Nizaməddin Quliyevlə Elmira Axundovanı birləşdirən şok məqamlar - İDDİA
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən qandallanan Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, Yevlax rayonun keçmiş icra başçısı Qoca Səmədovla buraxılmış parlamentin deputatı Elmira Axundovanı birləşdirən məqamlar var. Bu gün Elmira Axundova azadlıqdadır, müsahibələrində deputat olmayacağı təqdirdə xaricə sərbəst gedib-gəlməsi üçün diplomatik pasportunun özündə saxlanılması kimi tələblər də irəli sürür.
Adamlar düşünürlər ki, Azərbaycanda etdiklərinin bədəlini ödəməyəcəklər, xarici ölkələrə gedib orada sərbəst gəzib dolaşacaq, cinayət yolu ilə əldə olunan var-dövlətdən xərcləyəcək, şad-xürrəm yaşayacaq, qan-qarğışla özülü qoyulan əmlakları da özlərində qalacaq. Quliyev də, Tatarov da, Səmədov da, Axundova da eyni düşüncənin sahibidirlər. Həbslərinə qədər ilk üçlüyün adlarının önündə xeyli titullar sadalanırdı. Bütün qapılar üzlərinə açıq idi və elə bilirdilər ki, dövlətin gücündən xalqa qarşı istifadə etməklə törətdiyi cinayətləri araşdıran olmayacaq...
Amma yanıldıqları göz qarşısındadır.
Elə Nizaməddin Quliyevin timsalında bunu gördük. Gördük ki, Nizaməddin Quliyevin DTX müstəntiqlərinin hüzurunda əli əsir, adam ayaq üstə ölüb. Fizionomiyasından sallanan ölmüş gözlərinə şahidlik etdik. Ona cinayətlə, dələduzluqla əldə etdiyi pullarını saydırırlar, boğazı quruyub, dili söz tutmur. Qara maskalı DTX əməliyyatçısının fonunda cənab başçı olduqca miskin, balacalaşmış bir zata çevrilmişdi.
Nizaməddin Quliyevi iş kabinetində rəzil günə qoyan əslində Azərbaycan məhkəməsidir. O məhkəmə ki, Nizaməddin Quliyevin hər kaprizinə “baş üstə” münasibəti ilə hökm çıxarıb. Hər dəfə məhkəməyə çəkilən Nizaməddin Quliyev haqsız ola-ola oradan haqlı ayrılıb. Bu cür qalibiyyət qarşı tərəf olan vətəndaşı dövlətdən narazı salıb, Nizaməddin Quliyevi isə növbəti cinayətlərə şirnikləndirib. Əgər 3-5, lap elə 10 il əvvəl Nizamədin Quliyev etdiyi və sənəd-sübutlarla təsdiqlənən cinayətlərə görə çəkildiyi məhkəmələrdə ədalətin gücünü görsəydi, sifarişləri yerinə yetrilməsəydi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin məlum əməliyyatına da lüzum qalmazdı. Çox təəssüf ki, belə olmayıb. Haqsız ikən, başdan ayağa cinayətin içində ikən hakimlər Nizaməddin Quliyevin qulluğunda müntəzir olublar.
Həmin günlərdə Nizaməddin Quliyevdən şikayət edən vətəndaşlar isə dərdlərini deməyə ünvan axtarıblar. Azərbaycanda belədir, vətəndaş üzünü məhkəməyə tutur və məhkəmə xalqın deyil, məhz qanunu pozan məmurun, deputatın xeyrinə qərar verir.
Məhkəmələrin bu cür mövqe sərgiləməsi enində-sonunda prezidentin işə qarışmasına gətirib çıxarır.
Axı niyə prezident hakim, prokuror, polis rəisinin vəzifəsini icra etməlidir? Azərbaycan insanı nə vaxta kimi Ədalət evlərindən – məhkəmələrdən ədalətsiz hökmlərlə qayıdacaqlar?
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin həbsi ilə bağlı yayılan rəsmi məlumatda “müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr”dən söhbət gedir.
Rəsmi şəkildə etiraf edilir ki, Nizaməddin Quliyev müntəzəm olaraq cinayətlə məşğul olub. Bəs onun qarşısını almalı olan orqanlar niyə bu müntəzəmlik dövründə susublar?
Nizaməddin Quliyevin cinayətlərinə illərlə susan məhkəmələr bu gün Elmira Axundovaya eyni münasibət sərgiləyirlər. Elmira Axundovanın adının qarışdığı böyük cinayətlər var, hansılar ki, elementar sorğu-sualsız da təsdiqlənir. Elmira Axundovanın səs yazıları var ki, orada cinayəti etiraf edir. Məsələn deyir ki, Müdafiə Nazirliyinin tenderlərindən onu qalib çıxarırlar. Digər səs yazısında külli miqdarda pul aldığını etiraf edir. Amma Elmira Axundovanın etirafı ortada ola-ola onun özünü yox, oğlunun dostu Elnur İbrahimovu həbs ediblər. Dələduz kimi həbsə göndərilən Elnur İbrahimova Elmira Axundova vəd edib ki, özünün üzvü olduğu Əfv Komissiyası onu tezliklə azad edəcək. Elə bu vədin özü korrupsiyadır, dövlətin etibarını ayaqlar altına atmaqdır. Nizaməddin Quliyevlə Elmira Axundovanı birləşdirən bir çox məqamlar var, hansılara ki, məhkəmələrdə ədalətli hüquqi qiymət verilməlidir. Bu həm də Elmira Axundovanın özü üçün də gərəklidir, onun Nizaməddin Quliyevin aqibətindən sığortalayır... //afn.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:23-12-2019, 11:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-12-2019, 11:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01