləri sökülməlidir” - deyə, prezident vurğulamışdı.
Həmin iclasda iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda bu qəbildən olan 263 binanın olduğunu, onların üzlüyünün söküləcəyini demişdi.
Maraqlıdır ki, 2015-ci ildəki məşum olaydan 3 il 10 ay sonra Bakının Nizami rayonunda “Diqlas” Ticarət Mərkəzi az bir müddətdə alışıb kül oldu. Olaydan sonra yenə də məlum oldu ki, binanın kibrit çöpü kimi bir anının içində yanıb külə dönməsinin səbəbi üzlük materialdır. Bu dəfə isə adı poliureta deyil, alkapondur. 2015-ci ilin mayında faciəvi sonluqla başa çatan yanğından sonra Bakının müxtəlif ərazilərində dövlət hesabına binaların tezalışan üzlükləri dəyişdirilib. Bu haqda rəsmi olaraq ölkə rəhbərliyinə də məlumat verilib. Bəs Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzi niyə diqqətdən kənar qalıb?
Bu gün dövlət həmin ticarət mərkəzində zərər çəkən sahibkarlara 3 milyon manat yardım ayırıb. Bu təqdirəlayiq hal olsa da, niyə dövlət büdcəsi hansısa məmurların səhlənkarlığı, onlara verilən tapşırıqların vaxtında və vicdanla yerinə yetirilməməsinə görə 3 milyon manat azalmalıdır?
Həmin məbləği ən azından elə yanğınsöndürmə sistemlərinin təkmilləşdirilməsinə, erkən yanğın siqnalizasiya sistemlərinin quraşdırılmasına ayırmaq olardı.
Bakıda alkaponla üzləşmiş, potensial yanğın mənbələri ola biləcək binalar var və tezliklə həmin binaların üzlükləri yeniləri ilə əvəzlənməlidir. Əks halda, bizlər bir daha acı yanğın xəbərlərinə şahidlik edə bilərik.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:2-04-2019, 12:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-04-2019, 12:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11